Nazir: Ermənistanın təcavüzkar mövqeyi Cənubi Qafqazın gələcəyini təhdid edən əsas təhlükə mənbəyinə çevrilib
Ermənistanın təcavüzkar mövqeyi Cənubi Qafqaz regionunun gələcəyini təhdid edən əsas təhlükə mənbəyinə çevrilib. Elitinfo.az xəbər verir ki, bu sözləri Energetika naziri Pərviz Şahbazov deyib. Nazir bildirib ki, Azərbaycan Ordusunun Ermənistanın təxribatlarına qarşı əks-hücum əməliyyatlarını uğurla həyata keçirərək torpaqlarımızı işğaldan azad etdiyi bu tarixi günlərdə regionun təhlükəsizliyi və onun təmin olunmasında enerji amilinin rolu xüsusilə aktuallıq […]
Continue readingDoqquz ayda 224,1 milyon dollarlıq neft məhsulları ixrac olunub
Cari ilin yanvar-sentyabr aylarında ölkədən 809,6 min ton xam məhsullardan başqa, bitumlu süxurlardan alınmış neft və neft məhsulları – tərkibində neft və ya neft məhsullarının miqdarı 70 kütlə faiz və ya daha çox olan məhsullar ixrac edilib. İxrac edilən məhsulların dəyəri isə 224,1 milyon ABŞ dollarından çox olub. Bu barədə Elitinfo.az-a Dövlət Gömrük Komitəsindən […]
Continue readingDoqquz ayda Energetika Nazirliyində inzibati xətalarla bağlı 302 işə baxılıb
Cari ilin yanvar-sentyabr ayları ərzində Energetika Nazirliyində inzibati xətalar üzrə 302 işə baxılıb. Nazirlikdən Elitinfo.az-a bildirilib ki, bunlardan 284 iş təbii qaz, 18 iş isə elektrik enerjisi ilə bağlı olub. Təbii qaz üzrə 11 iş barəsində əsaslandırılmış qərardad qəbul edilib, 130 iş isə təqdim edilmiş materiallar düzgün tərtib olunmadığından aidiyyəti üzrə geri göndərilib. Aparılmış yoxlamalara […]
Continue readingAzərbaycan neftinin bir barreli 42,44 dollara satılır
Azərbaycan neftinin qiyməti ucuzlaşır. Elitinfo.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,01 dollar ucuzlaşaraq 42,44 dollar təşkil edib. Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.
Continue readingDoqquz ayda dəmir yolu ilə 1,6 milyon sərnişin daşınıb
Cari ilin yanvar-sentyabr aylarında dəmir yolu nəqliyyatı ilə 1,6 milyondan çox sərnişin daşınıb. Dövlət Statistika Komitəsindən Elitinfo.az-a bildirilib ki, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə sərnişin daşınmasında 34,5 faiz azalma olub. Həmçinin dəmir yolu nəqliyyatı ilə yük daşınmasında orta hesabla sutkada 275 vaqon yüklənib, 391 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun şimal istiqaməti üzrə […]
Continue readingİqtisadiyyat Nazirliyi: 164 obyektdə epidemiya əleyhinə rejim pozulub
İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya dövrünün zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət məqsədilə oktyabrın 16-17-də monitorinqlər keçirib. Nazirliyin mətbuat xidmətindən Elitinfo.az-a bildirilib ki, monitorinqlər zamanı Binəqədi rayonunda “Era mağazası”nda, “Neptun market”də, “Bizim market”də, “Şərq Qərb Təbabəti tibb mərkəzi”ndə, Nərimanov rayonunda “Uniforma VMR tekstil” ticarət obyektində, “Moon light” […]
Continue readingErmənistanın təxribatı nəticəsində 200-dək sahibkara ziyan dəyib
İndiyədək Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) Ermənistanın təxribatı nəticəsində ailə təsərrüfatı, ticarət və ictimai iaşə sahəsində fəaliyyət göstərən 200-dək sahibkara ziyanın dəyməsi barədə məlumatlar daxil olub. KOBİA-dan Elitinfo.az-a bildirilib ki, KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədovun Argentinanın ölkəmizdəki səfiri Serxio Osvaldo Perez Qunella ilə görüşündə Ermənistanın sentyabrın 27-dən etibarən Azərbaycana qarşı hərbi […]
Continue reading“İşıqlı Azərbaycan” respublika rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb
“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) və Təhsil Nazirliyinin 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə ASC-nin 5 illiyinə həsr olunmuş “İşıqlı Azərbaycan” respublika rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. ASC-dən Elitinfo.az-a bildirilib ki, rəsm müsabiqəsi Bakı şəhərində və respublikamızın regionlarında fəaliyyət göstərən Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin dərnək üzvləri arasında 2 mərhələdən ibarət olmaqla 3 yaş […]
Continue readingCari ildə 18,3 milyard kilovat/saat əmtəəlik elektrik enerjisi istehsal olunub
Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanda 18 milyard 968,9 milyon kilovat/saat elektrik enerjisi istehsal edilib. Ondan əmtəəlik 18 milyard 360,1 milyon kilovat/saat elektrik enerjisi alınıb. Dövlət Statistika Komitəsindən Elitinfo.az-a bildirilib ki, həmin həcmin 17 milyard 375,5 milyon kilovat/saatı istilik, 874,4 milyon kilovat/saatı su, 37 milyon kilovat/saatı günəş, 73,2 milyon kilovat/saatı isə külək elektrik stansiyalarında istehsal olunub.
Continue readingKOBİA: Özünüməşğulluq proqramından indiyədək 30-dək iştirakçı yararlanıb
Özünüməşğulluq proqramı mikro və kiçik sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlər üçün əlverişli imkanlar yaradır. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) özünüməşğulluq proqramına cəlb olunan vətəndaşları potensial mikro və kiçik sahibkarlar kimi dəyərləndirir və proqram çərçivəsində öz təsərrüfatını – mikro biznesini qurmuş şəxslərə bizneslərinin inkişafı üçün dəstək göstərir. Belə ki, KOBİA proqram çərçivəsində müvafiq aktivlər əldə […]
Continue reading










