Prezident İlham Əliyev: Zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılması üçün hər cür yardım göstərməyə hazırıq

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub göndərib. Elitinfo.az xəbər verir ki, dövlətimizin başçısı İzmirdə baş vermiş güclü zəlzələ nəticəsində insan tələfatı və dağıntılar barədə xəbərin onu olduqca kədərləndirdiyini bildirib. Prezident İlham Əliyev faciə ilə əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğana, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adından və Azərbaycan […]

Continue reading

Ermənistan silahlı qüvvələri Tərtər rayonunun Ələsgərli kəndini raket atəşinə tutub

Ermənistan silahlı qüvvələri Tərtər rayonunun Ələsgərli kəndini raket atəşinə tutub. Elitinfo.az xəbər verir ki, bu barədə Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twiter” hesabında bildirib. Prezidentin köməkçisi qeyd edib ki, Ermənistan Tərtər rayonunun Ələsgərli kəndinə “Smerç” raketi atıb. Raket tezliklə ANAMA tərəfindən zərərsizləşdiriləcək. Xoşbəxtlikdən raket partlamayıb.

Continue reading

Azərbaycanın dinc əhalisinə qarşı terror əmrini verən dörd erməni məmur barəsində beynəlxalq axtarış elan olunub

Azərbaycanın dinc əhalisinə qarşı terror cinayətlərinin törədilməsi əmrini verən yüksək rütbəli dörd erməni məmur barəsində beynəlxalq axtarış elan olunub. Elitinfo.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev oktyabrın 30–da ölkəmizdə akkreditə olunan diplomatik korpusun, yerli və beynəlxalq media qurumlarının nümayəndələri üçün təşkil olunan brifinqdə bildirib. Kamran Əliyev deyib ki, Azərbaycanın istintaq orqanları tərəfindən Ermənistan […]

Continue reading

Prezidentin köməkçisi: Ermənistanın Azərbaycana vurduğu ziyanın araşdırılması aparılacaq

Ermənistanın Azərbaycana vurduğu ziyanın Prezident İlham Əliyevin tapşırığı ilə araşdırılması aparılacaq. Elitinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi cinayətlərlə bağlı ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun, beynəlxalq təşkilatların, yerli və beynəlxalq media qurumlarının nümayəndələri üçün […]

Continue reading

Ermənistan Gəncə, Tərtər və Bərdənin mülki əhalisinə qarşı törətdiyi terrora görə cavab verəcək

Ermənistan döyüş meydanında məğlubiyyətini etiraf edir və Azərbaycanın mülki şəxslərini hədəfə alaraq bəşəri və insani dəyərlərə, beynəlxalq hüquq və konvensiyalara məhəl qoymur, terror və soyqırımı aktları törədərək hərbi cinayətlər həyata keçirir. Bütün iqtisadi-siyasi uğurlarına görə regional gücə sahiblənən Azərbaycana qarşı törədilən terror aktlarının əsas məqsədi, riyakar və mənfur düşmənin ölkə rəhbərliyi döyüş meydanındakı məğlubiyyətini pərdələyərək […]

Continue reading

Rusiya Prezidenti Vladimir Putin Qarabağdakı vəziyyəti RF Təhlükəsizlik Şurasının daimi üzvləri ilə müzakirə edib

Rusiya Prezidenti Vladimir Putin Qarabağdakı vəziyyəti RF Təhlükəsizlik Şurasının daimi üzvləri ilə müzakirə edib. Elitinfo.az xəbər verir ki, bu barədə jurnalistlərə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. O deyib: “Qarabağdakı vəziyyətin gedişinə xüsusi diqqət yetirilməklə Cənubi Qafqazdakı vəziyyət müzakirə olunub”. İclasda, həmçinin Rusiyadaxili gündəliyə aid məsələlər də müzakirə edilib.

Continue reading

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti açıqlayıb

Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 29-u gün ərzində və 30-na keçən gecə cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Elitinfo.az-a məlumat verilib ki, döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam edib. Düşmənin hücum etmək cəhdlərinin […]

Continue reading

Braziliya telekanalında Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatlarından danışılıb

Azərbaycanın Braziliyadakı səfiri Elxan Poluxov bu ölkənin tanınmış “RiT” telekanalına (Rede Internacional de Televisão) müsahibə verib. Səfirlikdən Elitinfo.az-a bildiriblər ki, diplomat müsahibəsində Ermənistanın sentyabr ayından başlayaraq Azərbaycana qarşı həyata keçirdiyi hərbi təxribatlardan danışıb. Bildirilib ki, 30 ildən artıqdır torpaqlarımızı işğal altında saxlayan Ermənistan Azərbaycanın və beynəlxalq aləmin bütün sülhməramlı cəhdlərinə baxmayaraq, münaqişənin sülh yolu ilə […]

Continue reading

Anar Eyvazov: Azərbaycan Ordusunun qarşısında bir hədəf var: işğal altında qalan bütün torpaqlarımızın azad olunması VİDEO

  Humanitar atəşkəs rejimini kobudcasına pozaraq şəhər və rayonlarımızda dinc əhalini və mülki infrastrukturu atəşə tutan düşmən bölmələrini Azərbaycan Ordusu cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində gedən döyüşlərdə darmadağın edib. Dəqiq atəş zərbələrinə tab gətirə bilməyən düşmən itki verərək qaçmağa və geriyə çəkilməyə məcbur edilib. Elitinfo.azxəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat […]

Continue reading