Operativ Qərargah bir sıra şəhər və rayonlarda xüsusi karantin rejiminin yeni qaydalarının tətbiqinə dair qərar qəbul edib
Şəki, Lənkəran şəhərlərinin, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarının inzibati ərazisində xüsusi karantin rejimində dəyişikliklər edilib Ölkə ərazisində sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq Nazirlər Kabineti yanında Operativ Qərargah müxtəlif şəhər və rayonların ərazisində xüsusi karantin rejiminin yeni qaydalarının tətbiq edilməsinə dair qərar qəbul edib. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Elitinfo.az-a bildiriblər ki, qərara […]
Continue readingNaxçıvanın Bakıdakı daimi nümayəndəliyində 9 noyabr – Dövlət Bayrağı Günü ilə bağlı tədbir keçirilib
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyində 9 noyabr – Dövlət Bayrağı Günü ilə əlaqədar tədbir keçirilib. Nümayəndəlikdən Elitinfo.az-a bildiriblər ki, tədbir torpaqlarımız uğrunda gedən döyüşlərdə şəhid olmuş Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad olunması, “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Qarabağ Azərbaycandır!” şüarlarının səsləndirilməsi ilə başlayıb. Daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov çıxış edərək deyib ki, […]
Continue readingBMT bundan sonra da iqlim dəyişikliyinə qarşı mübarizədə ABŞ-ın bütün maraqlı tərəfləri ilə əməkdaşlıq etmək niyyətindədir
BMT bundan sonra da iqlim dəyişikliyinə qarşı mübarizədə ABŞ-dən və bütün dünyadan olan maraqlı tərəflərlə əməkdaşlıq etmək niyyətindədir. Elitinfo.az BTN-nin xəbərlər xidmətinə istinadla bildirir ki, ABŞ-ın Paris İqlim Müqaviləsindən rəsmən çıxması barədə məlumat İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası katibliyinin və Böyük Britaniya, İtaliya, Fransa və Çilinin verdiyi birgə bəyanatda öz əksini tapıb. Qeyd edək ki, […]
Continue readingBMT Baş Assambleyasının COVID-19-la bağlı Xüsusi Sessiyası dekabrın əvvəlində keçiriləcək
Bu gün BMT Baş Assambleyasının COVID-19 üzrə Xüsusi Sessiyasının detalları barədə qərar üzv ölkələrin böyük dəstəyi ilə Baş Assambleyada qəbul edilib. Elitinfo.az xəbər verir ki, bunu BMT Baş Assambleyasının 75-ci Sessiyasının sədri Volkan Bozkır özünün “Twitter” hesabında yazıb. “COVID-19-un dövlət, hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası dekabrın 3-4-də keçiriləcək. Sessiyada səhiyyə, iqtisadiyyat, maliyyələşdirmə və peyvəndlər daxil […]
Continue readingVətəndaşların həm qrip, həm də COVID-19 viruslarına yoluxması tibb müəssisələrinin iş yükünü daha da artıra bilər VİDEO
Bildiyimiz kimi, ölkəmizə ilk dəfə olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən qripə qarşı peyvəndlər gətirilib. Səhiyyə Nazirliyi ilə birlikdə ölkəmizdə olan risk qruplarının sayı müəyyən edilib. Risk qruplarına ən əsas tibb işçiləri aiddir, çünki onlar daim xəstələrlə ünsiyyətdə olurlar. Bundan əlavə, risk qrupları hesab edilən xroniki-ağciyər xəstəlikləri və digər xroniki xəstəlikləri olanlar […]
Continue readingAzərbaycanda koronavirus infeksiyasına daha 1364 yoluxma faktı qeydə alınıb, 768 nəfər sağalıb
Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 1364 yoluxma faktı qeydə alınıb, 768 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Elitinfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 60 min 873 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 46 min 465 nəfər müalicə olunaraq […]
Continue readingSəhiyyə sistemimiz ordumuzunn xidmətində olmalı, koronavirusla xəstələnmiş ağır xəstələrlə yüklənməməlidir
Bir müddət əvvəl mütəxəssislər xəbərdarlıq etmişdilər ki, ilin soyuq fəsillərində bütün tənəffüs yolları infeksiyalarının artımı gözlənilir. Hazırda biz həmin dövrə çatmışıq. Həmin infeksiyalarının artım səbəbi soyuq havanın tənəffüs yollarının müdafiə qabiliyyətini zəiflətməsi nəticəsində infeksiyalara qarşı həssaslığın yaranmasıdır. Bunlara qrip və qripəbənzər xəstəliklər, digər tənəffüs infeksiyaları, o cümlədən yeni növ koronavirus (COVID-19) aiddir. Yoluxma saylarının […]
Continue reading“Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi Qaydası” təsdiq edilib
Nazirlər Kabineti “Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi Qaydası”nı təsdiq edib. Nazirlər Kabinetinin mətbuat xidmətindən Elitinfo.az-a bildirilib ki, qaydada xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi nəzərdə tutulur. 2021-ci il yanvarın 1-dən qüvvəyə minəcək Qərara əsasən, xarici ölkədə 182 gündən çox müddətdə yaşayan, ortaaylıq gəliri yaşadığı ölkənin ortaaylıq əməkhaqqından az olan aztəminatlı azərbaycanlılar aşağıdakı […]
Continue readingÜST-nin ekspertləri COVID-19 pandemiyası fonunda qripə qarşı peyvəndi təkidlə tövsiyə edirlər
Şimal yarımkürəsinə qış mövsümünün yaxınlaşması və COVID-19 pandemiyasının davam etməsi ilə əlaqədar ÜST-nin ekspertləri Silvi Briyan və En Moen sosial şəbəkə iştirakçılarının qripə qarşı peyvənd barədə suallarını cavablandırıb. Ekspertlərin gəldiyi əsas qənaət ondan ibarət olub ki, uşaqlar, qocalar, xroniki xəstəlikləri olanlar və hamilə qadınlar mütləq qripə qarşı peyvənd olunmalıdırlar. Elitinfo.az BMT-nin xəbərlər xidmətinə istinadla […]
Continue readingANAMA cəbhəyanı ərazilərdə əməliyyat-axtarış işlərini davam etdirir
Noyabrın 4-də Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Ağcabədi, Bərdə, Goranboy, Füzuli və Tərtər ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən 20 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 2 müraciət daxil olub. ANAMA-dan Elitinfo.az-a bildirilib ki, daxil olmuş çağırışlar əsasında agentliyin xüsusi mobil çevik əməliyyat […]
Continue reading




