Pakistan XİN Azərbaycan tərəfi ilə müzakirə edəcəyi mövzuları açıqlayıb
Pakistan və Azərbaycanın XİN başçıları neft və qaz, kənd təsərrüfatı, dəmir yolu və təhsil sahələrindəki əməkdaşlığın genişlənməsi imkanlarını müzakirə edəcəklər. Elitinfo.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada qeyd olunub. “Azərbaycan Cənubi Qafqazın əsas ölkəsi və Pakistanın əzəli dostu və tərəfdaşıdır. Ölkələr tarixi, dini və mədəni əlaqələrə əsaslanan nümunəvi münasibətlərə […]
Continue readingMüdafiə Nazirliyi hərbçilərin təminatı və xidmət şəraiti ilə bağlı yeni video YAYDI
Azad olunmuş ərazilərdə Azərbaycan Ordusu bölmələrinin şəxsi heyətinin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində fəaliyyətlər davam etdirilir. Müdafiə Nazirliyindən Elitinfo.az-a verilən məlumata görə, həmin bölgələrdə, eləcə də yüksək dağlıq ərazilərdəki mövqelərdə yerləşən bölmələrdə günün nizam qaydalarına uyğun xidmət aparılır və döyüş növbətçiliyi təşkil olunur.
Continue readingQarabağda Rusiya sülhməramlılarının təhlükəsizliyi tam gücləndirildi
Rusiya sülhməramlıları Dağlıq Qarabağda fasiləsiz olaraq vəziyyətin monitorinqini aparır. Elitinfo.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb. “Rusiya sülhməramlılarının müşahidə postlarında fasiləsiz olaraq atəşin dayandırılması rejiminə riayət edilməsi üçün vəziyyətə nəzarət və monitorinq aparılır. Atəşin dayandırılması rejiminə bütün təmas xətti boyu riayət olunur”, – xəbərdə deyilir. Qeyd edilir ki, Rusiya […]
Continue readingQubadlı rayonunun görüntüləri – VİDEO
Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın işğalından azad olunan Qubadlı rayonundan videogörüntülər hazırlayıb. Elitinfo.az həmin görüntüləri təqdim edir.
Continue readingPrezident: Nəqliyyat kommunikasiyalarının bərpası regionun inkişafına dinamizm gətirə, təhlükəsizliyi möhkəmlədə bilər
Bu gün imzalanmış bəyanat bizim niyyətlərimizə dəlalət edir, ona görə ki, hərbi əməliyyatların dayandırılmasının yekunlarına dair bəyanatın bir bəndi nəqliyyat kommunikasiyalarının bərpasına aid idi. Bu sahə regionun inkişafına böyük dinamizm gətirə, təhlükəsizliyi möhkəmlədə bilər. Elitinfo.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Moskvada keçirilən üçtərəfli görüşdən sonra mətbuata bəyanatında söyləyib. Nəqliyyat kommunikasiyalarının açılmasının Azərbaycan, […]
Continue readingMüdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş siyahısını dərc edib
Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş siyahısını dərc edib. Elitinfo.az nazirliyin saytına istinadla xəbər verir ki, siyahıda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından yanvarın 11-dək dəfn edilən 2841 nəfərin, eləcə də itkin düşmüş hesab olunan 64 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında […]
Continue readingİlham Əliyev, Putin və Paşinyan bəyanat İMZALADI
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bəyanat imzalayıblar. Elitinfo.az bəyanatı təqdim edir:
Continue readingİlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan arasında görüş davam edir
Hazırda Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş davam edir. Elitinfo.az-ın xəbərinə görə, görüşdə çıxış edən Rusiya Federasiyasının Prezidenti Vladimir Putin deyib: -Hörmətli İlham Heydər oğlu. Hörmətli Nikol Vovayeviç. Sizi Moskvada salamlamağa çox şadam. Sizə minnətdaram ki, keçən il noyabrın 9-da Dağlıq Qarabağa dair imzaladığımız […]
Continue readingAzərbaycan və Ermənistanın təhlükəsizlik və sərhəd xidmətləri rəhbərlərinin növbəti görüşləri keçirilib
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan arasında 2021-ci il yanvarın 8-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasından keçən hissəsində neytral ərazidə və yanvarın 10-da isə Ermənistanın Sünik vilayətinə aid həmsərhəd Vorotan və Şurnux yaşayış məntəqələrində görüşlər keçirilmişdir. Sonuncu görüşdə Azərbaycan Respublikası Dövlət […]
Continue readingPrezident İlham Əliyev Moskvada səfərdədir
Yanvarın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfərə gedib. Elitinfo.az xəbər verir ki, Moskvanın “Vnukovo-2” Beynəlxalq Hava Limanında dövlətimizin başçısını Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Andrey Rudenko və digər rəsmi şəxslər qarşılayıblar. Xatırladaq ki, bu gün Moskvada Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli görüşü keçiriləcək. […]
Continue reading






