“Euronews” Suqovuşandan reportaj hazırlayıb VİDEO
Bu günlərdə “Euronews” telekanalının çəkiliş qrupu erməni işğalından azad edilmiş Suqovuşanda olub. Elitinfo.az xəbər verir ki, məcburi köçkünlərdən biri, 27 il əvvəl kəndini tərk etməyə məcbur olmuş Xaliq Hümbətov çəkiliş qrupundan onu da özləri ilə aparmağı xahiş edib. X.Hümbətov Suqovuşanı tərk edərkən qarşılaşdıqları erməni vəhşiliyindən söz açıb və 27 il olmadığı doğma yerlərə qayıtdıqda sevinc […]
Continue readingAzərbaycan Respublikası Prezidentinin Administrasiyasının məlumatı
Ermənistanın ardıcıl təxribatları və hərbi təcavüzünə cavab olaraq 2020-ci il sentyabrın 27-də Azərbaycan xalqı Ermənistanın otuz ilə yaxın davam edən işğalçılıq siyasətinə son qoymaq və torpaqlarımızı düşmən tapdağından azad etmək uğrunda Vətən müharibəsinə qalxmışdır. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan xalqı tarixi qələbə qazanmış, ölkəmizin ərazi bütövlüyü bərpa olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin […]
Continue readingİşğaldan azad edilmiş Laçın rayonunun Hüsülü və Malıbəy kəndləri VİDEO
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi işğaldan azad edilmiş Laçın rayonunun Hüsülü və Malıbəy kəndlərinin videogörüntülərini paylaşıb. Elitinfo.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edir. Xatırladaq ki, hər iki kənd 1992-ci ildə Ermənistan ordusu tərəfindən işğal olunmuşdu. Bu kəndlər işğaldan sonra vəhşicəsinə talan edilib. Rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində şanlı qələbəsi nəticəsində noyabrın 10-da Azərbaycan […]
Continue readingMövlud Çavuşoğlu: Türkiyə münaqişənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində danışıqlar yolu ilə həllini hər zaman dəstəkləyib
Türkiyə Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində, beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qərarlarına əsaslanan danışıqlar yolu ilə həllini hər zaman dəstəkləyib. Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan birgə bəyanatı məmnunluqla qarşıladıq. Azərbaycanın istəyi ilə Türkiyə bölgədə atəşkəsə nəzarəti də həyata keçirəcək. Elitinfo.az xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud […]
Continue readingDeputat: 30 ilə yaxın müddətdə “qalib” ədası ilə lovğalanan Ermənistanın çöküşü qaçılmazdır
Laçın rayonu işğaldan azad olundu. Düşmənin Laçından çıxması üçün hərbi və siyasi əsasları yaradan dövlətimizə və Ordumuza minnətdarıq. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə sonsuz təşəkkürlərimizi bildiririk. İstənilən yaşayış məntəqəmizin, hər qarış torpağımızın düşmən tapdağından azad olunması bizim üçün çox dəyərlidir. Vətən torpağının hər qarışı qiymətlidir və biz onun uğrunda ölümü gözümüzə […]
Continue readingErmənipərəst qüvvələr məğlubiyyətə uğrayıblar
Belçika Federal Parlamentinin Xarici əlaqələr komitəsinin bu gün keçirilən iclasında erməni diasporu və ermənipərəst qüvvələrin anti-Azərbaycan səyləri puç olub. Elitinfo.az xəbər verir ki, ermənipərəst deputatların gündəmə gətirdiyi sabiq işğalçı rejimin tanınması, onunla “diplomatik əlaqələrin” qurulması və Azərbaycana qarşı tədbirlərin tətbiqi, Türkiyənin Avropa İttifaqı üzvlüyünə dair danışıqların dərhal dayandırılması və digər cəfəng çağırışları əks etdirən bütün […]
Continue readingAzərbaycan və Türkiyə xarici işlər nazirlərinin telefon danışığı olub
Dekabrın 1-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə telefon danışığı baş tutub. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Elitinfo.az-a bildirilib ki, nazirlər 10 noyabr tarixli üçtərəfli bəyanatın icrası ilə bağlı fikir mübadiləsi aparıblar. Nazir Mevlüt Çavuşoğlu bəyanata uyğun olaraq, Ağdam və Kəlbəcər rayonlarının ardınca Laçın rayonunun azad olunması […]
Continue readingAzərbaycan və Qətər xarici işlər nazirləri bölgədəki son vəziyyətlə bağlı müzakirələr aparıb
Dekabrın 1-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Qətər Dövlətinin Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl Təni ilə telefon danışığı baş tutub. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Elitinfo.az-a bildirilib ki, nazirlər bölgədə mövcud olan son vəziyyəti müzakirə ediblər. Qətər xarici işlər naziri 10 noyabr tarixli birgə bəyanatın imzalanmasını alqışlayıb […]
Continue readingRF Müdafiə Nazirliyi: Rusiya və Türkiyə Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə birgə mərkəz barədə razılaşma əldə ediblər
Rusiya və Türkiyə Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə birgə mərkəz barədə razılaşma əldə ediblər. Elitinfo.az xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib. O deyib: “Noyabrın 11-də RF Müdafiə Nazirliyi və Türkiyə Milli Müdafiə Nazirliyi arasında imzalanan memoranduma müvafiq olaraq, atəşkəsə və bütün hərbi əməliyyatların dayandırılmasına nəzarət üzrə Rusiya-Türkiyə […]
Continue readingAzərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı təsis edilib
Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında Qanunu imzalayıb. Elitinfo.az xəbər verir ki, Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adını təsis edib. “Vətən Müharibəsi Qəhrəmanı” adı haqqında Əsasnamə” təsdiq olunub. “Vətən Müharibəsi Qəhrəmanı” adı Azərbaycan Respublikasının işğal olunmuş […]
Continue reading




