Azərbaycanda koronavirus infeksiyasına daha 1227 yoluxma faktı qeydə alınıb, 667 nəfər sağalıb
Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 1227 yoluxma faktı qeydə alınıb, 667 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Elitinfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 59 min 509 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 45 min 697 nəfər müalicə olunaraq […]
Continue reading“AzerGold” Qarabağ müharibəsinə dair hərbi-vətənpərvərlik mövzusunda videoçarx hazırlayıb
“AzerGold” QSC Qarabağ müharibəsinə dair hərbi-vətənpərvərlik mövzusunda videoçarx hazırlayıb. QSC-dən Elitinfo.az-a bildirilib ki, videoçarxda müasir Azərbaycan tarixinin qısa epoxası – Azərbaycan Xalq Cümhuriyyəti, ölkəmizin 1991-ci ildə müstəqilliyə qovuşması və nəhayət 2020-ci ildə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın Şanlı Ordusunun Vətən müharibəsində göstərdiyi şücaət bədii üslubda təsvir olunur. “Tariximizi yenidən yazırıq!” şüarını ehtiva edən […]
Continue readingÜST COVID-19 pandemiyası, qrip mövsümü və istilik problemləri fonunda qarşıdakı qışa hazırlaşmağa çağırır
Aztəminatlı ailələr, demək olar ki, bütün Avropa ölkələrində istilik sistemləri zəif olan evlərdə yaşayır. Bəzi ölkələrdə yoxsul ailələrin yerləşdiyi evlərin 30 faizindən çoxunda istilik sistemi ümumiyyətlə işləmir. Elitinfo.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qışın yaxınlaşması ilə əlaqədar xəbərdarlığında bildirilib. Bu il soyuq hava mövsümünün və qrip epidemiyasının koronavirus pandemiyası fonunda keçəcəyi […]
Continue readingXəzər dənizində zəlzələ olub
Noyabrın 3-də Xəzər dənizində maqnitudası 4,6 olan zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Elitinfo.az-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 16:16-da qeydə alınıb. Zəlzələ Xaçmaz rayonunda bəzi insanlar tərəfindən hiss olunub. Zəlzələnin ocağı 62 kilometr dərinlikdə yerləşib.
Continue readingErmənistan Azərbaycana qarşı işğalçılıq siyasəti ilə yanaşı, həm də ekoloji terror siyasəti aparır
Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasəti ilə yanaşı, ekoloji terror siyasəti də aparır. İşğalçı ölkə 30 ildir zəbt etdiyi Azərbaycan ərazilərində ətraf mühitə ciddi ziyan vurub və təbii sərvətlərimizi qanunsuz istismar edib. Ermənistanın bu siyasəti bölgənin dayanıqlı inkişafına münasibətdə tutduğu laqeyd və qeyri-konstruktiv mövqeyini bir daha bariz şəkildə nümayiş etdirir. Azərbaycanın uzun müddət işğal altında […]
Continue readingYAP Səbail rayon təşkilatı “Əsgərə məktub!” layihəsinə qoşulub
YAP Səbail rayon təşkilatının gəncləri “ASAN Könüllüləri” Təşkilatının “Əsgərə məktub!” layihəsinə qoşularaq bu günlərdə hərb tariximizin ən şərəfli səhifələrini yazan Azərbaycan Silahlı Qüvvələrinin qəhrəman əsgər və zabitlərinə məktublar ünvanlayıblar. YAP Səbail rayon təşkilatından Elitinfo.az-a bildiriblər ki, gənclər məktublarında qanları və canları ilə müqəddəs Vətən torpağını mənfur düşmən tapdağından azad edən, Azərbaycan xalqına şanlı qələbələr bəxş […]
Continue readingAzərbaycanın Baş prokuroru BMT-nin İnsan Hüquqları üzrə Ali komissarına rəsmi məktub ünvanlayıb
Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev BMT-nin İnsan Hüquqları üzrə ali komissarı Mişel Baçeletə rəsmi məktub ünvanlayıb. Baş Prokurorluğun mətbuat xidmətindən Elitinfo.az-a bildiriblər ki, Baş prokuror Ermənistanın təcavüzü nəticəsində Azərbaycan Respublikasının ərazisində insan hüquqlarının və beynəlxalq humanitar hüququn normalarının kobud şəkildə pozulması, həmçinin Bərdə rayonunun mülki əhali üçün istifadəsi beynəlxalq hüquqla qadağan edilmiş “claster” bombaları […]
Continue readingAzərbaycanda koronavirus infeksiyasına daha 1242 yoluxma faktı qeydə alınıb, 551 nəfər sağalıb
Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 1242 yoluxma faktı qeydə alınıb, 551 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Elitinfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 58 min 282 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 45 min 30 nəfər müalicə olunaraq […]
Continue readingPaytaxt Bakıda kütləvi ağacəkmə həyata keçirilir
Bakı şəhərinin müxtəlif ərazilərində mövsümi ağacəkmə işlərinə başlanılıb. Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən Elitinfo.az-a verilən məlumata görə, paytaxt ərazisində yaşıllıq sahələrinin artırılması məqsədilə Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən şəhərin yeni yaşıllıq planı hazırlanıb. Təcrübəli landşaft mütəxəssisləri tərəfindən hazırlamış bu xüsusi plan Bakı şəhərində yaşıllıq sahəsində yeni rənglərin yaranmasına səbəb olacaq. Əkin prosesində Bakı şəhərinin iqlim […]
Continue reading“Azəriqaz”ın əməkdaşları “Əsgərə məktub” layihəsinə qoşulub
“Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyi və əməkdaşları “ASAN Könüllüləri” Təşkilatının “Əsgərə məktub” layihəsinə qoşulub. Birlikdən Elitinfo.az-a bildirilib ki, “Azəriqaz”ın əməkdaşlarının Azərbaycan Əsgərinə göndərdiyi məktublarda Silahlı Qüvvələrimizin xilaskar missiyası, uzun illər işğalda qalan torpaqların azad olunmasının necə qürurverici və müqəddəs bir hadisə olduğu qeyd edilib. Yazılan məktublarda hər bir əsgərimizlə, zabitimizlə fəxr olunduğu öz əksini tapıb. Rəşadətli […]
Continue reading


