Mustafa Şəntop: “Azərbaycan həm tarix, həm də hüquqi baxımdan haqlıdır”
“30 ildir davam edən bir problem vardı və 30 ildir həll edilmirdi. Azərbaycan həm tarix, həm də hüquqi baxımdan haqlı davasını aparır. Türkiyə həmişə haqlı olanın yanındadır”. Elitinfo.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop deyib. “Ermənistan sadəcə Azərbaycan ilə problem yaşamır, bölgədəki bütün ölkələri təhlükəyə salan təcavüzkar mövqedədir. Rusiyanı münaqişəyə salmağa çalışdı, […]
Continue readingAzərbaycan UNESCO missiyasının işğaldan azad olunmuş ərazilərə səfəri ilə bağlı təkliflər hazırlayıb
Azərbaycan tərəfi UNESCO missiyasının erməni işğalından azad olunmuş ərazilərə səfəri ilə bağlı təkliflər hazırlayıb. Elitinfo.az xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi, BMT-nin İnkişaf Proqramının (BMTİP) rezident nümayəndəsi Qulam İsakzai ilə onlayn formatda görüşündə deyib. Nazir qeyd edib ki, Azərbaycan tərəfi missiyanın parametrlərini əhatə edən sənədin layihəsinə dair öz təkliflərini […]
Continue readingİsveç və Aİ-yə üzv olan digər 12 ölkə Azərbaycanın Avropa İttifaqının peyvəndləmə proqramına daxil olunmasını təklif edib
Avropa İttifaqına üzv bir sıra ölkələr, o cümlədən İsveç onlara qonşu olan Balkanlarda və “Şərq Tərəfdaşlığı” proqramının iştirakçısı olan ölkələrdə COVID-19 koronavirusu əleyhinə vaksinin yayılmasını təklif ediblər. Elitinfo.az İsveç KİV-lərinə istinadla xəbər verir ki, 13 ölkənin xarici işlər nazirləri Avropa Komissiyasına birgə məktub ünvanlayıblar. Məktubda bildirilir ki, qonşu ölkələr koronavirusdan sağalmaya nail olmayana qədər, Aİ […]
Continue readingPrezident İlham Əliyev: Şuşaya rahat gediş-gəlişi təmin etmək üçün dəmir yolu da çəkilməlidir
İşğaldan azad edilmiş ərazilərdə elektrik enerjisi ilə bağlı planlar təsdiq olunub. Orada həm ənənəvi, həm bərpaolunan enerji növləri geniş vüsət alacaq və enerji sistemi bizim ümumi enerji sistemimizə tam inteqrasiya ediləcək. Elitinfo.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə qarşıda duran vəzifələrdən danışarkən bildirib. Dəmir yolları ilə bağlı […]
Continue readingLeyla Abdullayeva: Ermənistan rəsmiləri 30 il bundan öncə olduğu kimi, hələ də xəyallardan çıxış edirlər
Ermənistan Xarici İşlər Nazirliyinin nümayəndəsinin Azərbaycanın Qarabağ bölgəsinə Ermənistan rəsmilərinin qanunsuz səfərlərinə haqq qazandırmaq cəhdi və bunun 10 noyabr tarixli üçtərəfli bəyannamənin öhdəliklərinə zidd olmadığını iddia etməsi Ermənistan rəsmilərinin əfsuslar olsun ki, 30 il bundan öncə olduğu kimi, hələ də xəyallardan çıxış etdiyini və bölgədə mövcud olan yeni reallıqdan nəticə çıxarmadıqlarını nümayiş etdirir. Elitinfo.az […]
Continue readingPrezident İlham Əliyev: Qeyri-neft sənayesinin 11 faizdən çox artması real iqtisadiyyatın inkişafı deməkdir
2020-ci il bütün ölkələr üçün iqtisadi sahədə ağır il olub, amma Azərbaycan digər ölkələrə nisbətən bu vəziyyətdən daha az itkilərlə çıxıb. Bizim iqtisadiyyatımız təqribən 4 faizdən bir qədər çox azalıb. Hesab edirəm ki, bu, yaxşı göstəricidir. Elitinfo.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədəki giriş nitqində ötən […]
Continue readingPrezident İlham Əliyev: Köçkünlər arasında sorğular keçirilməlidir
Köçkünlər arasında sorğular keçirilməlidir ki, öz dədə-baba torpaqlarına getmək fikirləri var, yoxsa yox. Elitinfo.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədə çıxışı zamanı deyib. Dövlət başçısı bildirib: “Mən bu yaxınlarda Prezident Administrasiyasına göstəriş verdim ki, köçkünlər arasında sorğular keçirilməlidir, onların niyyəti öyrənilməlidir. Həm evlərlə təmin olunmuş köçkünlər, […]
Continue readingPrezident İlham Əliyev: İşğaldan azad edilmiş torpaqlarda muğam mərkəzləri yaradılacaq
Azərbaycanın zəngin musiqi sənəti var və bu gün bizim sənətimiz dünyada tanınır. Bizim musiqi sənətimiz UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Azərbaycan muğamı bizim milli sərvətimizdir. Ölkəmizdə müntəzəm olaraq muğam müsabiqələri, beynəlxalq muğam festivalları keçirilir, bir çox ölkələrdən ifaçılar gəlirlər. Əlbəttə, muğam sənəti bir neçə ölkədə mövcuddur, ancaq mən hesab edirəm ki, muğam […]
Continue readingPrezident İlham Əliyev Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edib
Mən Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edirəm. Şuşa şəhəri buna layiqdir. Hesab edirəm ki, nəinki Azərbaycanın, bölgənin mədəni paytaxtı sayıla bilər. Elitinfo.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bildirib. Şuşanın bərpası ilə əlaqədar işlərə artıq start verildiyini qeyd edən dövlətimizin başçısı […]
Continue readingPrezident İlham Əliyev Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 5-də Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edib. Elitinfo.az xəbər verir ki, dövlətimizin başçısı qəbulda çıxış edib. Prezident İlham Əliyevin çıxışı -Mən sizi mədəniyyət naziri vəzifəsinə təyin edirəm. Sizə böyük etimad göstərilir. Siz bir müddətdir mədəniyyət nazirinin müavini vəzifəsində çalışırsınız və ümid edirəm ki, nazir […]
Continue reading






