Ermənistan ordusunun Tərtər rayonunun Kəbirli kəndinə raket atması nəticəsində 16 yaşlı sakin həlak olub
Ermənistanın silahlı qüvvələri elan olunan humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı cinayət əməllərini davam etdirir. Baş Prokurorluğun mətbuat xidmətindən Elitinfo.az-a bildiriblər ki, oktyabrın 24-də səhər saatlarından başlayaraq Ermənistan ordusunun bölmələri tərəfindən Goranboy və Tərtər rayonları müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub. Saat 10 radələrində Ermənistan silahlı […]
Continue readingEvdə həkim nəzarəti olmadan qəbul edilən dərman preparatları koronavirusun klinik gedişatını dəyişdirə bilər
Son yoluxan xəstələrin yaş qruplarına görə bölgü aparmış olsaq, görəcəyik ki, 20-40 yaşarasında olan vətəndaşlar arasında yoluxma halları artıb. Yaşlılarda isə yoluxma halları öz tendensiyasını qoruyur. Kliniki müşahidələrə görə, daha gənc yaşlarda olan vətəndaşlarda yoluxma ilə yanaşı, xəstəliyi ağır keçirmə faizində artım müşahidə olunur. Uşaqlar arasında yoluxma hallarında dəyişiklik hiss olunmur. Yəni 18 yaşadək […]
Continue readingANAMA 175 partlamamış hərbi sursat və 2 dron aşkarlayıb
Oktyabrın 23-də Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə Ağcabədi, Ağdam, Bərdə, Beyləqan, Füzuli, Goranboy, Naftalan və Tərtər rayonları ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Zəng Xidməti Mərkəzindən 38 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 2 müraciət daxil olub. ANAMA-dan Elitinfo.az-a bildirilib ki, daxil olmuş 40 çağırış əsasında agentliyin […]
Continue readingBaş Prokurorluq Ermənistanın təxribatları nəticəsində dinc əhaliyə qarşı törədilmiş cinayətlərin son statistikasını açıqlayıb
Azərbaycan Respublikasının Baş Prokurorluğu Ermənistanın təxribatları nəticəsində sentyabrın 27-dən oktyabrın 23-ü saat 17:00-dək dinc əhaliyə qarşı törədilmiş cinayətlərin statistikasını təqdim edib. Baş Prokurorluğun mətbuat xidmətindən Elitinfo.az-a bildiriblər ki, oktyabrın 4-də, 11-də, 17-də raket və ağır artilleriya hücumları nəticəsində Gəncə şəhərində 25 nəfər həlak olub, 139 nəfər yaralanıb. Şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli […]
Continue readingAğstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala rayonlarına və Mingəçevir şəhərinə giriş-çıxış dayandırılır
COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə 2020-ci il 24 oktyabr saat 00:00-dan Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala rayonlarına və Mingəçevir şəhərinə operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, eləcə də yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla giriş-çıxış dayandırılır. Elitinfo.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ […]
Continue readingErmənistan Azərbaycana qarşı ekoloji terror həyata keçirir
Terrorizm sözü özündə ekoloji terror ifadəsini də ehtiva edir, lakin heç kim hansı terrorun daha dəhşətli olduğu ilə bağlı mübahisə edə bilməz. İlkin olaraq qeyd edək ki, ekoloji terror əsasən münaqişə dövründə ətraf mühitin qəsdən və ya qanunsuz şəkildə məhv edilməsi, istismarı və ya dəyişdirilməsi kimi xarakterizə olunur. Son 30 ildə Ermənistanın Azərbaycan ərazilərində törətdiyi […]
Continue readingHövsan qəsəbəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq
Magistral su xəttində baş vermiş qəza ilə əlaqədar oktyabrın 23-də gün ərzində Suraxanı rayonunun Hövsan qəsəbəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq. Bu barədə Elitinfo.az-a “Azərsu” ASC-nin mətbuat xidmətindən bildirilib.
Continue readingAxtarışda olan 24 nəfər saxlanılıb
Ötən gün ərzində törədilmiş 25 cinayətin üstü respublikanın daxili işlər orqanları tərəfindən “isti izlər”lə açılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Elitinfo.az-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış dörd cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 24 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 15 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında baş […]
Continue readingBaş Prokurorluq: Düşmənin dinc əhalini hədəfə alması nəticəsində yaralanan mülki şəxslərin sayı 298-ə çatıb
Azərbaycan Respublikasının Baş Prokurorluğu Ermənistanın təxribatları nəticəsində sentyabrın 27-dən oktyabrın 23-ü saat 12:00-dək dinc əhaliyə qarşı törədilmiş cinayətlərin statistikasını təqdim edib. Baş Prokurorluğun mətbuat xidmətindən Elitinfo.az-a bildiriblər ki, Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində mülki şəxslərdən 63 nəfər həlak olub, 298 nəfər isə xəsarət alıb. Həmçinin Ermənistanın […]
Continue readingXəzər dənizində zəlzələ olub
Oktyabrın 23-də Xəzər dənizində maqnitudası 3.2 olan zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Elitinfo.az-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 10:17-də qeydə alınıb. Zəlzələnin ocağı 54 kilometr dərinlikdə yerləşib.
Continue reading











