Silahlı Qüvvələrə Yardım Fonduna dəstək məqsədilə virtual satış sərgisi davam edir

Silahlı Qüvvələrə Yardım Fonduna dəstək məqsədilə rəssamların virtual satış sərgisi davam edir. Dövlət Rəsm Qalereyasından Elitinfo.az-a bildirilib ki, sərgi Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və www.artgift.az saytının təşkilatçılığı reallaşıb. Satışdan əldə olunan bütün vəsaitin Silahlı Qüvvələrə Yardım Fonduna köçürülməsi nəzərdə tutulub. Rəsm əsərlərinin qiyməti simvolik olaraq 50, 100, 150, 200, 250 AZN dəyərində […]

Continue reading

Heydər Əliyev Fondunun dəstəyi ilə “Mənim ürəyim Şuşa” musiqi kompozisiyası hazırlanıb

Azərbaycanın dilbər güşələrindən olan, Qarabağımızın döyünən qəlbi Şuşa hər birimizin qürur mənbəyidir. Xan Şuşinskinin səsini qoynunda saxlayan başı qarlı, vüqarlı dağları ilə əzəmətli görünən Şuşa hər bir azərbaycanlı üçün xüsusi önəm daşıyır. Cənubi Qafqazın dəyərli mədəniyyət mərkəzlərindən biri olan Şuşa, milli memarlıq üslubu ilə seçilən, orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsi, mədəniyyətimizə, ədəbiyyatımıza, incəsənətimizə bəxş […]

Continue reading

“Yenə o bağ olaydı” səyyar sərgisi davam edir

“YARAT” Müasir İncəsənət Məkanının Xaçmaz rayonunda incəsənət həvəskarları üçün təşkil etdiyi “Yenə o bağ olaydı” adlı səyyar sərgisinin vaxtı uzadılıb. Elitinfo.az xəbər verir ki, sərgi ziyarətçilər üçün noyabrın 27-dək açıq qalacaq. Sərginin ekspozisiyasında rəssamlar Ağababa Bağırov, Etibar İsmayılov, Günay Əliyeva, Mousa Bəyzadə, Nəzrin Məmmədova, Vüsalə Ağarazıyeva, Leyli Qafarova kimi gənc sənətçilərin və tanınmış italiyalı rəssam […]

Continue reading

“Qarabağın musiqi xəzinəsi” layihənin ilk buraxılışı muğam ustası Bülbülcana həsr olunub

Beynəlxalq Muğam Mərkəzi (BMM) Azərbaycanın qədim sənət beşiyi Qarabağ bölgəsinin musiqi irsinin təbliği ilə bağlı layihələrini davam etdirir. Mərkəzin “Qarabağın musiqi xəzinəsi” layihəsi də bu bölgənin tanınmış musiqi xadimlərini tanıtdırmaq məqsədi daşıyır. Elitinfo.az xəbər verir ki, layihənin ideya müəllifi BMM-in direktoru, Xalq artisti Murad Hüseynovdur. İlk mərhələdə Muğam Mərkəzinin foyesində büstləri qoyulan korifey xanəndələr haqqında […]

Continue reading

Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərindəki mədəni irsinə həsr edilən brifinq keçirilib

Noyabrın 6-da Azərbaycan Milli İncəsənət Muzeyində Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərdə yerləşən Azərbaycan mədəni irsinə həsr olunan brifinq keçirilib. Brifinqdə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini, rəisin vəzifə səlahiyyətlərini icra edən Azad Cəfərli Ermənistanın ölkəmizə qarşı 30 ilə yaxın davam edən hərbi təcavüz və […]

Continue reading

Mədəniyyət Nazirliyi Qubadlıdakı məscidin ermənilər tərəfindən təhqir olunması ilə bağlı bəyanat yayıb

Mədəniyyət Nazirliyi Qubadlı rayonundakı məscidin ermənilər tərəfindən təhqir olunması ilə bağlı bəyanat yayıb. Nazirlikdən Elitinfo.az-a daxil olan bəyanatda deyilir: “Ermənistan silahlı qüvvələrinin 30 ilə yaxın müddətdə işğal altında saxladığı Azərbaycan Respublikasının tarixi ərazisi – Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı rayonlar bu günlər şanlı Azərbaycan Ordusu tərəfindən qarış-qarış yağılardan təmizlənir. Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş […]

Continue reading

“Qarabağ – mədəniyyətimizin beşiyi”: Dəmirovlu pir məbədi

  Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə dağıdılan, talan edilən mədəniyyət ocaqları, abidələr, tarixi-memarlıq nümunəsi olan tikililər, Azərbaycan xalqının Qarabağda saxtalaşdırmaya və mənimsənilməyə məruz qalan zəngin mədəni irsi ilə bağlı həqiqətlərin beynəlxalq səviyyədə ictimailəşdirilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən “Qarabağ – mədəniyyətimizin beşiyi” adlı layihə davam edir. Mədəniyyət Nazirliyindən Elitinfo.az-a bildirilib ki, layihə çərçivəsində növbəti […]

Continue reading

ICESCO mədəni iqtisadiyyatın inkişafına dair təkliflər irəli sürüb

G-20 ölkələri liderlərinin noyabrın 22-də keçiriləcək və mədəni iqtisadiyyat məsələlərinin də müzakirə olunacaq sammiti ərəfəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim Əl Malik dörd maddədən ibarət təkliflər planının həyata keçirilməsi təşəbbüsü ilə çıxış edib. Elitinfo.az təşkilatın mətbuata açıqlamasına istinadla xəbər verir ki, Baş direktor ÜDM-nin 3 faizini təşkil edən və […]

Continue reading

Milli Kitabxana “Həsən Seyidbəyli – 100” adlı elektron məlumat bazasını istifadəçilərə təqdim edib

Dekabrda Azərbaycan mədəniyyətinin tanınmış nümayəndəsi, kinodramaturq, rejissor və ssenarist, Xalq artisti Həsən Mehdi oğlu Seyidbəylinin anadan olmasının 100 illiyi tamam olur. Azərbaycan Respublikası Prezidentinin “Həsən Seyidbəylinin 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına və Mədəniyyət Nazirliyinin tədbirlər planına uyğun olaraq M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası “Həsən Seyidbəyli – 100” adlı elektron məlumat bazası hazırlayıb. Kitabxanadan […]

Continue reading

Noyabrın 6-sı Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramı günüdür

Noyabrın 6-sı Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramı günüdür. Elitinfo.az xəbər verir ki, 1926-cı il noyabrın 6-da Azərbaycanda ilk dəfə radio verilişlərinin yayımına başlanılıb. Həmin gün ölkə paytaxtının küçələri və meydanlarında qurulmuş reproduktorlardan ilk dəfə “Danışır Bakı” ifadəsi yayılıb. Bu hadisə o vaxt Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük bir yenilik idi. Azərbaycan […]

Continue reading