Ölkədən 63,3 min ton pambıq lifi, 5,8 min ton pambıq ipliyi ixrac olunub

  Bu ilin 9 ayında Azərbaycandan 63,3 min ton pambıq lifi və 5,8 min ton pambıq ipliyi ixrac edilib. Elitinfo.az Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına istinadla xəbər verir ki, ixrac edilən pambıq lifinin dəyəri 83,8 milyon, pambıq ipliyinin dəyəri isə 12 milyon ABŞ dolları olub. Xatırladaq ki, ötən ilin eyni dövründə ölkədən 86,7 milyon dollarlıq […]

Continue reading

Azərbaycan MDB ölkələrindən ən çox Rusiyaya məhsul göndərib

  Yanvar-sentyabr aylarında Azərbaycan MDB ölkələri arasında ən çox Rusiyaya məhsul ixrac edib. Dövlət Gömrük Komitəsindən Elitinfo.az-a bildirilib ki, Azərbaycanın MDB ölkələri arasında ən çox məhsul ixrac etdiyi ölkələr Rusiya, Ukrayna və Belarus olub. Rusiyaya ixrac olunan məhsulların dəyəri 499,7 milyon ABŞ dolları, Ukraynaya 280,4 milyon dollar, Belarusa isə 130,9 milyon dollar olub.

Continue reading

İqtisadiyyat Nazirliyi: 139 obyektdə zəruri qayda və tələblərin pozulduğu müəyyən olunub

  İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət tədbirlərini davam etdirir. Nazirliyin mətbuat xidmətindən Elitinfo.az-a bildirilib ki, oktyabrın 23-24-də keçirilmiş monitorinqlər zamanı Binəqədi rayonunda “Super market”də, Gülbəniz Bədəlovaya, Malik Qəribova məxsus mağazalarda, Nərimanov rayonunda “Spar” mağazasında, Rəsul Rzayevə, İlhamə Səmədovaya məxsus pərakəndə ticarət […]

Continue reading

“Azəriqaz” işğaldan azad edilən bölgələrdə reallaşdırılacaq qaz çəkilişi layihələrini yerindəcə araşdırmağa başlayıb

  Müzəffrər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı uğurlu əməliyyatlarla işğaldan azad edir. Artıq belə yaşayış məntəqələrində dərhal infrastruktur layihələrinə də başlanılıb. İlk növbədə yol çəkilişi, ardınca digər kommunal məsələlər nəzərdən keçirilir. O cümlədən, təbii qaz təchizatı üzrə layihələndirmə də gündəmdədir. Bu məqsədlə “Azəriqaz” İstehsalat Birliyi bölgədə reallaşdırılacaq qaz çəkilişi […]

Continue reading

Vüsal Qasımlı: Postkonflikt dövründə Qarabağın sənaye istehsalı güclənəcək

  Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun müzəffər yürüşü davam edir və Qarabağ işğaldan azad edilir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) postkonflikt dövründə Qarabağın iqtisadi inkişaf perspektivləri ciddi şəkildə analiz olunur. İİTKM-in rəhbəri, iqtisad elmləri doktoru Vüsal Qasımlı Qarabağın sənaye potensialı barədə Elitinfo.az-a müsahibəsində Qarabağda dağ-mədən, metallurgiya, emal sənayesi, ərzaq istehsalı, elektrik enerjisi […]

Continue reading

İşğaldan azad olunmuş Qubadlı şəhərinin “Azersky” peykindən əldə edilmiş təsviri

  Cəsur və yenilməz Ordumuzun uğurlu əməliyyatları sayəsində hər gün cəbhədən qələbə xəbərləri alırıq. Səbirsizliklə gözlədiyimiz Qubadlı şəhərinin düşmən işğalından azad olunması xəbəri hər birimizi sevindirir və qürurlandırır. “Azərkosmos” ASC-dən Elitinfo.az-a bildirilib ki, olduqca əhəmiyyətli strateji mövqeyə malik olan Qubadlının işğaldan azad edildikdən sonra “Azersky” peyki ilə çəkilmiş təsviri təqdim olunub. İşğal altında qaldığı illərdə […]

Continue reading

Azərbaycanda BMT-nin 75 illiyi münasibətilə poçt markası dövriyyəyə buraxılıb

  Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC tərəfindən Birləşmiş Millətlər Təşkilatının 75 illiyi münasibətilə poçt markası dövriyyəyə buraxılıb. Nazirlikdən Elitinfo.az-a bildirilib ki, markanın üzərində 75 rəqəmi BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahı qarşısında ucaldılmış “Zorakılığa yox” adlı heykəl formasında təsvir edilib. Belarus Respublikasının Bobruysk şəhərində 5 min tirajla çap olunan markanın müəllifi “Azərmarka”nın baş […]

Continue reading

“Azərişıq” Qarabağda” layihəsi – işğaldan azad olunan ərazilərdə yeni güc mərkəzləri yaradılacaq

“Azərişıq” ASC işğaldan azad edilmiş ərazilərdə xüsusi əhəmiyyət kəsb edən strateji obyektlərin elektrik təchizatının təcili təmin olunması üçün “Azərişıq” Qarabağda” layihəsi çərçivəsində təxirəsalınmaz tədbirlər həyata keçirir. ASC-dən Elitinfo.az-a bildirilib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun işğaldan azad etdiyi Qarabağ bölgəsində bütün həyat təminatlı sahələrdə, o cümlədən elektrik enerjisinin təminatı […]

Continue reading

Erməni işğalçıları Kəlbəcərdəki faydalı qazıntı yataqlarını istismar ediblər

  Kəlbəcər rayonu yeraltı və yerüstü təbii sərvətlərlə zəngin olan ərazilərdən biridir. Ötən əsrin 50-ci illərindən başlayaraq burada aparılmış geoloji kəşfiyyat işləri nəticəsində çoxsaylı faydalı qazıntı yataqları aşkarlanıb, ehtiyatları hesablanaraq dövlət və sahə balanslarına qəbul edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev Elitinfo.az-a bildirib ki, 1993-cü ilədək Kəlbəcər rayonunda təsdiq […]

Continue reading

“SOCAR Turkey” sosial media mükafatı alıb

  “SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) sosial media mükafatına layiq görülüb. Elitinfo.az şirkətə istinadla xəbər verir ki, “SOCAR Turkey” bu il onlayn formada keçirilən “Social Media Awards Turkey” mükafatının enerji şirkətləri kateqoriyasında sosial medianı ən yaxşı istifadə edən marka kimi qızıl mükafat alıb. “Marketing Türkiye” və “Tick Tock Boom”un 4 ildir təşkil etdiyi və 55 min […]

Continue reading