Mustafa Şentop: Tarixin faciəvi səhifəsi Azərbaycan üçün zəfərlə başa çatdı

Azərbaycanın qanuni haqqı və qalibiyyəti nəhayət ki, düşmən tərəfindən də qəbul edildi. Ermənistan işğal edərək qətliamlar həyata keçirdiyi Qarabağdan çəkilməyə və təslim olmağa məcbur qaldı. Elitinfo.az xəbər verir ki, bu fikirləri Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop özünün “Twitter” hesabında paylaşıb. Türkiyə parlamentinin sədri yazıb: “Tarixin faciəvi səhifəsi Azərbaycan üçün zəfərlə başa çatdı. Azərbaycan […]

Continue reading

Azərbaycanın və Rusiyanın xarici işlər nazirləri arasında telefon danışığı olub

Noyabrın 10-da Azərbaycan tərəfinin təşəbbüsü ilə Xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Elitinfo.az-a bildiriblər ki, nazir Ceyhun Bayramov Rusiya Federasiyasının təşəbbüsü ilə noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın əhəmiyyətini vurğulayıb və bu sənədin uzun illərdir davam edən münaqişənin həllində […]

Continue reading

Sahibə Qafarova: Bu gün Azərbaycan öz ərazi bütövlüyünü bərpa edir və biz tarixi torpaqlarımıza, doğma Qarabağımıza qayıdırıq

Milli Məclisin sədri Sahibə Qafarova Qarabağ müharibəsində Azərbaycanın qazandığı tarixi qələbə münasibətilə xalqımızı təbrik edib. Elitinfo.az xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli həmvətənlər! Əzəli və əbədi Azərbaycan torpağı olan Qarabağımızı bizə geri qaytaran bu şanlı qələbəmiz münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edirəm! Bu möhtəşəm və tarixi günlər hər birimizin həyatında ən xoşbəxt, ən yaddaqalan […]

Continue reading

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan çıxarılmasına başlanır

  Moskva vaxtı ilə saat 06:00-dan başlayaraq Ermənistan qoşunlarının Dağlıq Qarabağdan çıxarılmasına başlanır. Elitinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda deyilir ki, Rusiya Dağlıq Qarabağ zonasında sülhməramlı kontingentini yerləşdirir, eyni zamanda, Ermənistan qoşunlarının buradan çıxarılmasına başlanır.

Continue reading

Ermənistanda iğtişaşlar fonunda baş nazirə ünvanlanan sual: Nə oldu Paşinyan?

  Noyabrın 10-da Ermənistan birgə bəyanatı imzalamaqla özünün kapitulyasiyasını elan etdi. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu, artıq heç bir statusdan söhbət gedə bilməz, həmçinin bu bəyanata əsasən, Naxçıvan blokadadan azad olundu. Bəyanatın imzalanmasının elan olunmasından, Prezident İlham Əliyevin xalqa müraciətindən dərhal sonra Azərbaycan xalqı küçələrə axışaraq Qələbəni bayram edir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi […]

Continue reading

Prezident: Əminəm, hər bir Azərbaycan vətəndaşı hesab edir ki, bu günlər,bu dəqiqələr onun həyatında ən xoşbəxt günlər, dəqiqələrdir VİDEO

  Əminəm, hər bir Azərbaycan vətəndaşı hesab edir ki, bu günlər, bu dəqiqələr onun həyatında ən xoşbəxt günlər, dəqiqələrdir. Elitinfo.az xəbər verir ki, bunu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində söyləyib. “Mən də xoşbəxtəm ki, bu xoş xəbərləri, bu müjdəni Azərbaycan xalqına verirəm. Xoşbəxtəm ki, bu tarixi sənədə imza atmışam. Xoşbəxtəm ki, biz […]

Continue reading

Prezident İlham Əliyev: Bu bəyanatda Dağlıq Qarabağın statusu haqqında bir kəlmə də yoxdur

  Mən bir məsələni də bildirmək, əziz xalqıma çatdırmaq istəyirəm. Yəqin siz fikir vermisiniz ki, bu bəyanatda Dağlıq Qarabağın statusu haqqında bir kəlmə də yoxdur. Bəs hanı Ermənistan tərəfinin tələbləri ki, Dağlıq Qarabağa müstəqillik verilməlidir? Bəs mən onlara muxtariyyət təklif edəndə buna razı olmadılar. Dedilər ki, yox, bu, “müstəqil dövlətdir”. Uzun illər bunlar “müstəqil dövlət” […]

Continue reading

Azərbaycan Prezidenti: Bu bəyanat uzun illər davam edən işğala son qoyur

  Paşinyan məcbur olub bu bəyanata öz imzasını atır. Amma çox miskin, çox acınacaqlı durumda.  Mən isə böyük fəxarət və sevinc hissi ilə bu bəyanata öz imzamı atmışam Hesab edirəm ki, bu bəyanatın imzalanmasının səbəbi noyabrın 9-da – Dövlət Bayrağı Günündə bizim növbəti şanlı hərbi qələbəmiz olub. Çünki noyabrın 9-da 72 yaşayış məntəqəsini Azərbaycan Ordusu […]

Continue reading

Tarixi sənəd imzalandı: Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın tam qələbəsi ilə başa çatdı

  Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə sentyabrın 27-dən etibarən zəfər yürüşünə başladı. Qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi, uzun illər ərzində […]

Continue reading

Prezidentin köməkçisi: Tərtər şəhəri Ermənistan tərəfindən ağır artilleriya hücumuna məruz qalır

  Tərtər şəhəri Ermənistan tərəfindən ağır artilleriya hücumuna məruz qalır, bir mülki şəxs yaralanıb. Elitinfo.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabında yazıb. Prezidentin köməkçisi bildirib: “Tərtər şəhəri Ermənistan tərəfindən ağır artilleriya hücumuna məruz qalır. Bir mülki şəxs yaralanıb. Ermənistanın siyasi-hərbi […]

Continue reading