Azərbaycanda pul bazası 12,1 milyard manat olub

  Azərbaycanda pul bazası noyabrın 1-nə 12 milyard 103,6 milyon manat təşkil edib. Elitinfo.az Mərkəzi Banka istinadla xəbər verir ki, bu göstərici oktyabrın 1-i ilə müqayisədə 126,5 milyon manat az, ilin əvvəli ilə müqayisədə isə 560,2 milyon manat çoxdur.

Continue reading

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi sahibkarlıq subyektlərinə müraciət edib

  Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) menecment sahəsində beynəlxalq ixtisasartırma kursu keçmək istəyən sahibkarlıq subyektlərinə müraciət edib. KOBİA-dan Elitinfo.az-a bildirilib ki, Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan Birgə Proqramı koronavirus (COVID-19) pandemiyası səbəbindən onlayn formatda davam etdirilir. Proqramın Azərbaycan üzrə əlaqələndiricisi olan KOBİA 2021-ci ildə keçiriləcək “İqtisadi kooperasiya” üzrə virtual ixtisasartırma kursunda […]

Continue reading

Cari ildə ölkəyə 17 min ton əczaçılıq məhsulları idxal olunub

Yanvar-sentyabr aylarında ölkəyə 16,9 min ton əczaçılıq məhsulları idxal edilib. Elitinfo.az Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına istinadla xəbər verir ki, idxal edilən əczaçılıq məhsullarının dəyəri 271,1 milyon dollar olub. Xatırladaq ki, keçən ilin eyni dövründə Azərbaycana 207,3 milyon dollarlıq 11,2 min tonadək əczaçılıq məhsulları idxal edilib.

Continue reading

Vüsal Qasımlı: Dövlət qurumlarının hər biri öz sahələri üzrə Ermənistanın Azərbaycana vurduğu zərərləri hesablayır

  Azərbaycanın dövlət qurumlarının hər biri öz sahələri üzrə Ermənistanın Azərbaycana vurduğu zərərləri hesablayır. Elitinfo.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib. “Baş Prokurorluq tərəfindən 52 cinayət işi açılıb və bununla bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət edilib. Eyni zamanda, bizim Beynəlxalq Ədalət Məhkəməsi və Beynəlxalq Cinayət […]

Continue reading

“Dövlət informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”na Keçid Planı” təsdiqlənib

  “Dövlət informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”na Keçid Planı” təsdiq olunub. Elitinfo.az xəbər verir ki, Nazirlər Kabineti “Dövlət informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”na Keçid Planı”nın təsdiq edilməsi və “Hökumət buludu” ilə bağlı bəzi tədbirlər haqqında” Qərar qəbul edib. Qərara əsasən, “Dövlət informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”na Keçid Planı” təsdiq olunub. Nəqliyyat, Rabitə və […]

Continue reading

Neftin qiyməti ucuzlaşmaqda davam edir

Dünya birjalarında neft qiymətləri ucuzlaşır. Elitinfo.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,19 dollar geriləyərək 37,46 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,38 dollar ucuzlaşaraq 35,79 dollar olub.

Continue reading

Konstitusiya Məhkəməsi Bərdədə Ermənistanın törətdiyi terror aktları ilə bağlı dünya ölkələrinın konstitusiya ədalət mühakiməsi orqanlarına müraciət edib

  Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Bərdə şəhərində oktyabrın 27-də və 28-də mülki əhaliyə qarşı Ermənistanın hərbi-siyasi rəhbərliyinin törətdiyi terror aktları ilə bağlı dünya ölkələrinın konstitusiya ədalət mühakiməsi orqanlarına müraciət edib. Bu barədə Elitinfo.az-a Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən bildirilib. Müraciətdə deyilir: “Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq, Azərbaycan əhalisinin sıx yaşadığı şəhər və kəndləri, mülki […]

Continue reading

79 sahibkarlıq subyektində zəruri qayda və tələblərin pozulduğu müəyyən edilib

  İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət məqsədilə monitorinqləri davam etdirir. Nazirliyin mətbuat xidmətindən Elitinfo.az-a bildirilib ki, oktyabrın 28-də keçirilən monitorinqlər zamanı Yasamal rayonunda “Oba market”də, “Twins Cake” ticarət obyektində, Nəsimi rayonunda “Al market”də, Cəbirə Hüseynovaya məxsus mağazada, Binəqədi rayonunda Novruz […]

Continue reading

Qiymətləndirmə Xidməti Mərkəzi Ermənistanın müharibə cinayətləri ilə bağlı bəyanat yayıb

  Respublika Əmtəə Birjası nəzdində “Qiymətləndirmə Xidməti Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Ermənistanın müharibə cinayətləri ilə bağlı bəyanat yayıb. Bu barədə Elitinfo.az-a MMC-dən verilən məlumatda bildirilir. Bəyanatda deyilir: “Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyev oktyabrın 25-də Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində keçirilən operativ müşavirədə çıxışı zamanı deyib: “Mən tapşırıq vermişəm ki, işğaldan azad edilmiş […]

Continue reading

Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı Körfəz ölkələrinin adları açıqlanıb

  Yanvar-sentyabr aylarında Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı Körfəz ölkələri sırasında ilk üçlükdə İran, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanı qərarlaşıb. Elitinfo.az Dövlət Gömrük Komitəsinin məlumatına istinadla xəbər verir ki, hesabat dövründə ölkəmizin İranla ticarət dövriyyəsinin dəyəri 240,3 milyon ABŞ dolları, BƏƏ ilə 31,3 milyon dollar, Səudiyyə Ərəbistanı ilə isə 9,5 milyon dollar olub. […]

Continue reading