Sahibkarlıq subyektlərində nəzarət tədbirləri davam etdirilir

İqtisadiyyat Nazirliyinin sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət məqsədilə nəzarət tədbirləri davam edir. Nazirlikdən Elitinfo.az-a bildirilib ki, yanvarın 28-də keçirilmiş monitorinqlər zamanı Xəzər rayonunda Elçin İbrahimova, Elşən Ağayevə məxsus mağazalarda, Nərimanov rayonunda Elşən İmanova məxsus ticarət obyektində, Valeh Bədəlova məxsus sexdə, Yasamal rayonunda […]

Continue reading

Müflis olmuş 4 bankın əmanətçilərinə 621 milyon manat kompensasiya ödənilib

  Yanvarın 28-nə Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən bağlanmış “AG Bank”, “Amrah Bank”, “NBC Bank” və “Ata Bank” üzrə 24 min 300 əmanətçiyə 621 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib. Elitinfo.az Əmanətlərin Sığortalanması Fonduna istinadla xəbər verir ki, ləğv prosesində olan “AG Bank” və “NBC Bank”ın əmanətçilərinə keçən il iyunun 16-dan yanvarın 28-dək “Azərbaycan […]

Continue reading

Azərbaycan nefti 1 sent ucuzlaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 0,01ABŞ dolları, yaxud 0,02 % azalıb. Elitinfo.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 56,09 ABŞ dolları təşkil edib. Xatırladaq ki, “Azeri LT CIF” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin […]

Continue reading

Mərkəzi Bank Qarabağda maliyyə-bank infrastrukturu formalaşdırmaq niyyətindədir

Azərbaycan Mərkəzi Bankı (AMB) Qarabağda maliyyə-bank infrastrukturunu formalaşdırmaq niyyətindədir. Elitinfo.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov yanvarın 29-da keçirdiyi mətbuat konfransında deyib. “AMB işğaldan azad edilmiş rayonlarda iki nümayəndəlik açacaq. Bununla bağlı artıq bank sektoru ilə geniş müzakirələr aparmışıq. Mərkəzi Bankın orada iki böyük ərazi idarəsi olacaq. Bu idarələrdən birinin Şuşada […]

Continue reading

Mikayıl Cabbarov: “Sahibkarlara 169 mln manat dövlət zəmanətli kredit ayrılıb”

  “Sahibkarların dövlət zəmanətli krediti asan və şəffaf əldə etməsi üçün yaradılmış Elektron Kredit Platforması effektiv vasitədir”. Elitinfo.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. O bildirib ki, ötən il bu platformada 949 milyon manat həcmdə 3300–dən çox müraciət qeydə alınıb. 529 müraciət üzrə 169 milyon manat dövlət zəmanətli kredit ayrılıb. Xatırladaq ki, […]

Continue reading

Dekabrda 268,5 kiloqram qızıl istehsal edilib

Ötən ilin dekabrında Azərbaycanın mədənçıxarma sənayesində istehsal olunmuş əsas məhsul növlərindən sayılan qiymətli metal filizlərinin 268,5 kiloqramı qızılın payına düşüb. Elitinfo.az Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən xəbər verir ki, bu göstərici əvvəlki ayla müqayisədə 52,5 kiloqram az olub. Cari il yanvarın 1-nə olan vəziyyətə əsasən, 115,2 kiloqram hazır qızıl ehtiyatı var.

Continue reading

Azərbaycan sahibkarları bu il Dubay, Çin və Moskvadakı beynəlxalq sərgilərə qatılacaqlar

  Azərbaycan sahibkarları 2021-ci ildə Dubay, Çin və Moskvada keçiriləcək beynəlxalq sərgilərdə iştirak edəcəklər. Elitinfo.az xəbər verir ki, bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifələrini icra edən Yusif Abdullayev deyib. Y.Abdullayev qeyd edib ki, fevralın 21-25-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “Gulfood 2021” beynəlxalq qida sərgisi, martın 21-27-də Çin Xalq Respublikasının […]

Continue reading

“SOCAR Energy Ukraine”nin “Çonqar” məntəqəsində yeni mərkəzi fəaliyyət göstərəcək

“SOCAR Energy Ukraine” şirkəti Ukraynada ilk dəfə olaraq giriş-çıxış yoxlama məntəqəsində vətəndaşlara müasir xidmət göstərəcək mərkəz açacaq. Elitinfo.az xəbər verir ki, Herson vilayətinin “Çonqar” yoxlama məntəqəsində yerləşəcək mərkəzin tikintisi başa çatdırılıb. Yaxın vaxtlarda mərkəzin rəsmi açılışı nəzərdə tutulur. Vətəndaşlar bu mərkəzdə özlərini rahat, təhlükəsiz hiss edəcəklər, onlara yüksək xidmət göstəriləcək. Bu mərkəzdə istirahət zonaları da […]

Continue reading

Növbəti satışda 401 ailə Hövsan Yaşayış Kompleksində güzəştli mənzilə sahib olub

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi – Hövsan Yaşayış Kompleksində 2020-ci il sentyabrın 10-u və 14-də “Elektron hökumət” portalı (“www.e-gov.az”) üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə seçilmiş ümumilikdə 501 mənzildən 399-nun alqı-satqısı uğurla başa çatdırılıb. MİDA-dan Elitinfo.az-a bildirilib ki, mənzilə sahib olmuş vətəndaşlardan 36-sı mənzili öz vəsaiti hesabına, 363-ü isə güzəştli ipoteka krediti hesabına […]

Continue reading

Qısamüddətli istiqrazların yerləşdirilməsi üzrə hərrac keçiriləcək

  Fevralın 2-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin dövlət qısamüddətli istiqrazları üzrə hərrac keçiriləcək. BFB-dən Elitinfo.az-a bildirilib ki, diskontlu, qısamüddətli dövlət istiqrazlarının həcmi 20 milyon AZN, nominal dəyəri 100 AZN, tədavül müddəti 364 gündür. İstiqrazlar 2022-ci il fevralın 1-də ödəniləcək. “PAŞA Kapital İŞ” QSC anderrayter vəzifəsində çıxış edir. Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının […]

Continue reading