Nazir: Əmək bazarında şəffaflaşma nəticəsində məcburi dövlət sosial sığorta ödənişləri üzrə daxilolmalar artıb

  Əmək bazarında şəffaflaşma nəticəsində məcburi dövlət sosial sığorta ödənişləri üzrə daxilolmalar artıb və Dövlət Sosial Müdafiə Fondunun büdcə asılılığı azalıb. Elitinfo.az xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. Nazir qeyd edib ki, 2017-ci ildə büdcədən maliyyələşmənin xüsusi çəkisi 38,1 faiz idisə, 2020-ci ildə bu göstərici 25 faizdən azdır.

Continue reading

Kiçik və orta biznes subyektləri beynəlxalq layihədə iştiraka dəvət olunur

  Kiçik və orta biznes subyektləri BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNIDO) layihəsində iştiraka dəvət olunur. Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən Elitinfo.az-a bildirilib ki, kiçik və orta biznes subyektlərinin istehsal və emal prosesləri zamanı resurslardan səmərəli istifadə etməsini və daha təmiz istehsalatın miqyasının genişləndirilməsi məqsədilə UNIDO “EU4Environment” regional layihəsinin “Dairəvi iqtisadiyyat və yeni inkişaf imkanları” […]

Continue reading

BP ötən il 5,7 milyard dollar zərər edib

  BP 2020-ci ili 5,7 milyard dollar zərərlə tamamladığını açıqlayıb. Elitinfo.az şirkətə istinadla xəbər verir ki, BP keçən ilə 5,7 milyard dollar zərərlə yekun vurub. 2020-ci ilin son rübündə şirkətin xalis mənfəəti 115 milyon dollar olub. Açıqlamada son 1 ildə aşağı neft və təbii qaz qiymətləri, azalan qlobal neft tələbatının şirkətin mənfəət marjında itkiyə səbəb […]

Continue reading

Neft qiymətləri bahalaşır

  Dünya birjalarında neft qiymətləri bahalaşıb. Elitinfo.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,23 dollar artaraq 57,69 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,19 dollar bahalaşaraq 54,95 dollar olub.  

Continue reading

Nazirlik: Smart tipli qaz sayğaclarının mexaniki sayğaclarla əvəzlənməsi ilə bağlı yaranan problemlər araşdırılır

  Son zamanlar sosial şəbəkələrdə smart tipli qaz sayğaclarının mexaniki sayğaclarla əvəzlənməsindən sonra qaz sərfiyyatının artması ilə bağlı məlumatlar yayılır. Bunu nəzərə alaraq, cari il yanvarın 25-27-də Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinin, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki Azərbaycan Metrologiya İnstitutunun nümayəndələrinin iştirakı ilə şikayətçilərə məxsus olan […]

Continue reading

MİDA Hövsan Yaşayış Kompleksində mənzil seçmiş vətəndaşlara dair statistik məlumatları açıqlayıb

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Hövsan Yaşayış Kompleksində mənzil seçmiş vətəndaşlara dair statistik məlumatları açıqlayıb. MİDA-dan Elitinfo.az-a bildirilib ki, Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi – Hövsan Yaşayış Kompleksinin 1,4,5 və 6 saylı binaları üzrə ümumilikdə 477 mənzilin ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə seçimi dekabrın 18-də uğurla başa […]

Continue reading

İşğaldan azad olunmuş ərazilərin bərpasında İtaliya şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

  Energetika naziri, Azərbaycan Respublikası və İtaliya Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Pərviz Şahbazovla İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi, Hökumətlərarası Komissiyanın həmsədri Manlio Di Stefano arasında videokonfrans formatında görüş keçirilib. Energetika Nazirliyindən Elitinfo.az-a bildirilib ki, tərəflər Azərbaycan-İtaliya arasında ikitərəfli əməkdaşlığın gündəliyinə daxil olan məsələləri, o cümlədən […]

Continue reading

“AzerGold” satış mərkəzi yaradır

  “AzerGold” QSC satış mərkəzi yaradır. Elitinfo.az xəbər verir ki, bu barədə QSC-nin idarə heyətinin sədri Zakir İbrahimov fevralın 2-də ötən ilin yekunları və qarşıda duran məsələlərə həsr olunan mətbuat konfransında deyib. “Burada “AzerGold” tərəfindən istehsal edilən sikkə və külçələrin minimal mənfəət marjası ilə satışı və bu məhsulların qızılın dünya birjasındakı cari qiymətinə uyğun geri […]

Continue reading

“AzerGold” keçən il 1,6 milyon manatlıq məhsul satıb

2020-ci ildə “AzerGold” QSC tərəfindən istehsal olunan külçə və sikkələrin pərakəndə satışı uğurla davam etdirilib. Belə ki, ötən il ümumi dəyəri 1,6 milyon manat olan 1275 ədəd məhsulun satışı həyata keçirilib. Elitinfo.az xəbər verir ki, bu barədə “AzerGold” QSC-nin idarə heyətinin sədri Zakir İbrahimov fevralın 2-də keçən ilin yekunları və qarşıda duran məsələlərə həsr olunan […]

Continue reading

Azərbaycan neftinin bir barreli 56,68 dollara satılı

  Azərbaycan neftinin qiyməti bahalaşıb. Elitinfo.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,59 dollar artaraq 56,68 dollar təşkil edib. Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti ötən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Continue reading