“NEQSOL Holding” “YAŞAT” Fonduna 1,2 milyon manat vəsait köçürüb
“NEQSOL Holding”in qərarı ilə tərkibində olan “Bakcell”, “Nobel Oil Services”, “Norm” və s. şirkətlər Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda mübarizədə yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədi ilə “YAŞAT” Fonduna ümumilikdə 1,2 milyon manat məbləğində vəsait köçürüblər. “YAŞAT” Fondu ölkə prezidentinin 8 dekabr 2020-ci il tarixli fərmanı ilə təsis olunub. Fondun məqsədi şəhid ailələrinin və […]
Continue readingXəzər dənizində zəlzələ olub
Yanvarın 5-də Xəzər dənizində maqnitudası 3,4 olan zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Elitinfo.az-a bildirilib ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 08:12-də qeydə alınıb. Zəlzələ ocağı 62 kilometr dərinlikdə yerləşib.
Continue readingİctimai nəqliyyat iki gün işləməyəcək
Bütün ölkə ərazisində iki gün ictimai nəqliyyat işləməyəcək. Elitinfo.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, yanvarın 18-dək bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. Qərara əsasən, 2 yanvar saat 00:00-dan 4 yanvar saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək. Qeyd edək ki, Bakı metropolitenində sərnişindaşıma […]
Continue readingMilli Qəhrəman Polad Həşimovun doğum günüdür
Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun doğum günüdür. Elitinfo.az xəbər verir ki, P.Həşimovun dünyaya gəlişindən 46 il ötür. P.Həşimov 1975-ci ilin yanvarın 2-də Qəbələ rayonunun Vəndam kəndində anadan olub, sonradan ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüblər. Orta təhsilini Sumqayıt şəhərində əvvəlcə 28 nömrəli, sonra isə 34 nömrəli məktəbdə alıb. O, Heydər Əliyev […]
Continue readingDağıstanda baş verən zəlzələ Azərbaycanda da hiss olunub
Yanvarın 2-də yerli vaxtla 05:05-də Dağıstan ərazisində zəlzələ qeydə alınıb. Respublika Seysmoloji Xidmət Mərkəzindən Elitinfo.az-a bildirilib ki, 4,7 maqnitudalı zəlzələ Azərbaycanın sərhəd rayonlarında 4-3 bala qədər hiss olunub. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.
Continue readingANAMA və DİN ölkə əhalisinə bir daha xəbərdarlıq edib
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) və Daxili İşlər Nazirliyi ölkə əhalisinə xəbərdarlıq edib. ANAMA-dan Elitinfo.az-a daxil olan məlumata görə, müraciətdə sakinlərə naməlum və şübhəli əşyalara toxunmamaları, xüsusilə uşaqları tanımadıqları əşyalara əl vurmamaları və dərhal aidiyyəti üzrə 102 Xidməti – Zəng Mərkəzinə məlumat vermələri bildirilib. Həmçinin vurğulanıb ki, işğaldan azad edilmiş […]
Continue readingSabah Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq
Sabah- yanvarın 2-i səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq. Bu barədə Elitinfa Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) məlumat verilib. Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixlərdə küçəyə çıxmamaq xahiş […]
Continue readingAzərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırış başlayıb
2020-ci ilin dekabrın 22-də Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb. Elitinfo.az xəbər verir ki, sərəncama əsasən, 2003-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1986–2002-ci […]
Continue readingANAMA sentyabr-dekabr aylarında aşkarlanan mərmilərin sayını açıqladı
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşları tərəfindən 27 sentyabr – 31 dekabr 2020-ci il tarixlərində 2 268 siqnal (əməliyyat çağırışı) əsasında 1 793 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub ki, nəticədə Ağdam, Ağdaş, Ağcabədi, Bərdə, Beyləqan, Biləsuvar, Cəbrayıl, Goranboy, Göygöl, Naftalan, Kürdəmir, Füzuli, Tərtər, Tovuz, Şəmkir, Hacıqabul, Zərdab, Xızı, Xocavənd, Oğuz, […]
Continue readingAzərbaycanda 1 064 yeni yoluxma faktı qeydə alınıb, 4 127 nəfər sağalıb
Azərbaycanda bu gün koronavirus infeksiyasına 1 064 yeni yoluxma faktı qeydə alınıb, 4 127 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Elitinfo.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada 32 nəfər “COVID-19”dan vəfat edib. İndiyədək ölkədə ümumilikdə 218 700 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 184 […]
Continue reading







