Neftin qiymətində artım müşahidə olunur
Dünya bazarında bu gün neftin qiyməti artıb. Elitinfo.az “Prime” agentliyinə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 08:56-da Şimal dənizində hasil olunan “Brent” neftinin avqust fyuçersləri 0,54 faiz bahalaşıb və bir bareli 69,09 dollara satılıb. WTI neftinin iyul fyuçerslərinin qiyməti 0,62 faiz artıb və bir bareli 66,73 dollara təklif olunub. Xatırladaq ki, “OPEC” tədarüklə […]
Continue readingBu il ölkədə 1127,2 kiloqram qızıl istehsal olunub
Yanvar-aprel aylarında mədənçıxarma sənayesində istehsal olunmuş əsas məhsul növlərindən sayılan qiymətli metal filizlərinin 1127,2 kiloqramı qızılın payına düşüb. Elitinfo.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadla xəbər verir ki, bu göstərici ötən ilin müvafiq ayları ilə müqayisədə 5,1 faiz azalıb. Mayın 1-nə olan vəziyyətə əsasən, 197,8 kiloqram hazır qızıl ehtiyatı var.
Continue readingİqtisadiyyat Nazirliyinin yeni inzibati binasında 772 nəfər işləyə biləcək
İqtisadiyyat Nazirliyinin yeni inzibati binasında 772 əməkdaşın rahat və səmərəli fəaliyyəti üçün hər cür şərait yaradılıb. Elitinfo.az xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov binanın istifadəyə verilməsi mərasimində iştirak edən Prezident İlham Əliyevə məruzəsində bildirib. Onun sözlərinə görə, yeni bina müasir multimedia vasitələri ilə təchiz olunub, müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans zalı, həmçinin iş, […]
Continue readingAzərbaycan neftinin qiyməti 70 dollara yaxınlaşır
Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 0,45 ABŞ dolları, yaxud 0,65 % artıb. Elitinfo.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 69,67 ABŞ dolları təşkil edib. Xatırladaq ki, “Azeri LT CIF” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci […]
Continue readingAzərbaycandan Türkiyəyə təbii qaz nəqli 16% artıb
Bu ilin mart ayında Azərbaycandan Türkiyəyə 1mlrd 072 mln kubmetr təbii qaz ixrac edilib. Elitinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub. Məlumata görə, bu, 2020-ci ilin eyni ayı ilə müqayisədə 16 % çoxdur. Bununla da Azərbaycan Türkiyənin ümumi qaz idxalında ikinci yerdə […]
Continue readingBakıdan Naxçıvana avtobus reysləri bərpa ediləcək
Bakıdan Naxçıvana avtobus reysləri bərpa ediləcək. Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən Elitinfo.az-a bildirilib ki, Naxçıvandan olan sərnişinlərin çoxsaylı müraciətinə əsasən avtobusla səfərlərin bərpası üzrə müvafiq tədbirlər tam gücü ilə davam edir. Tezliklə muxtar respublikaya müntəzəm avtobus reysləri bərpa ediləcək.
Continue readingDörd ayda Azərbaycana gələn əcnəbilərin 27,1 faizi hava nəqliyyatından istifadə edib
Yanvar-aprel aylarında Azərbaycana gələn əcnəbilərin 27,1 faizi hava nəqliyyatından istifadə edib. Dövlət Statistika Komitəsindən Elitinfo.az-a bildirilib ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 69,7 faizi dəmir yolu və avtomobil, 3,2 faizi isə dəniz nəqliyyatı ilə ölkəmizə gəlib.
Continue readingKOBİA bir sıra məhsullarla bağlı bazar araşdırması aparacaq
İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) badam (1), limonad (2), qazlı və qazsız içkilər (3) və sabun (4) istehsalı ilə bağlı bazar araşdırması aparılması üçün 4 açıq tender elan edib. Elitinfo.az xəbər verir ki, tenderlərdə iştirak haqqı 50 manatdır. İddiaçılar ilkin sənədləri iyunun 22-si, saat 11:00-a qədər, tender təklifi və onun […]
Continue readingBu il Ceyhan limanından 80 milyon bareldən çox BTC nefti nəql edilib
Bu ilin ötən dövrü ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin Türkiyə ərazisində istismarını həyata keçirən “BOTAS International Limited” (BIL) şirkəti Ceyhan terminalından80,443 milyon barel xam neft nəql edib. Elitinfo.az şirkətə istinadən xəbər verir ki, bu həcmdə xam neft 111 tankerə yüklənərək dünya bazarlarına yola salınıb. Ümumilikdə indiyə qədər limandan 3 mlrd 651mln barel xam neft 4 […]
Continue readingAzərbaycan Gürcüstanın ikinci əsas elektrik enerjisi təminatçısı olub
Bu ilin yanvar-aprel aylarında Gürcüstan Azərbaycandan 499,2 milyon kilovatt/saat elektrik enerjisi idxal edib. Elitinfo.az yerli bürosu xəbər verir ki, bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”nun (ESCO) hesabatında bildirilib. Sənədə əsasən, illik müqayisədə həcm 22 % artıb. Hesabat dövründə Azərbaycan qonşu ölkənin elektrik enerjisinə olan tələbatının 29,41 %-ni ödəyib. Gürcüstanın idxal etdiyi ümumi həcm […]
Continue reading