Alban kilsələri – tariximizin qədim izləri VİDEO

  Dövlət Tərcümə Mərkəzi müasir Azərbaycan ərazilərində əsrlər boyu yaşamış albanların qədim tarixindən, azəri türkləri ilə birgə yaşayışı və ortaq mədəniyyətindən, 1836-cı il martın 11-də Rusiya imperatoru I Nikolayın fərmanı ilə erməni qriqorian Kilsəsinin tabeliyinə verilmiş Alban Həvvari Kilsəsinin sonradan məkrli erməniləşdirmə siyasəti ilə saxtalaşdırılmasından bəhs edən “Alban kilsələri – tariximizin qədim izləri” adlı sənədli […]

Continue reading

“Qarabağın musiqi xəzinəsi” layihəsinin növbəti buraxılışı Yaqub Məmmədova həsr olunub

  Beynəlxalq Muğam Mərkəzinin (BMM) başladığı “Qarabağın musiqi xəzinəsi” layihəsinin növbəti buraxılışı Xalq artisti, görkəmli xanəndə Yaqub Məmmədova həsr olunub. Elitinfo.az xəbər verir ki, buraxılışda sənətkarın ömür yolu və ifaçılıq sənətinə geniş yer verilib. Yaqub Məmmədov 1930-cu ilin mayın 5-də Ağcabədi rayonunda anadan olub. O, Qarabağ xanəndəlik məktəbinin XX əsrin ikinci yarısında yetişmiş orta nəslinin görkəmli […]

Continue reading

Füzulidəki Hacı Ələkbər məscidi işğaldan sonra yararsız hala düşüb

1993-cü ildə Füzuli rayonunun Ermənistan tərəfindən işğalından sonra Hacı Ələkbər məscidi yararsız hala düşüb. Mədəniyyət Nazirliyindən Elitinfo.az-a verilən məlumata görə, Füzuli şəhərindəki Hacı Ələkbər məscidi memar Kərbalayı Səfixanın ilkin işlərindəndir. Məscidin giriş qapısı üzərindəki daş kitabədə “Memar Kərbalayı Səfixan Qarabağinin işidir” – sözləri yazılmışdır. Kitabədə məscidin tikilmə tarixi də – hicri tarixi ilə 1307-ci il […]

Continue reading

Azərbaycanlı rəssam Vətən müharibəsində Qələbəyə həsr olunmuş panno yaradıb

  Azərbaycanın Xalq rəssamı, UNESCO Rəssamlar Federasiyasının, Rusiya Rəssamlıq Akademiyasının, Almaniya Rəssamlar Birliyinin üzvü, “Sülh Səfiri” beynəlxalq diplomunun sahibi, Almaniyada yaşayan məşhur fırça ustası Əşrəf Heybətov Azərbaycanın tarixi ərazilərinin azad edilməsi üzrə döyüş əməliyyatlarının başlanğıcından bəri “Qarabağda Qələbə Günü” adlı genişmiqyaslı panno yaradıb. Elitinfo.az xəbər verir ki, rəsm əsəri haqqında danışan sənətçi, hər zaman Azərbaycanın […]

Continue reading

Ukraynada Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş beynəlxalq müsabiqənin qalibləri mükafatlandırılıb VİDEO

  Ukraynanın Truskavets şəhərində dünya şöhrətli müğənni, SSRİ Xalq artisti Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş III Beynəlxalq vokal mahnı müsabiqəsi keçirilib. Azərbaycanın Ukraynadakı Səfirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, “SOCAR Energy Ukrayna” şirkəti, Truskavets şəhər Meriyası və Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı və dəstəyi ilə reallaşan müsabiqənin qalibləri müəyyənləşib. Elitinfo.az xəbər verir ki, […]

Continue reading

Qarabağın musiqi tarixinə həsr olunmuş respublika müsabiqəsi davam edir

Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Qarabağın musiqi tarixi – aşıq sənəti” onlayn respublika müsabiqəsi davam edir. Nazirlikdən Elitinfo.az-a bildirilib ki, müsabiqənin keçirilməsində əsas məqsəd musiqi tariximizdə qədimliyi ilə seçilən Qarabağ aşıq sənətinin təbliği, bu sənətin dünyada tanıdılması üzrə gənc istedadların üzə çıxarılması, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi, qədim və müasir el havalarının öyrənilməsi […]

Continue reading

Milli Kitabxanada Beynəlxalq Əlillər Gününə həsr olunmuş virtual sərgi açılıb

  Hər il dekabrın 3-də Beynəlxalq Əlillər Günü bütün dünyada qeyd edilir və bu barədə 1992-ci il dekabrın 14-də BMT Baş Assambleyasının qətnaməsi qəbul olunub. Onun hədəfi – ictimai həyatın bütün sahələrində əlillərin hüquqlarının qorunması və geniş ictimaiyyətin diqqətini onların problemlərinə yönəltməkdir. Əlilliyi olan şəxslərin maddi və mənəvi təminatlarının gücləndirilməsi, onların reabilitasiyası və cəmiyyətə inteqrasiyası, […]

Continue reading

Milli Arxiv İdarəsində müşavirə keçirilib

Milli Arxiv İdarəsində Azərbaycanda arxiv quruculuğunun 100 illiyinə həsr olunmuş müşavirə keçirilib. Elitinfo.az xəbər verir ki, müşavirədə İdarənin rəhbərliyi, idarə aparatının şöbə müdirləri, Respublika Dövlət arxivlərinin rəhbərləri iştirak ediblər. Müşavirədə bu günlərin ölkəmiz üçün əlamətdar hadisələrlə zənginliyinə diqqət çəkilərək bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz […]

Continue reading

“Bakı Prosesi” qlobal təşəbbüsünün 12 ili tamam olur VİDEO

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində ölkəmiz dünyanın mədəniyyət və mədəniyyətlərarası dialoq mərkəzlərindən birinə çevrilib. Xalqımızın çoxəsrlik tolerant və mehriban birgəyaşama mədəniyyəti dünya sivilizasiyaları arasında münasibətlərin tənzimlənməsində və inkişafında nümunə kimi göstərilir. Bu istiqamətdə Azərbaycan dövləti tərəfindən həyata keçirilən tədbirlər bəşəriyyətin təhlükəsiz gələcəyi və birgəyaşama ənənələrinə, dialoq və mədəni çeşidliliyə […]

Continue reading

UNESCO-ya müraciət etmiş rusiyalı mədəniyyət xadimlərinə məktub göndərilib

  Məlum olduğu kimi, Rusiya Federasiyasının bir qrup mədəniyyət xadimi Qarabağda yerləşən xristian irsinin qorunmasına və bu irsin UNESCO-nun Dünya irsi siyahısına salınmasına köməklik göstərilməsi ilə bağlı UNESCO-ya müraciət edib. Dağlıq Qarabağda və ətraf rayonlarda erməni işğalı zamanı çoxsaylı müsəlman irsi abidələrinin dağıdılmasına baxmayaraq, müraciətdə yalnız xristian irsi haqqında bəhs edilməsi, eləcə də Azərbaycan ərazisindəki […]

Continue reading