“Mələkxanım stolun üstündə oxuyurdu” – VIDEO

ARB TV-nin “Səhər-səhər” proqramının növbəti qonağı xalq artisti Mələkxanım Əyyubova və qardaşı olub. Elitinfo.az xəbər verir ki, , xanəndənin qardaşı sənətçinin uşaqlıq illərindən danışıb: “Mələkxanım bir mənim yox, bütün xalqın bacısıdır. O, özünü xalqa elə sevdirib ki, hamı onu qardaşı kimi sevir. 2-3 yaşından Zeynəb Xanlarovaya baxa-baxa həvəsə gəlirdi. Mən toya gedəndə ona deyirdim ki, birdən ora gələrsən, […]

Continue reading

Xalq artisti Hacı Xanməmmədovun xatirəsi anılıb – Fotolar

Noyabrın 3-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında unudulmaz bəstəkar, Xalq artisti Hacı Xanməmmədovun 100 illiyinə həsr edilmiş konsert proqramı təqdim olunub. Elitinfo.az xəbər verir ki, Filarmoniyanın və “Mədəniyyət” kanalının birgə təşəbbüsü ilə reallaşan tədbirdə sənətkarın musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərindən danışılıb, sənət fəaliyyəti haqqında məlumat verilib. Bildirilib ki, 1918-ci ildə Dərbənddə dünyaya göz açan Hacı Xanməmmədov […]

Continue reading

“Baxır deyir ki, yazıq xəstədir, ölür” – Afaq Bəşirqızından səs-küylü açıqlama

Xalq artisti Afaq Bəşirqızı “Gündən günə” verilişinin qonağı olub. Elitinfo.az -ın məlumatına görə, aktrisa qalmaqallı açıqlaması ilə diqqət çəkib. Bəşirqızı sənət adamlarının özünü xəstəliyi, şəxsi həyatı ilə reklam etməsini qınayıb:”Tamaşaçı ailəmi, hansı xəstəlikdən əziyyət çəkdiyimi bilməməlidir. Niyə mənim daxilimi tamaşaçı tanımalıdır? Buna görə də tamaşaçı efirdə baxanda deyir ki, yazıq ölür, xəstədi. Ya da deyir filankəsin […]

Continue reading

Leyla Əliyeva Fəxrəddin Manafovdan müsahibə aldı – Video

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Xalq artisti Fəxrəddin Manafovla görüşüb. Elitinfo.az xəbər verir ki, L.Əliyeva baş redaktoru olduğu “Baku Magazine” jurnalı üçün aktyordan müsahibə alıb. Həmin an lentə alınan görüntülər L.Əliyevanın İnstaqram səhifəsində paylaşılıb və “Fəxrəddin Manafovla müsahibə” şərhi yazılıb.

Continue reading

Həsən Turabovun xatirəsi yad olunacaq

Noyabrın 15-də Bakıda Azərbaycan teatr və kino sənətinin parlaq nümayəndəsi, Xalq artisti Həsən Turabovun 80 illiyinə həsr edilmiş tədbir keçiriləcək.Elitinfo.az xəbər verir ki, Akademik Milli Dram Teatrında reallaşacaq tədbir Mədəniyyət Nazirliyi və sənət ocağının birgə təşkilati dəstəyi ilə gerçəkləşəcək. Tədbir çərçivəsində unudulmaz aktyorun milli kinomuzun inkişafındakı xidmətlərindən danışılacaq, sənət fəaliyyəti haqqında məlumat veriləcək. Azərbaycanın çoxəsrlik […]

Continue reading

Əməkdar incəsənət xadimi Məmmədağa Kərimovun 70 illik yubileyi qeyd edilib

Azərbaycan Milli Konservatoriyasında (AMK) görkəmli tar ifaçısı, Əməkdar incəsənət xadimi, konservatoriyanın professoru Məmmədağa Kərimovun 70 illik yubileyi qeyd edilib. Konservatoriyadan Elitinfo.az-a bildirilib ki, tədbir Məmmədağa Kərimovun həyat və yaradıcılığı haqqında geniş məlumatın təqdimatı ilə başlayıb. Yubiley gecəsində AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi çıxış edərək görkəmli tar ifaçısı Məmmədağa Kərimovun pedaqoji fəaliyyətindən və tar ifaçılığı […]

Continue reading

Daşkənddəki festivalda Azərbaycan da təmsil olunub

Daşkənddəki iki nömrəli Cahan Dilləri Liseyində “Xalqların adət-ənənələri və mədəniyyət” adlı festival keçirilib. Elitinfo.az-ın məlumatına görə, Özbəkistandakı səfirliklərin və mədəniyyət mərkəzlərinin qatıldığı festivalda ölkəmizi Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib. İştirakçılara festival haqqında məlumat verilib. Liseyin həyətində Azərbaycan üçün ayrılan guşədə ölkəmizin bayrağı, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham […]

Continue reading

Azərbaycan Tərcümə Mərkəzinin Fransa nümayəndəliyi yaradılıb

Azərbaycan ədəbiyyatının dünyada tanıdılması və təbliği işinin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Tərcümə Mərkəzinin Fransada nümayəndəliyi yaradılıb. Elitinfo.az -ın xəbərinə görə, bu barədə Kəpəz nəşriyyat evinin təsisçilərində biri, Strasburqda yaradılan nümayəndəliyin direktoru Nicat Kazımov AZƏRTAC-a müsahibəsində məlumat verib. Qeyd edib ki, nümayəndəliyin yaradılmasından əvvəl də Kəpəz nəşriyyatı ilə Azərbaycan Tərcümə Mərkəzi əməkdaşlıq edirdi. Ancaq nümayəndəliyin yaradılması nəşriyyatın […]

Continue reading

Leyla Əliyeva “Sofiya” ilə bir arada – Fotolar

Oktyabrın 27-də Heydər Əliyev Mərkəzində “Qlobal İnfluenser Günü” keçirilib.Elitinfo.az -ın məlumatına görə, tədbirin çıxışçıları arasında süni intellekt sahibi, robot “Sofiya” da olub. O bildirib ki, fərqli mədəniyyətlərin, dinlərin təmsilçilərini bir araya gətirən Azərbaycanın böyük potensialı var. Tədbirdə iştirak edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Sofiya” ilə söhbət edib. “Qlobal İnfluenser Günü” Nəqliyyat, Rabitə və […]

Continue reading

“Hamısı tərbiyəsiz olub” – Tatlısəs əsəbiləşdi

İbrahim Tatlısəs reanimasiyada olan Mehmet Ali Erbili ziyarət edib. Elitinfo.az -ın xarici KİV-ə istinadən xəbərinə görə, xəstəxanadan çıxarkən müğənni media nümayəndələrinin suallarını cavablandırıb. Tatlısəs 61 yaşlı şoumenlə uzun müddətdir dostluq etdiklərini deyib: “Allah onu bizə bağışlasın. Mənim üçün gözəl bir insandır. Gözəl xəbərlərini aldıq. Tez bir zamanda ayağa qalxacaq və yanımıza qayıdacaq”. Sənət aləminin vəfasızlığından […]

Continue reading