Müdafiə Nazirliyi bölmələrimizin Kəlbəcər rayonuna daxil olmasına dair yeni videogörüntülər yayıb VİDEO

  Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən, Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub. Elitinfo.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla bölmələrimizin Daşkəsən istiqamətindən Kəlbəcər rayonuna daxil olmasının videogörüntülərini təqdim edir. https://video.azertag.az/files/video/2020/3/1606305369995154401.mp4

Continue reading

Azərbaycan Ordusunun bölmələri Kəlbəcər rayonuna daxil olub

Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Elitinfo.az-a bildiriblər ki, bölmələrimizin bu istiqamətdə hərəkətini təmin etmək məqsədilə mühəndis işləri başa çatdırılıb, qoşunların hərəkət marşrutu üzrə çətin keçilən dağ yolları minalardan təmizlənir və istifadəyə hazır vəziyyətə […]

Continue reading

Türkiyə və Rusiya Prezidentləri arasında telefon danışığı olub

  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Elitinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsindən bildirilib. Telefon danışığı zamanı Türkiyə ilə Rusiya arasında ticarət həcminin artırılması, Dağlıq Qarabağ, Suriya və Liviyada baş verən hadisələr müzakirə edilib. Danışıq əsnasında Prezident Ərdoğan Dağlıq Qarabağdakı problemin […]

Continue reading

Rusiya Prezidenti: Qarabağ münaqişəsi zonasında vəziyyət sabitləşir

  Bütövlükdə Qarabağ münaqişəsi zonasında vəziyyət sabitləşir. Elitinfo.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bu fikri xarici dövlətlərin Rusiyaya yeni təyin edilmiş səfirlərinin etimadnamələrinin təqdim edilməsi mərasimində söyləyib. RF Prezidenti xatırladıb ki, Rusiya ATƏT-in Minsk qrupunun əldə etdiyi əsas razılaşmalara riayət etməklə münaqişənin nizamlanmasında vasitəçi kimi səy göstərir. V.Putin ümidvar olduğunu bildirib ki, müvafiq beynəlxalq […]

Continue reading

Prezident İlham Əliyev Məkkədən gətirdiyi “Qurani-Kərim”i Ağdam məscidinə bağışlayıb VİDEO

  Bu gün mən Ağdam məscidinə Məkkədən gətirdiyim “Qurani-Kərim”i bağışladım. Mən xoşbəxt adamam ki, dörd dəfə Məkkə ziyarətində olmuşam. Bir dəfə rəhmətlik atamla, üç dəfə isə Prezident kimi. Xoşbəxtəm ki, mən ailə üzvlərimlə bərabər müqəddəs Kəbənin içində dualar etmişəm. Hər bir insanın ürəyində nə varsa, mənim ürəyimdə də eyni duyğulardır. Elitinfo.az xəbər verir ki, Azərbaycan Prezidenti, […]

Continue reading

Prezident İlham Əliyev: Müharibənin bütün sirlərini açmaq hələ tezdir. Vaxt gələcək çox maraqlı məsələlər üzə çıxacaq VİDEO

  Mən bilirəm və hiss edirəm ki, bizim şəhərlərimiz, rayonlarımız, kəndlərimiz işğaldan azad olunduqca ağdamlılar da fikirləşirdilər ki, nə vaxt onların kəndləri, Ağdam şəhəri azad olunacaq. Cəbrayıl azad olundu, Füzuli azad olundu, Hadrut azad olundu, Zəngilan, Qubadlı, Suqovuşan, Şuşa azad olundu və yəqin ki, ağdamlılar fikirləşirdilər ki, nə üçün Ağdam azad olunmur? İndi mən bunu […]

Continue reading

Azərbaycan Prezidenti: Biz qəhrəman əsgər və zabitlərimizin hesabına qələbə qazanmışıq VİDEO

  Bu gün bir çox ölkələrdə, inkişaf etmiş ölkələrdə bizim təcrübəmiz öyrənilir. Bu gün bu məsələ ilə məşğul olan bir çox ekspertlər qeyd edirlər ki, Azərbaycan XXI əsrin müharibəsini aparıb. XXI əsrdə ilk dəfə olaraq, bu miqyasda və bu səmərə ilə qısa müddət ərzində tarixi nailiyyətlər əldə edilib. Elitinfo.az xəbər verir ki, Azərbaycan Prezidenti, Müzəffər Ali […]

Continue reading

Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində qədim alban, pravoslav, müsəlman dini və mədəni irsini tamamilə silməyə çalışıb – BƏYANAT

  Dünya ictimaiyyəti bilməlidir ki, Ermənistan Azərbaycana qarşı təkcə etnik təmizləmə, soyqırımı və işğal deyil, uzun illər ərzində ölkəmizin öz müxtəlifliyi ilə fərqlənən mədəni və mənəvi irsinə qarşı təcavüz siyasəti yeridib. Ermənistanın monoetnikliyə söykənən dövlət siyasəti onun işğal etdiyi ərazilərdə də yalnız erməni izi yaratmağa xidmət edib. Elitinfo.az xəbər verir ki, bu fikirlər Azərbaycandakı dini konfessiyaların […]

Continue reading

Özbəkistan portalı: Ermənistan tərəfdən müharibədə 100-dən artıq Suriya ermənisi döyüşüb

  Özbəkistanın “interpress.uz” portalı Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi nümayəndə heyətini qəbul etməsi haqqında məqalə dərc edib. Elitinfo.az xəbər verir ki, məqalədə Prezident İlham Əliyevin Ermənistanın döyüşlərdə Azərbaycana qarşı muzdlulardan istifadə etməsi ilə bağlı fikirləri də yer alıb. Dövlətimizin başçısı deyib: “Ermənistan əcnəbi muzdlulardan fəal istifadə edirdi. Bizdə […]

Continue reading