Ötən il Azərbaycanda 2,3% inflyasiya qeydə alınıb
2018-ci ildə istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilə nisbətən 2,3%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1,7%, qeyri-ərzaq mallarının qiymətləri 2,6%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,7% artıb. “Elitinfo.az” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Ayrıca ötən ilin dekabr ayında isə noyabr ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri […]
Continue readingBu məhsulların gömrük rüsumları artırıldı – Siyahı
Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələrində dəyişikliklər edilib. “Elitinfo.az” -ın məlumatına görə, bu barədə qərarı Novruz Məmmədov imzalayıb. Qərara əsasən, şəkər əlavələri və ya digər şirinləşdirici və ya dad-aromatik maddələr əlavə edilmiş mineral və qazlı sular da daxil olmaqla, sular 1 litri üçün 0,3 ABŞ […]
Continue reading“Xalq Bank”ın səhmdarı ləğv olunur
“Xalq Bank” ASC-nin səhmlərinin 16,15%-nə nəzarət edən “Amal Invest Group” MMC ləğv olunduğunu elan edib. “Elitinfo.az” bu barədə Vergilər Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 153 ünvanına bildirə bilərlər. Qeyd edək ki, bu ünvanda həm də “PAŞA Holdinq” MMC dövlət qeydiyyatından keçib.
Continue readingKənd Təsərrüfatı Nazirliyində müşavirə keçirilib – FOTOLAR
Kənd Təsərrüfatı Nazirliyində ölkədə pambıqçılığın inkişafına həsr olunmuş müşavirə keçirilib. Nazir İnam Kərimovun sədrliyi ilə keçirilən müşavirədə nazirlik Aparatının, tabeli qurumların və pambıq əkini aparılan rayonların Dövlət Aqrar İnkişaf Mərkəzləri rəhbərləri iştirak ediblər. Müzakirələrdə 2019-cu ildə pambıq əkininə hazırlıq prosesinin mövcud vəziyyəti, görüləcək işlər ətrafında fikir mübadiləsi aparılıb, əkinə hazırlıq prosesi, əkin zamanı texnoloji xəritəyə […]
Continue readingDövlət Gömrük Komitəsinin 4 vəzifəli əməkdaşı saxlanılıb
Dövlət Gömrük Komitəsinin daha 4 vəzifəli əməkdaşı saxlanılıb.Komitədən “Elitinfo.az”a verilən məlumata görə, Gömrük orqanlarında korrupsiya və rüşvət hallarının aradan qaldırılması, şəffaflığın təmin olunması istiqamətində atılan addımlar çərçivəsində 2018-ci il dekabrın 6-da Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində vəzifə səlahiyyətlərini aşmaq və qulluq mövqeyindən sui-istifadə etməklə elektron ticarət sahəsində fəaliyyət göstərən şirkətlər […]
Continue readingPrezident Balakəndə yol tikintisinə 4,4 milyon manat ayırıb
Prezident İlham Əliyev Balakən rayonunun Balakən-Qazbinə-İtitala avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. “Elitinfo.az”ın məlumatına görə, sərəncamla on səkkiz min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən Balakən-Qazbinə-İtitala avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və […]
Continue readingARDNF-nin ötən il valyuta hərraclarında satdığı dollar 1,8 dəfə artıb
Azərbaycan Respublikası Dövlət Neft Fondu(ARDNF) dekabr ayı ərzində valyuta hərraclarında satdığı vəsaitin həcmini açıqlayıb. ARDNF-nin İctimaiyyətlə əlaqələr departamentindən “Report”a verilən məlumata görə, ötən ilin dekabr ayında Neft Fondu tərəfindən valyuta hərraclarında 677,1 mln. dollar məbləğində vəsait satılıb. Ötən ilin noyabr ayında keçirilən valyuta hərraclarında ARDNF 654,1mln. dollar satıb. Beləliklə, noyabr ayı ilə müqayisədə dekabrda Fond tərəfindən […]
Continue reading“Şahdəniz” yatağından ümumi qaz hasilatı 100 milyard kubmetrə çatıb
“Şahdəniz” yatağından ümumi qaz hasilatı 100 milyard kubmetrə çatıb.“BP Azerbaijan” şirkətindən “Elitinfo.az” -a bildirilib ki, bu nailiyyət yataqdan ilk kommersiya qaz həcmlərinin hasilatına başlandığı və Cənubi Qafqaz Boru Kəmərinin işə düşdüyü elan edilən vaxtdan tam 12 il sonra əldə edilib. 2006-cı il dekabrın 15-də elan edilmiş ilk hasilat yatağın işlənməsinin 1-ci mərhələsinin başlanğıcı idi və […]
Continue reading“Azəraqrar”a direktor təyin olunub
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub.“Elitinfo.az”-ın əldə etdiyi məlumata görə, nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi”nə direktor təyin edilib. “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” Nazirlər Kabinetinin 26 sentyabr tarixli qərarı ilə yaradılıb və tərkibinə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan, fəaliyyəti məqsədəuyğun hesab edilməyən və […]
Continue readingPrezident İlham Əliyev yol tikintisinə 14.6 milyon manat vəsait ayırdı – Sərəncam
Prezident İlham Əliyev “Beyləqan rayonunun Mingəçevir–Stansiya Mingəçevir–Bəhrəmtəpə (137 km)–Beyləqan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. “Elitinfo.az” xəbər verir ki, sərəncam əsasən, iyirmi altı min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Mingəçevir–Stansiya Mingəçevir–Bəhrəmtəpə (137 km)–Beyləqan avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil […]
Continue reading










