Azərbaycan, Pakistan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşünün yekunlarına dair İslamabad bəyannaməsi imzalanıb

Yanvarın 13-də İslamabadda Pakistan İslam Respublikasının xarici işlər naziri Məhdum Şah Mahmud Qureşinin dəvəti, Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunun və Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun iştirakı ilə üç ölkənin xarici işlər nazirlərinin üçtərəfli dialoqunun ikinci görüşü keçirilib. Bu barədə Elitinfo.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən məlumat verilib. Görüşün yekunlarına dair […]

Continue reading

Azərbaycan və Türkiyə XİN başçıları beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq üzrə fikir mübadiləsi aparıblar

  Pakistan İslam Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb. XİN-in Mətbuat Xidməti İdarəsindən Elitinfo.az-a bildirilib ki, nazirlər bölgədə mövcud olan cari vəziyyəti, 10 noyabr 2020-ci il tarixli birgə Bəyanatın icrasını, eləcə də Moskva şəhərində imzalanmış 11 yanvar 2021-ci il tarixli üçtərəfli Bəyanatın reallaşması […]

Continue reading

Müdafiə Nazirliyi: Azərbaycan Ordusu atəşkəs rejimini pozmayıb

  Azərbaycan Silahlı Qüvvələrinin guya atəşkəsi pozması nəticəsində erməni işğalçı kontingentinin hərbi qulluqçusu Vardan Vaçaqanoviç Kirakosyanın (2000-ci il təvəllüdlü) yaralandığı barədə Ermənistan KİV-lərində bu gün yayılmış məlumatı Azərbaycan Müdafiə Nazirliyi qəti şəkildə rədd edir. Bunu Elitinfo.az-a açıqlamasında Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib. “Azərbaycan Ordusu 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli […]

Continue reading

İlham Əliyev: “Ermənilər cinayət predmeti olan bir çox əməllər törədiblər”

  “Qanunsuz məskunlaşma siyasəti hərbi cinayətdir və onlar işğalın son dönəmində bu siyasəti heç gizlətmirdilər belə. Onlar dünyanın müxtəlif yerlərindən erməni mənşəli insanları gətirir və onları tarixi Şuşa şəhəri də daxil olmaqla tarixi Azərbaycan ərazilərində məskunlaşdırırdılar”. Elitinfo.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd […]

Continue reading

İlham Əliyev: “Ermənilər işğal edilmiş ərazilərdə, demək olar ki, 70 məscidi dağıdıblar”

  “Cənab baş direktor, sıx əməkdaşlıq etdiyimiz bütün bu illər ərzində şəxsən sizə və ICESCO-ya Azərbaycana davamlı dəstək göstərdiyinizə görə minnətdarlığımı bildirmək istəyirəm. Xüsusilə müharibə zamanı qəbul edilmiş qərarlara görə təşəkkürümü bildirmək istəyirəm. Müharibə başlayandan bir neçə gün sonra – oktyabrın əvvəlində ICESCO Azərbaycanın ədalətli mövqeyinə çox dəstəkləyici bir bəyanat verdi və qərarlar qəbul etdi. […]

Continue reading

Azərbaycan Prezidenti ölkəmizə göstərdiyi davamlı dəstəyə görə ICESCO-ya minnətdarlıq edib

  Prezident İlham Əliyev ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə qurumun Azərbaycana göstərdiyi davamlı dəstəyə görə minnətdarlığını bildirib. Elitinfo.az xəbər verir ki, dövlətimizin başçısı müharibə başlayandan bir neçə gün sonra ICESCO-nun Azərbaycanın ədalətli mövqeyinə çox dəstəkləyici bir bəyanat verdiyini və qərarlar qəbul etdiyini də minnətdarlıq hissi ilə xatırladıb. […]

Continue reading

ICESCO-nun Baş direktoru: Biz işğaldan azad edilmiş ərazilərə səfər zamanı heç vaxt görmədiyimiz bir faciəni gördük

Azərbaycan hər zaman bizim üçün prioritet olub və olmağa davam edəcək. Biz Qələbəni qeyd etdik, çünki bu, bizim bir parçamızdır, Sizin Qələbəniz ICESCO-nun qələbəsinin bir parçasıdır. Bizim üzv dövlətlərimiz çox önəmlidir və biz kimliyindən asılı olmayaraq onları hər zaman dəstəkləyəcəyik. Elitinfo.az xəbər verir ki, bu fikri ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Prezident İlham […]

Continue reading

Zəfər Günü iş günü hesab olunmayan bayram günü olacaq

Zəfər Günü iş günü hesab olunmayan bayram günü olacaq. Elitinfo.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi Əmək Məcəlləsinə dəyişiklikdə əksini tapıb. Qeyd edək ki, qanunun qəbulu Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” 3 dekabr 2020-ci il tarixli sərəncamından irəli gəlir. Hər il noyabrın 8-i Zəfər Günü olacaq.

Continue reading

Prezident İlham Əliyev Nursultan Nazarbayevi təbrik edib

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının birinci Prezidenti – Elbası “Nur Otan” Partiyasının Sədri Nursultan Nazarbayevə məktub ünvanlayıb. Elitinfo.az xəbər verir ki, məktubda deyilir: “Hörmətli Nursultan Abişeviç, Lideri olduğunuz “Nur Otan” Partiyasının Qazaxıstanda keçirilmiş parlament seçkilərində inamlı qələbə qazanması münasibətilə Sizi öz adımdan və Yeni Azərbaycan Partiyası adından ürəkdən təbrik edirəm. Qazaxıstanın müasir tarixi ölkənin aparıcı […]

Continue reading

Azərbaycanın Baş prokuroru Rusiyada rəsmi səfərdədir

  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Baş Prokurorluq bir sıra ölkələrin prokurorluq və digər cinayət təqibi orqanları, eləcə də beynəlxalq təşkilatlarla işgüzar əlaqələr və dostluq münasibətlərinin qurulması sahəsində səmərəli fəaliyyətini davam etdirir. Baş Prokurorluqdan Elitinfo.az-a verilən məlumata görə, Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnovun dəvəti ilə Azərbaycan Respublikasının Baş […]

Continue reading