Türkiyənin milli bayramı İstanbulda böyük coşğu ilə qeyd olunub
Türkiyənin Cümhuriyyətinin yaranmasının 97-ci ildönümü bütün respublikada olduğu kimi, İstanbulda da böyük təntənə ilə qeyd olunur. Elitinfo.az xəbər verir ki, bayram münasibətilə İstanbulun Taksim meydanında yerləşən “Cumhuriyyət Abidəsi” ziyarət olunub, qarşısına əklillər düzülüb. Taksim meydanında Azərbaycan və Türkiyənin böyük bayraqları dalğalandırılıb. Şəhərin yeni istifadəyə verilən televiziya qülləsi iki qardaş ölkənin bayraqlarının rəngində işıqlandırılıb. Bayram münasibətilə […]
Continue readingDövlət Komissiyası: Birtərəfli qaydada mülki şəxs və 30 erməni hərbçisinin meyiti Ermənistan tərəfinə təhvil verilib
Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikasının humanitar addımı kimi birtərəfli qaydada erməni milliyyətindən olan mülki şəxsi – Ermənistan silahlı qüvvələrinin geri çəkilərkən döyüş bölgəsində köməksiz vəziyyətdə buraxıb getdiyi 85 yaşlı Yevgeniya Babayanı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə oktyabrın 28-də Azərbaycan-Gürcüstan […]
Continue readingDİN: Hərbi vəziyyət rejiminin tətbiqi insanların və ölkəmizin təhlükəsizliyinin təmininə yönəlmiş konstitusion aktdır
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi əhaliyə müraciət edib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Elitinfo.az-a daxil olan müraciətdə deyilir: “Hərbi vəziyyət rejiminin tətbiqi insanların və ölkəmizin təhlükəsizliyinin təmininə yönəlmiş konstitusion aktdır. Hərbi vəziyyət rejiminə və komendant saatı qaydalarına dönmədən əməl edək!”.
Continue readingAzərbaycan Ombudsmanı UNICEF-in bəyanatına etirazı edib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva qətlə yetirilmiş Azərbaycanlı uşaqların sayının, soyadlarının və həlak olduqları rayonların adlarının məqsədli şəkildə bəyanatda göstərilmədiyini əsas götürməklə qəti etirazını bildirib və UNICEF-in icraçı direktoru xanım Henrietta Holsman Foreya həmin faktlarla bağlı müraciət edib. Ombudsman Aparatından Elitinfo.az-a verilən məlumata görə, UNICEF-in Dağlıq Qarabağ və ətraf ərazilərdə davam […]
Continue readingBaş Prokurorluq: Ermənistanın işğal olunmuş ərazilərimizdə mədəni sərvəti və əmlakı məhv etməsi və talaması ilə bağlı cinayət işi başlanıb
Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzkar siyasəti nəticəsində işğal edilmiş ərazilərdəki yaşayış evləri, təhsil, sənaye və kənd təsərrüfatı obyektləri ilə yanaşı, yüzlərlə mədəniyyət müəssisəsi, o cümlədən ümumilikdə 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 mədəniyyət sarayı, klub və mədəniyyət evi, 85 musiqi və rəssamlıq məktəbi, 100 mindən artıq eksponatın toplandığı 22 muzey və muzey […]
Continue readingBərdə və Gəncə şəhərlərində ermənilərin törətdiyi vandalizm ABŞ azərbaycanlılarını ayağa qaldırıb
ABŞ-ın Texas ştatının Hyuston şəhərində yaşayan soydaşlarımız işğalçı Ermənistan ordusunun Azərbaycanın Bərdə və Gəncə şəhərlərində, eləcə də digər yaşayış məntəqələrində törətdikləri terror aktlarını dünya ictimaiyyətinə çatdırmaq məqsədilə Hyuston şəhər meriyasının binası qarşısında icazəli aksiya keçiriblər. Diasporla İş üzrə Dövlət Komitəsindən Elitinfo.az-a bildiriblər ki, ABŞ-Azərbaycan Qarabağ Atları Xilası Birliyi (USACRA), Bakı-Hyuston Qardaşlaşmış Şəhərlər Assosiasiyası və Amerika–Azərbaycan […]
Continue readingBaş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Sumqayıtda xüsusi əməliyyat keçiriblər
Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Sumqayıtda narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan şəxslərə qarşı xüsusi əməliyyat həyata keçiriblər. DİN-in mətbuat xidmətindən Elitinfo.az-a bildiriblər ki, Baş İdarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir zamanı Corat qəsəbəsində yaşayan Kərəm Kərimov saxlanılıb. Onun üzərindən 11,665 qram heroin və […]
Continue readingTürkiyənin Elazığ şəhərində Azərbaycan Ordusuna dəstək aksiyası təşkil olunub
Türkiyənin Elazığ şəhərində Azərbaycan Ordusuna möhtəşəm dəstək aksiyası təşkil olunub. Elitinfo.az xəbər verir ki, aksiya Elazığ Müəllimlər Evinin qarşısındakı meydanda “Elazığdan Qarabağda dastan yazan qəhrəmanlarımıza məktub” adı altında reallaşıb. Türkiyəli qardaşlarımız, eləcə də bu ölkədə təhsil alan və çalışan soydaşlarımız səmimi ürək sözləri ilə müzəffər Ordumuzun sıralarını şərəfləndirən qəhrəman igidlərə mənəvi dəstəklərini ifadə ediblər. Aksiya […]
Continue readingKOB könüllüləri “Əsgərə məktub” layihəsinə qoşulub
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) könüllüləri Azərbaycan Ordusuna mənəvi dəstək məqsədilə “ASAN Könüllüləri” Təşkilatının “Əsgərə məktub” layihəsinə qoşulub. KOBİA-dan Elitinfo.az-a bildirilib ki, ölkənin 21 şəhər və rayonunda fəaliyyət göstərən “KOB Dostu” ofislərinin və Xaçmaz KOB evinin 50-dək könüllüsü “ASAN xidmət” mərkəzlərindən və “www.esgeremektub.az” portalından istifadə etməklə Azərbaycan əsgərlərinə məktublar göndəriblər. “KOB könüllüləri”nin məktublarında […]
Continue readingFHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi (FHN) dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edib. FHN-dən Elitinfo.az-a bildiriblər ki, müraciətdə havaların soyuması ilə əlaqədar əhalinin təbii qaza tələbatının artması fonunda qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarının pozulmasının dəm qazı təhlükəsi yaratdığı qeyd olunub. Bildirilib ki, ölümlə nəticələnə bilən bu təhlükə ilə üzləşməmək üçün qaz cihazı saz və standartlara […]
Continue reading











