Rəcəb Tayyib Ərdoğan: Azərbaycan 30 ildir işğal altında qalan torpaqlarına qovuşur
Bir əsr bundan əvvəl bizi yox etmək istədikləri kimi, Anadolu torpaqlarından dünyaya və bölgəmizə sülh və rahatlıq gətirə biləcək mübarizə aparırıq. Elitinfo.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) Kahramanmaraş təşkilatının konfransında söyləyib. Türkiyənin xarici siyasətinin istiqamətləri, hökumətin həyata keçirdiyi layihələr, AKP-nin müəyyən etdiyi vəzifələr barədə siyasi […]
Continue readingAnar Eyvazov: Ordumuzun əməliyyatları nəticəsində xeyli itki verən düşmən geri çəkilməyə məcbur olub VİDEO
Ötən sutka ərzində düşmən bölmələri cəbhənin müxtəlif istiqamətlərində və Ermənistan ərazisindən Qubadlıda yerləşən bölmələrimizin mövqelərini, o cümlədən Tərtər, Ağdam və Ağcabədi rayonları daxil olmaqla, bir sıra yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlardan, top və minaatanlardan atəşə tutub. Düşmənin atəş nöqtələrinin susdurulması üçün ordumuz tərəfindən yalnız sərhədlərimiz çərçivəsində adekvat tədbirlər görülür. Elitinfo.az xəbər verir ki, bu barədə […]
Continue readingHikmət Hacıyev ermənilərin Bərdəyə hücumları ilə bağlı UNICEF-ə və BMT-yə çağırış edib
“Erməni terrorunun daha bir günahsız qurbanı. 16 yaşlı gənc Şahmalı bu gün Ermənistanın Azərbaycanın dinc sakinlərinə məqsədyönlü şəkildə hücumu nəticəsində Bərdədə öldürülüb. Bərdə döyüş əməliyyatları zonasından uzaqdır. Hərbi hücuma zərurət yox idi”. Elitinfo.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabında yazıb. Hikmət […]
Continue readingMilli Məclisin İntizam komissiyası deputat Bəhruz Məhərrəmov barəsində töhmət intizam tədbiri haqqında qərar qəbul edib
Noyabrın 7-də Milli Məclisin İntizam komissiyasının iclası keçirilib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Elitinfo.az-a bildiriblər ki, iclasda deputat Bəhruz Məhərrəmov barəsində intizam tədbirinin tətbiq edilməsi məsələsinə baxılıb. Komissiyanın üzvləri qeyd edib ki, parlamentin 2020-ci il noyabrın 6-da keçirilən plenar iclasında deputat B.Məhərrəmovun İran və İranın Ali Rəhbərinin ünvanına səsləndirdiyi fikirlər Azərbaycan Respublikası ilə […]
Continue readingDüşmən yaşayış məntəqələrimizi artilleriya atəşinə tutur
Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər, Ağdam və Ağcabədi rayonlarının kəndlərini artilleriya atəşinə tutur. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Elitinfo.az-a bildiriblər ki, ordumuzun bölmələri tərəfindən düşmənə qarşı cavab tədbirləri görülür.
Continue readingXİN: Azərbaycanın Xarkovdakı Fəxri konsulluğunun binasına hücumla bağlı cinayət işi başlanılıb
Noyabrın 6-dan 7-nə keçən gecə saat 2:30 radələrində Azərbaycan Respublikasının Ukraynanın Xarkov şəhərindəki Fəxri konsulluğunun binası odlu silahdan atəşə tutulub. Konsulluğun binasının qapısına və pəncərələrinə 6 atəş açılıb. Gecə saatlarında binada heç kəs olmadığı üçün konsulluğun əməkdaşları arasında zərər çəkən olmayıb. Fəxri konsulluğun kameraları hücum edən şəxsin 2 nəfər olduğunu qeydə alıb. Xarici İşlər Nazirliyinin […]
Continue readingPrezident İlham Əliyev: Müzəffər Azərbaycan Ordusu daha 16 kəndi işğaldan azad edib
Müzəffər Azərbaycan Ordusu Füzulinin Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar, Divanalılar, Cəbrayılın Yuxarı Məzrə, Yanarhac, Qubadlının Qəzyan, Balasoltanlı, Mərdanlı, Zəngilanın Beşdəli, Xocalının Qarabulaq, Moşxmaat, Xocavəndin Ataqut, Tsakuri kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır! Elitinfo.az xəbər verir ki, bu barədə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev özünün rəsmi “Twitter” […]
Continue readingDüşmənin xüsusi təyinatlı və kəşfiyyat bölmələrinə ciddi zərər vurulub
Cəbhədə gedən döyüşlərdə Ermənistan silahlı qüvvələrinin 022-ci xüsusi təyinatlı hərbi hissəsinin şəxsi heyəti bölmələrimiz tərəfindən mühasirəyə alınaraq məhv edilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Elitinfo.az-a bildirilib ki, döyüşlər başlayandan indiyədək canlı qüvvə sarıdan xeyli itkiyə məruz qalan düşmən xüsusi təyinatlılarını gücləndirmək məqsədilə bir müddət əvvəl onlara könüllülər və yerli sakinlər də qoşulub. Buna baxmayaraq, son döyüşdə […]
Continue readingTürkiyə Mərkəzi Bankının sədri vəzifəsindən azad olunub
Türkiyə Mərkəzi Bankının sədri Murat Uysal vəzifəsindən azad edilib. Elitinfo.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Fərmanı ilə Mərkəzi Bankın sədri postuna keçmiş maliyyə naziri Naci Ağbal gətirilib. Qeyd edək ki, M.Uysal 2019-cu il iyulun 6-da Türkiyə Prezidentinin vəzifəsindən azad etdiyi Murat Çetinkayanın yerinə təyin olunmuşdu.
Continue readingMüdafiə Nazirliyi: Düşmən cəbhənin bəzi sahələrində geri çəkilməyə məcbur edilib
Noyabrın 6-sı gün ərzində və 7-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusunun bölmələrinin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Elitinfo.az-a bildirilib ki, döyüş əməliyyatları müxtəlif intensivlikdə əsasən cəbhənin Ağdərə, Ağdam və Xocavənd istiqamətlərində davam edib. Düşmən cəbhənin bəzi sahələrində şəxsi […]
Continue reading




