Azərbaycan Milli Xalça Muzeyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayırıb
Azərbaycan Milli Xalça Muzeyi ölkəmizdə koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində səhiyyə tədbirlərinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” 2020-ci il 19 mart tarixli Fərmanına əsasən yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayırıb. Elitinfo.az -a […]
Continue reading“Türk və İslam Əsərləri Muzeyi kolleksiyasından Azərbaycan xalçaları” sərgisinin açılış mərasimi keçirilib
İstanbulda “Türk və İslam Əsərləri Muzeyinin kolleksiyasından Azərbaycan xalçaları” adlı sərgi və eyni adlı kitab-kataloqun təqdimatı keçirildi. Sərgi Türk və İslam Əsərləri Muzeyində təşkil edilib. Layihə Azərbaycan Milli Xalça Muzeyinin təşəbbüsü, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın Mədəniyyət Nazirliyi, Azərbaycanın Türkiyədəki Səfirliyi, Türk və İslam Əsərləri Muzeyi, Azərbaycan Milli Xalça Muzeyi və Azərbaycan Respublikası Dövlət […]
Continue readingHacı Zeynalabdin Tağıyevin heykəlinin açılışı təxirə salındı
Azərbaycanın böyük xeyriyyəçisi, maarifpərvər və ictimai xadim Hacı Zeynalabdin Tağıyevin heykəlinin açılışı təxirə salınıb. Bunu ”Report”un sorğusuna cavab olaraq H.Z.Tağıyevin heykəlini hazırlayan Xalq rəssamı Xanlar Əhmədov bildirib. Onun sözlərinə görə, Bakının mərkəzində – metronun “İçərişəhər” stansiyasının qarşısında ucaldılacaq heykəl hazırda emalatxanadadır və tuncdan tökülüb: “Heykəlin açılışı təxirə salınıb. Bilirsiz ki, koronavirusla bağlı Azərbaycanda kütləvi tədbirlər, o cümlədən Novruz bayramı şənlikləri […]
Continue readingDünyamalı Kərəmin 100 illik yubileyi qeyd olunub
Beynəlxalq Muğam Mərkəzinin “Aşıq musiqisi axşamları” layihəsi çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gürcüstanın “Şöhrət” ordenli ziyalısı Dünyamalı Kərəmin 100 illik yubileyinə həsr olunmuş gecə keçirilib. Elitinfo.az xəbər verir ki, görüşdə çıxış edənlər yubilyarın poeziyasından, uzunömürlülüyün sirrindən söhbət açıb, onun gənc jurnalist kadrların yetişməsində, milli mədəniyyətimizin, ədəbiyyatımızın inkişafında, azərbaycanlılarla bağlı həqiqətlərin geniş ictimaiyyətə çatdırılmasında, eləcə də […]
Continue readingDahi bəstəkarın məzarı ziyarət olundu
Fevralın 5-i dünya şöhrətli Azərbaycan bəstəkarı, pedaqoq, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, akademik Qara Qarayevin (1918-1982) doğum günüdür. Bu münasibətlə I Fəxri xiyabanda dahi musiqiçinin məzarı ziyarət olundu, abidəsi önünə tər çiçəklər düzüldü. Mərasimdə mədəniyyət və incəsənət xadimləri, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin kollektivi və sənətkarın ailə üzvləri iştirak edirdi. Elitinfo.az xəbər verir […]
Continue reading“Gəncliyin səsi” festivalının açılış mərasimi keçirildi
Elitinfo.az\ Azərbaycan Dövlət Akademik Filarmoniyasında Gənclər Günü münasibətilə təşkil olunan ənənəvi “Gəncliyin səsi” festivalının açılış mərasimi keçirildi. Filarmoniyanın foyesində Mədəniyyət Nazirliyi şəbəkəsində fəaliyyət göstərən incəsənət məktəbləri və dərnəklərin şagirdlərinin işlərindən ibarət sərgi təşkil olunmuşdu. Mədəniyyət naziri Əbülfəs Qarayev və qonaqlar gənclərin hazırladığı zərgərlik nümunələri, şəbəkə üslubunda oyma, rəssamlıq və tətbiqi sənətin müxtəlif növlərində əl işləri […]
Continue reading“Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransı keçirilib
Azərbaycan ilə Rusiya arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədilə Bakıda “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransı keçirilir. Konfrans Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Moskva Hökumətinin və TASS informasiya agentliyinin dəstəyi ilə təşkil edilib. Konfrans çərçivəsində “Mədəniyyətlərin dialoqu xalqların dialoqunun əsasıdır” mövzusunda dəyirmi masa keçirilib. Elitinfo.az xəbər verir ki, Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayevin, TASS informasiya agentliyinin […]
Continue readingƏbülfəs Qarayev: “Bakı Prosesi” müxtəlif formalarda davam edir
“Bakı Prosesi” müxtəlif formalarda davam edir. Bu il Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsi nəzərdə tutulub. “Moskva-Bakı: Mədəniyyətlərin dialoqu” konfransı foruma bir növ hazırlıqdır. Elitinfo.az xəbər verir ki, bu sözləri jurnalistlərə Mədəniyyət naziri Əbülfəs Qarayev deyib. Nazir qeyd edib ki, “Moskva-Bakı: Mədəniyyətlərin dialoqu” konfransı əlaqələrin daha da genişlənməsinə və Humanitar Forum çərçivəsində müzakirə olunacaq məsələlərin sanki […]
Continue readingƏSA Teatrı yenidən gələcək
Azərbaycanın əlilliyi olan və olmayan aktyorlardan ibarət inklüziv ƏSA Teatrı fevralın 12-də yenidən tamaşaçıların görüşünə gələcək. Elitinfo.az xəbər verir ki, məşhur yazıçı, Nobel mükafatı laureatı Con Steynbekin müəllifi olduğu əsər quruluş dəyişikliyi ilə daha maraqlı və gözlənilməz sonluqla bitəcək. Tamaşa Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində təqdim olunacaq. Qeyd edək ki, […]
Continue readingBakı Uşaq Teatrı bu dəfə “Sevgi şimşəyi” ilə gəlir
Bakı Uşaq Teatrı Gənc Tamaşaçılar Teatrının səhnəsində “Sevgi şimşəyi” tamaşasını təqdim edəcək. Elitinfo.az xəbər verir ki, böyüklər üçün nəzərdə tutulan tamaşada hadisələr sevgi hekayəsi üzərində qurulsa da, əslində burada cəmiyyətdə yaşanan aktual problemlərə, valideyn-övlad münasibətlərindəki anlaşılmazlıqlara, şəxsiyyətin formalaşmasına təsir edən mühüm amillərə toxunulur. Səhnə əsəri komediya janrında hazırlanıb. Mədəniyyət Nazirliyinin dəstəyi ilə təqdim ediləcək […]
Continue reading