Baş Prokurorluq və DİN Ağdam rayonunda üç nəfərin minaya düşməsi ilə bağlı birgə məlumat yayıb

  Dekabrın 13-də saat 17 radələrində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin bir hərbi qulluqçusu, eləcə də Ağdam rayon sakinləri 1984-cü il təvəllüdlü Əhmədov Toğrul Vilayət oğlu və 1990-cı il təvəllüdlü Məmmədov Elçin Qanboy oğlu işğaldan azad olunmuş Ağdam rayonunun Şahbulaq kəndinin ərazisində olarkən piyada əleyhinə minaya düşüblər. Nəticədə Elçin Məmmədov həlak olub, hərbi qulluqçu […]

Continue reading

TƏBİB Koordinasiya Qrupu yaradıb

  TƏBİB-in rəhbər heyəti ilə “Türkiyə Acil Tıp Derneği”nin (TATD) rəhbər heyəti arasında videokonfrans formatında görüş keçirilib. Bu barədə Elitinfo.az-a TƏBİB-dən məlumat verilib. Görüşdə TƏBİB-in İdarə Heyəti sədrinin müşaviri Şəhriyar Fətullayev qarşı tərəfə TƏBİB-in yaradılması, onun əsas vəzifə və məqsədləri, hazırkı fəaliyyəti və gələcək planları barədə geniş məlumat verib. Bundan başqa, təxirəsalınmaz və təcili tibbi […]

Continue reading

Prokurorluq əməkdaşları “YAŞAT” Fonduna 500 min manat məbləğində vəsait köçürüblər

Azərbaycan Respublikasının Baş Prokurorluğu Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə yaradılmış “YAŞAT” Fonduna 500 min manat məbləğində vəsait köçürüb. Baş Prokurorluğun mətbuat xidmətindən Elitinfo.az-a bildiriblər ki, daim sosial həmrəylik nümayiş etdirən prokurorluq işçiləri ölkəmizin ərazi […]

Continue reading

QHT Əlilliyi olan şəxslərin cəmiyyətə intqrasiyası ilə bağlı verlişini təqdim edir

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial safarişləri əsasında “Sosial-İqtisadi və Ekoloji İnkişaf ” İctimai Birliyi “Əlilliyi olan şəxslərə diqqət və qayğının artırılması məqsədi ilə təbliğat kampaniyasının təşkili” adlı müsabiqəni həyata keçirir. İB sədri Elitinfo.az -a bildirdib ki,məqsəd əlilliyi olan şəxslərin cəmiyyətə intqrasiyasınıtəşviq etmək,gənclərin əlilliyi olan şəxsləri soaial inteqrasiay […]

Continue reading

Bakıda daxili karantin postları fəaliyyətə başladı

Bakı şəhərində karantin postları fəaliyyətə başlayıb. Elitinfo.az-ın məlumatına görə, şəhərin giriş-çıxışları ilə yanaşı daxildəki avtomobil yollarında da postlar qurulub. Karantin postlarına Daxili İşlər Nazirliyi əməkdaşları cəlb edilib. Səhər saatlarından etibarən polislər və Daxili Qoşunların hərbi qulluqçuları vətəndaşların evdən çıxmaqla bağlı sms icazəsinin olub-olmamasını yoxlayır, yaşayış yerini tərk etmək icazəsi olmayan şəxslər barədə qanunvericiliyə uyğun tədbirlər […]

Continue reading

Azərbaycanda koronavirusa 4 451 yeni yoluxma qeydə alınıb, 39 nəfər vəfat edib

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 451 yeni yoluxma faktı qeydə alınıb, 4 283 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Elitinfo.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 39 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 175 874 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 111 918 nəfər müalicə olunaraq […]

Continue reading

Əmanətlərin Sığortalanması Fondunda Ulu Öndərin anım mərasimi keçirilib

  Azərbaycan Əmanətlərin Sığortalanması Fondunda (ADIF) ulu öndər Heydər Əliyevin anım mərasimi keçirilib. ADIF-dan Elitinfo.az-a bildirilib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 17 il keçir. Əmanətlərin Sığortalanması Fondunun idarə heyəti və əməkdaşları ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib və daha sonra Fondun inzibati binasında Ulu Öndərin xatirəsi ehtiramla yad edilib. Tədbirin açılışında […]

Continue reading

Hikmət Hacıyev: “Azərbaycanın böyük dostu COVID-19-dan vəfat edib”

“Bu gün təəssüf hissi ilə Azərbaycanın böyük dostu və ədaləti hər zaman dəstəkləyən peşəkar jurnalist, “Aljazeera Arabic”in əməkdaşı Ömər Kaşramın COVID-19-dan vəfat etdiyini eşitdim”. Elitinfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitter hesabında yazıb. “Ömər 2016-cı ilin Aprel müharibəsində, eyni zamanda 2020-ci ilin 44 günlük […]

Continue reading

Pakistan hökuməti Azərbaycana humanitar yardım göndərib

Pakistan hökuməti Azərbaycana humanitar yardım göndərib. Pakistanın Azərbaycandakı səfirliyindən Elitinfo.az-a verilən məlumata görə, yardım işğaldan azad edilmiş ərazilərdə işləyən hərbçilər və digər insanlar üçün nəzərdə tutulub. Pakistandan xüsusi təyyarə ilə göndərilən humanitar yardım Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycanın müvafiq qurumlarının rəsmilərinə təhvil verilib. Pakistanın Azərbaycandakı səfiri Bilal Haye bildirib ki, bu yardım ölkəsinin Azərbaycan xalqına […]

Continue reading

Azərbaycanda hərbi vəziyyət ləğv edildi

  Milli Məclisin “Hərbi vəziyyətin ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının təsdiq edilməsi barədə qərarı qüvvəyə minib. Elitinfo.az xəbər verir ki, qərara əsasən, bu gündən etibarən Azərbaycanda hərbi vəziyyət ləğv olunub. Qeyd edək ki, ölkə ərazisində hərbi vəziyyət sentyabrın 28-də saat 00:00-dan etibarən elan edilmişdi.

Continue reading