ABŞ-ın daha bir şəhəri 28 mayı “Azərbaycan Milli Günü” elan edib
ABŞ-ın Kaliforniya ştatının Torrens (Torrance) şəhəri 28 may tarixini “Azərbaycan Milli Günü” elan edib. Bununla bağlı şəhər meri Patrick J. Furey tərəfindən müvafiq bəyannamə imzalanıb. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan verilən məlumata görə, Baş Konsulluğa göndərilmiş bəyannamədə Azərbaycan xalqının 28 may 1918-ci il tarixində müsəlman dünyasında ilk dünyəvi və demokratik parlamentli respublika yaratdığı, həmin respublikanın ABŞ […]
Continue readingDOST mərkəzləri gənclərin könüllülük fəaliyyətinə marağını daha da artıracaq
DOST mərkəzləri gənclərin könüllülük fəaliyyətinə marağını daha da artıracaq. Elitinfo.az xəbər verir ki, bunu mətbuata açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib. Deputat deyib: “Azərbaycanda könüllülük fəaliyyətinin yeni inkişaf mərhələsində təkanverici rolu 2009-cu ildə Milli Məclisin qəbul etdiyi “Könüllü fəaliyyət haqqında” Qanun təşkil etdi. On maddədən ibarət bu geniş və əsaslı qanunla Azərbaycanda könüllülük […]
Continue readingAzərbaycanda koronavirusla bağlı bugünkü test sayı açıqlandı
Bu gün Azərbaycanda daha 5389 nəfər koronavirus testindən keçib. Elitinfo.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb. Məlumata əsasən, indiyədək ümumilikdə 245 609 test keçirilib. Reanimasiyada olan xəstə sayı 62, süni tənəffüs cihazında olan xəstə sayı 11-dir. Qeyd edək ki, ölkədə virusa yoluxanların sayı 3631, virusdan ölənlər 43, sağalan xəstə […]
Continue readingBakıda bəzi avtobusların hərəkət istiqamətləri dəyişdirildi
91, 92 və 202 nömrəli marşrutun hərəkət istiqamətləri müvəqqəti olaraq dəyişdirilib. Bakı Nəqliyyat Agentliyindən Elitinfo.az-a verilən məlumata görə, Binəqədi rayonu, Biləcəri qəsəbəsi Asəf Zeynallı küçəsində təmir-tikinti işlər ilə əlaqədar olaraq yolun bağlanması səbəbindən 91,92 və 202 nömrəli marşrutun hərəkət istiqamətləri müvəqqəti olaraq dəyişdirilib. 91 nömrəli marşrut İstiqamət: Biləcəri qəs.: Biləcəri qəsəbəsi daxili alternativ küçələrlə fəaliyyəti […]
Continue readingBu gün Dünya Bal Arısı Günüdür
BMT Baş Assambleyasının 2017-ci il dekabrın 20–də keçirilən iclasında alınan qərara əsasən hər il mayın 20-si Dünya Bal Arısı Günü kimi qeyd olunur. Həmin tarix təsadüfən seçilməyib. Belə ki, 1734-cü il mayın 20-də Sloveniyada olan görkəmli rəssam və arıçı, arıçılığın öyrənilməsinə yeniliklər gətirmiş Anton Yanşanın anadan olduğu gündür. O, 1769-cu ildən arıçılıqla məşğul olub. Elitinfo.az […]
Continue readingQeyri-iş günləri ilə bağlı işəgötürənlərə müraciət edildi
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) “Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin yerinin dəyişdirilməsi və xüsusi karantin dövründə qeyri-iş günlərinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 15 may tarixli 177 nömrəli qərarının tətbiqi ilə əlaqədar izahat yayımlayıb. Nazirlikdən Trend-ə verilən məlumata görə, izahatda deyilir: “Azərbaycan Respublikasının ərazisində iş […]
Continue readingSabaha olan hava
Mayın 21-də gözlənilən hava proqonozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Elitinfo.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 15-18° isti, gündüz 23-27° isti, Bakıda gecə 16-18° isti, gündüz 25-27° isti olacaq. Atmosfer təzyiqi 761 […]
Continue readingVüsal Hüseynov: Miqrantların maddi yardım alması ilə bağlı DMX-ə müraciətlər daxil olub CƏMİYYƏT
Ölkədə yaşayan miqrantların maddi yardım alması ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciətlər daxil olub. Elitinfo.az-ın məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi (DMX) Vüsal Hüseynov bu gün keçirilən onlayn brifinqdə deyib. Onun sözlərinə görə, həmin müraciətlər Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi və digər aidiyyəti qurumlara göndərilib: “Həmçinin bizim xidmətin könüllüləri vasitəsi ilə bəzi miqrantlara […]
Continue readingPaytaxtın 7 rayonu DOST xidmətləri ilə əhatə olunub
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılışı olan 3 saylı DOST mərkəzi Bakının daha 3 rayonu üzrə DOST xidmətlərinin tətbiqinə imkan verib. Bunlar Nizami, Sabunçu və Suraxanı rayonlarıdır. Həmin mərkəzdən əvvəl, ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin Bakıda istifadəyə verilən 1 və 2 saylı DOST […]
Continue readingParlament “əlil” ifadəsini ləğv etdi
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. Elitinfo.az-ın xəbərinə görə, qanunda “əlil” ifadəsi əvəzinə “əlilliyi olan şəxs”, “əlillik qrupu” ifadəsi əvəzinə “əlillik dərəcəsi”, “qüsur” sözü əvəzinə “pozuntu” sözündən istifadə edilib. Qanuna dəyişiklik müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.
Continue reading











