TAP üzrə bazar sınaqlarının nəticələrinin oktyabradək əldə olunması gözlənilir

  TAP boru kəməri üzrə bazar sınaqlarının nəticələrinin oktyabradək əldə olunması gözlənilir. Elitinfo.az xəbər verir ki, bu sözləri TAP-ın idarəedici direktoru Luca Schieppati deyib. O bildirib ki, TAP-ın bazar sınaqları üzrə məcburi təklifvermə mərhələsi iyul ayında keçiriləcək. Oktyabra qədər nəticələrin əldə olunması gözlənilir. TAP genişləndirmə qabiliyyətini (kəmərin ümumi gücünün 20 milyard kubmetrədək artırılması) təklif etmək […]

Continue reading

Azərbaycan neftinin qiyməti bahalaşıb

  Azərbaycan neftinin qiyməti bahalaşır. Elitinfo.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,35 dollar artaraq 56,71 dollar təşkil edib. Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti ötən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Continue reading

AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviareyslərin sayını gündə 3 dəfəyədək artırır

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviareyslərin sayı gündə 3 dəfəyədək artırılır. “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Elitinfo.az-a bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq, fevralın 1-dən etibarən Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslərin sayını gündə 3 dəfəyədək artırır. Reyslər aşağıdakı cədvəl üzrə həyata keçiriləcək: – Bakıdan uçuş saat 08:00, […]

Continue reading

Gəncə-Qazax-Gürcüstan avtomagistralının genişləndirilməsi davam edir VİDEO

  İstər Şərq-Qərb, istərsə də Şimal-Cənub istiqamətində avtonəqliyyat vasitələri ilə beynəlxalq yükdaşımaları dəhlizi üzərində yerləşən avtomobil yollarının müasir səviyyədə yenidən qurulması və bu istiqamətdə aparılan uğurlu islahatlar nəticəsində son 15 ildə I texniki dərəcəli yolların uzunluğu 8 dəfəyə qədər artaraq 1000 kilometri keçib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Elitinfo.az-a bildirilib ki, beynəlxalq miqyaslı Böyük […]

Continue reading

“Azərbaycan İnvestisiya Şirkəti” ASC rebrendinq edib

  Azərbaycanın qeyri-neft sektoruna kapital investisiyalarının yatırılması, yüksək əlavə dəyərli layihələrin maliyyələşdirilməsi və dəstəklənməsi ilə məşğul olan “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətində (AİŞ) 2020-ci il ərzində restrukturizasiya həyata keçirilib. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Elitinfo.az-a bildirilib ki, restrukturizasiya prosesi çərçivəsində AİŞ-in daxili strukturu təkmilləşdirilib, şirkətin yeni investisiya və risklərin idarə olunması siyasətinin, yeni inkişaf strategiyasının […]

Continue reading

Samir Şərifov: “Zəfər yürüşünün maliyyələşdirilməsi tam icra olunub

“2020-ci ilin dövlət büdcəsinin xərclərində qənaət rejimi tətbiq edilsə də, koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirləri və pandemiyanın diktə etdiyi yeni tələblər iqtisadi-maliyyə davranışının fiskal mühitinin və xüsusiyyətlərinin dəyişməsini labüd edib, 2020-ci ilin dövlət büdcəsinin dürüstləşdirilməsi ilə bağlı qərar qəbul olunub, prioritet kəsb etməyən xərclər ixtisar edilib”. Elitinfo.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin iclasında […]

Continue reading

Mikayıl Cabbarov: “İşğaldan azad edilmiş ərazilərdə 132 yaşayış məntəqəsi tamamilə dağıdılıb”

“İşğaldan azad olunmuş ərazilər üzrə əmlakın ilkin inventarlaşma üzrə işlər həyata keçirilir. Bu günə kimi 7 rayon üzrə 45 yaşayış məntəqələrində işlər yekunlaşıb”. Elitinfo.az-ın xəbərinə görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. Onun sözlərinə görə, 30 yaşayış məntəqəsi üzrə işlər davam etdirilir: “132 yaşayış məntəqəsinin tamamilə dağıdılıb yararsız hala gətirildiyi müəyyən edilib”.   Nərgiz

Continue reading

Energetika Nazirliyi İctimai Şura üzvlüyünə namizədlərin irəli sürülmə vaxtını elan edib

Azərbaycan Respublikası Energetika Nazirliyinin fəaliyyət istiqamətləri üzrə hüquqi aktların qəbulunda, nazirliyin fəaliyyətinə ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının iştirakını təmin etmək məqsədilə İctimai Şuranın yaradılması prosesinə başlanılıb. Nazirlikdən Elitinfo.az-a bildirilib ki, “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa, bu qanunun müvafiq maddəsinin icrası ilə bağlı Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli Qərarı ilə […]

Continue reading

Neft Fondu bu vaxtadək dövlət büdcəsinə 112,1 milyard manat köçürüb

  Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) indiyədək dövlət büdcəsinə 112 milyard 140,3 milyon manat köçürüb. Elitinfo.az ARDNF-ə istinadla xəbər verir ki, ötən il isə fond 12 milyard 200 milyon manat vəsaiti dövlət büdcəsinə transfert edib. Neft Fondunun indiyədək Azərbaycan Respubikasının Mərkəzi Bankına transfertləri 3 milyard 949,5 milyon manat olub.

Continue reading

Neft qiymətləri bahalaşıb

  Dünya birjalarında neft qiymətləri bahalaşır. Elitinfo.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,05 dollar artaraq 55,46 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,06 dollar bahalaşaraq 52,33 dollar olub.

Continue reading