Bakı Yay Enerji Məktəbinin açılışı olub
ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun (IDD), Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR), “BP Azerbaijan”, “Kolin” , “Мasdar” və “TotalEnergies” şirkətlərinin birgə təşkilatçılığı ilə 16-ci Bakı Yay Enerji Məktəbinin açılış mərasimi keçirilib. Elitinfo.az xəbər verir ki, açılış mərasimində ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev, İnkişaf və Diplomatiya İnstitutunun direktoru, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, IDD-nin […]
Continue readingQarabağ Dirçəliş Fondunun 2022-2025-ci illər üzrə fəaliyyətinin strateji istiqamətləri müzakirə olunub
İşğaldan azad olunmuş ərazilərimizin bərpasına dəstək verən sahibkarlarla Qarabağ Dirçəliş Fondunun görüşündə qurumun 2022-2025-ci illər üzrə fəaliyyətinin strateji istiqamətləri, işgüzar fəallığın və sərmayə potensialının təşviqi sahəsində görülən işlər barədə müzakirələr apardıq. AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Continue readingAzərbaycanda texnologiyanın inkişafı, gənclərdə bu sahəyə marağı artırmaq üçün əlimizdən gələni edəcəyik – Haluk Bayraktar
“Teknofest” 4 ildir Türkiyədə keçirilir və bu festivalı ölkə hüdudlarından kənarda ilk dəfə qardaş Azərbaycanda keçirilir. Bunu Trend-ə özəl açıqlamasında “Baykar Savunma” şirkətinin rəhbəri, “Türkiyə Texnologiyaları Qrupu”nun həmtəsisçisi və İdarə Heyətinin sədri Haluk Bayraktar bildirib. Onun sözlərinə görə, Azərbaycanda olan gənclərin yeni nəsil texnologiyalarla tanış olması, texnologiya sahəsinin inkişafı üçün bu festival önəmli yer tutur. […]
Continue readingAzərbaycanlı gənc mütəxəssislər İsrailin fermer təsərrüfatlarında təcrübə keçəcəklər
15-ci yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisi çərçivəsində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və İsrailin Arava Beynəlxalq Kənd Təsərrüfatı Tədris Mərkəzi (AİCAT) tərəfindən aqrar sahədə fəaliyyət göstərən gənc mütəxəssislər üçün elan edilən yeni təcrübə proqramının iştirakçıları ilə görüş keçirilib. Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Elitinfo.az-a bildirilib ki, Azərbaycanın kənd təsərrüfatı naziri […]
Continue reading15-ci yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisi çərçivəsində panel sessiyalar keçirilib
Bakı Ekspo Mərkəzində 15-ci yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı (Caspian Agro 2022) sərgisi çərçivəsində panel sessiyalar keçirilib. Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Elitinfo.az-a bildirilib ki, “Smart Agro: Kənd Təsərrüfatında İnnovasiyaların təbliği”, “Ağıllı əkinçilik və gələcəyin dəqiq kənd təsərrüfatı”, “Daha yaxşı dünya üçün dayanıqlı kənd təsərrüfatı” mövzusunda müzakirələrdə yerli və xarici mütəxəssislər […]
Continue readingAzərbaycan Güləş Federasiyasına daha bir milyon manat ayrılıb – SƏRƏNCAM
Prezident İlham Əliyev Azərbaycan Güləş Federasiyasına maliyyə dəstəyi göstərilməsi haqqında sərəncam imzalayıb. Elitinfo.az xəbər verir ki, sərəncamla böyüklər arasında sərbəst və yunan-Roma güləşçilərinin komanda hesabında Azərbaycan millisinin 2022-ci il Avropa çempionu olması ilə əlaqədar 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Güləş Federasiyasına 1 milyon manat ayrılıb. Qeyd edək ki, Prezident İlham […]
Continue readingFransa şirkətləri Azərbaycanda su sektoru ilə bağlı layihələrdə maraqlıdır
“Azərsu” ASC-də Fransa Sahibkarlar Təşkilatı – “MEDEF İnternational” Təşkilatına üzv olan bir sıra şirkətlərin təmsilçilərindən ibarət nümayəndə heyəti ilə görüş keçirilib. ASC-dən Elitinfo.az-a bildirilib ki, “Azərsu”nun sədr müavini Etibar Məmmədov qonaqları salamlayaraq Azərbaycanda həyata keçirilən içməli və tullantı su layihələri barədə məlumat verib, bu sahədə dünyanın qabaqcıl şirkətlərinin təcrübəsindən istifadə olunduğunu diqqətə çatdırıb. Su təchizatı […]
Continue readingQısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçiriləcək
Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. BFB-dən bildirilib ki, hərraca çıxarılan notun həcmi 30 milyon manat, nominal dəyəri 100 manat, tədavül müddəti 84 gündür. Notlar iyulun 4-də ödəniləcək. Hərracın gedişi zamanı hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən artıq (1 rəqabətli və 1 qeyri-rəqabətli) olmamalıdır və […]
Continue readingPərviz Şahbazov: Xəzərin zəngin külək enerjisi potensialının 7,2 GVt-nı 2036-cı ilədək reallaşdırmaq niyyətindəyik
“Berlin Enerji Keçidi Dialoqu” çərçivəsində energetika naziri Pərviz Şahbazov Almaniya Federativ Respublikasının federal kanslerinin iqtisadi məsələlər üzrə müşaviri, dövlət katibi Jörg Kukies ilə görüşüb. Energetika Nazirliyindən Elitinfo.az-a bildirilib ki, görüşdə qlobal enerji gündəliyində olan məsələlər, Cənub Qaz Dəhlizinin genişləndirilməsi, Azərbaycanın “yaşıl enerji” üzrə Avropanın təchizatçısına çevrilməsi və ikitərəfli enerji əməkdaşlığının inkişaf etdirilməsi imkanları müzakirə olunub. […]
Continue readingBƏƏ şirkəti ilə sahibkarlıq fəaliyyətinə dair fikir mübadiləsi aparılıb
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Birləşmiş Ərəb Əmirliklərinin “Enspire” şirkətinin rəhbəri Soud Baalavy ilə görüşüb. KOBİA-dan Elitinfo.az-a bildirilib ki, Dubayda keçirilən İllik İnvestisiya Toplantısı çərçivəsində təşkil olunmuş görüşdə sahibkarlıq fəaliyyətinə və əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Continue reading