Braziliyanın telekanalında Azərbaycan multikulturalizmindən danışılıb

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) icraçı direktoru Rəvan Həsənov Braziliyanın “Rebe TV” telekanalına Azərbaycan dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edən multikulturalizm siyasəti və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə müsahibə verib. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən Elitinfo.az-a bildiriblər ki, BBMM-in icraçı direktoru Rəvan Həsənov müsahibədə multikulturalizmin Azərbaycanın dövlət siyasəti olduğunu deyib. O bildirib: “Bu […]

Continue reading

Azərbaycanın Böyük Britaniya səfirliyinin binası önündə Gəncə hadisələrini əks etdirən xatirə guşəsi yaradılıb

Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin oktyabrın 17-də Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə atəşə tutulması nəticəsində həlak olan həmvətənlərimizin əziz xatirəsini anmaq üçün ölkəmizin Londondakı səfirliyinin binası önündə xain hücumun nəticələrini əks etdirən şəkillərdən ibarət guşə yaradılıb. Elitinfo.az xəbər verir ki, Londonda yaşayan soydaşlarımız bu hücumun qurbanlarını yad etmək məqsədilə səfirliyin binasının qarşısına gələrək […]

Continue reading

Allahşükür Paşazadə: Məscidlərinizin minbərlərindən ucalan dualar, oxunan xütbələr azərbaycanlı qardaşlarınız tərəfindən heç zaman unudulmayacaq

Qafqaz müsəlmanları, Azərbaycan dindarları və şəxsən öz adımdan Zati-möhtərəmlərinizə salamlarımı və xeyir-dualarımı yetirir, Allah-Təaladan cümlə müsəlman ümmətinə xeyirli fəaliyyətlər arzulayıram. Biz İstanbulun və bütün türk dünyasının incisi sayılan Aya Sofiyanın ibadətə açılışını cani-könüldən təqdir etdiyimiz kimi, bu gün də İslam dünyasının elm və irfan mərkəzi olacaq İbn Haldun Külliyəsinin açılışına dəvət aldığımıza görə dərin təşəkkürlərimizi […]

Continue reading

Düşmənin mülki əhalini atəşə tutması nəticəsində Ağdam rayonunda üç nəfər, o cümlədən AZTV-nin əməkdaşı xəsarət alıb

Ermənistanın silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini, o cümlədən 1949-cu il tarixli Cenevrə Konvensiyalarının əsas norma və prinsiplərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı cinayət əməllərini davam etdirir. Baş Prokurorluğun mətbuat xidmətindən Elitinfo.az-a bildiriblər ki, oktyabrın 19-da səhər saatlarından başlayaraq düşmənin silahlı birləşmələri tərəfindən Ağdam rayonu müxtəlif istiqamətlərdən raket və ağır artilleriyadan […]

Continue reading

Azərbaycanın Baş prokuroru Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri ilə görüşüb

Oktyabrın 19-da Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas ilə görüşüb. Baş Prokurorluğun mətbuat xidmətindən Elitinfo.az-a bildiriblər ki, görüşdə Baş prokuror Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, milli qanunvericilik sahəsində Avropa İttifaqına daxil olan ölkələrin qabaqcıl təcrübəsinin öyrənilməsinin önəmli olduğunu vurğulayıb. Kamran Əliyev prokurorluqda aparılan genişmiqyaslı islahatlardan […]

Continue reading

Baş Prokurorluq Ermənistan ordusunun Xızı rayonuna raket zərbəsi ilə bağlı məlumat yayıb

Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyalarını və onların Əlavə Protokollarını, habelə humanitar atəşkəs rejiminin tələblərini pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini və strateji obyektləri raket və ağır artilleriya zərbələrinə məruz qoymaqda davam edir. Baş Prokurorluğun mətbuat xidmətindən Elitinfo.az-a bildiriblər ki, oktyabrın 18-də saat 13 […]

Continue reading

TƏBİB-in şöbə müdiri: Vətəndaşlar özlərini qorumaqla, qaydalara əməl etməklə əsgərlərə kömək etmiş olurlar

Son yoluxma sayları onu göstərir ki, rəqəmlər avqustun ortalarından bəri ən yüksək həddə çatıb. Avqustun ortalarından etibarən, sentyabrda COVID-19-a yoluxma ilə bağlı sabitlik müşahidə olunurdu. Son həftənin statistikası onu göstərir ki, sentyabrda sanki əhali arasında bir arxayınlaşma yaranmışdı. Bu da yoluxma hallarının belə kəskin artımına gətirib çıxardı. Bu səbəbdən də Nazirlər Kabineti yanında Operativ Qərargah […]

Continue reading

“Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası beynəlxalq təşkilatlara müraciət ünvanlayıb

Dünya mədəniyyəti, həmrəylik və əməkdaşlıq prinsiplərini, habelə regional və qlobal təhlükəsizlik maraqlarını rəhbər tutaraq, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası BMT, UNESCO, o cümlədən ATƏT rəhbərləri ölkələrinin və bütün dünyanın beynəlxalq və milli qeyri-hökumət təşkilatlarına ədaləti bərpa etmək və Ermənistan rəhbərliyinin Azərbaycana qarşı təcavüzünü mühakimə etmək xahişi ilə müraciət edib. Elitinfo.az  xəbər verir ki, müraciətdə deyilir: “Biz […]

Continue reading

Bu gündən Azərbaycanda karantin rejimi yenidən sərtləşdirilib

Son günlər bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarında kəskin artım müşahidə olunmaqdadır. Bu səbəbdən mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində bir sıra məhdudiyyətlərin tətbiq olunmasına qərar verilib. Elitinfo.az xəbər verir ki, sanitar-epidemioloji vəziyyət, koronavirusa yoluxmuş aktiv xəstə sayı və yoluxma sürəti əsas götürülməklə aşağıdakı məhdudiyyətlər […]

Continue reading

Tbilisi teleqülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqandırılıb

Gürcüstanın paytaxtı Tbilisinin əsas simvollarından biri olan televiziya qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. Elitinfo.az-ın Gürcüstan bürosu xəbər verir ki, teleqüllə 18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyinin 29-cu ildönümü münasibətilə axşam saatlarından etibarən göy, qırmızı və yaşıl rənglərdə işıq saçmağa başlayıb. Tbilisi meriyasından bildirilib ki, bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir: “Tbilisi teleqülləsi ənənəvi […]

Continue reading