R.N.Nəbiyevin Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram: Rəşad Nəbi oğlu Nəbiyev Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 26 yanvar 2021-ci il.
Continue readingR.N.Quluzadənin Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram: Ramin Namiq oğlu Quluzadə Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 26 yanvar 2021-ci il.
Continue readingHikmət Hacıyev “Atlantic Council”ə müsahibəsində regional təhlükəsizliyin quruluşundan danışıb
Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Atlantic Council” xəbər agentliyinə müsahibə verib. Elitinfo.az-ın məlumatına görə, müsahibə zamanı H.Hacıyev regional təhlükəsizliyin yeni paradiqması və quruluşu, “3+3” regional platforma və sülhü təmin edəcək “Pax Caucasus” barədə danışıb.
Continue readingKönül Nurullayeva: “Paşinyanın özünümüdafiəsi Ermənistanda böhranı dərinləşdirir”
“Ermənistanda post-müharibə sindromunun dərinləşməsi müşahidə olunur. Bu ölkədə sosial və iqtisadi tənəzzül, əhalinin sosial vəziyyətinin daha da ağırlaşmasına səbəb olub”. Elitinfo.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Könül Nurullayeva bildirib. “Aydın görünür ki, Paşinyan hökumətinin 44 günlük Vətən Müharibəsinin ağır nəticələri ilə mübarizəsi nəticə vermir. Siyasi mübarizənin kəskinləşməsi, Paşinyan hakimiyyətinin daxildə ciddi […]
Continue readingXİN : Türkiyəyə məxsus gəmidə öldürülən azərbaycanlının nəşinin yanvarın 26-da ölkəmizə yola salınması planlaşdırılır
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva dəniz quldurlarının hücumu nəticəsində Türkiyəyə məxsus gəmidə öldürülən Azərbaycan vətəndaşının nəşinin Vətənə gətirilməsi ilə bağlı məsələyə münasibət bildirib. XİN-in Mətbuat xidməti idarəsindən Elitinfo.az-a bildiriblər ki, Leyla Abdullayeva bununla bağlı deyib: “Dəniz quldurlarının Türkiyəyə məxsus gəmiyə hücumu nəticəsində öldürülən Azərbaycan vətəndaşı, 1976-cı il təvəllüdlü […]
Continue readingFüzuli rayonunun Aşağı Veysəlli kəndi (FOTO/VİDEO)
Müdafiə Nazirliyi Füzuli rayonunun Aşağı Veysəlli kəndindən videogörüntülər yayıb. Elitinfo.az həmin görüntüləri təqdim edir:
Continue readingCeyhun Bayramov Türkiyə gəmisinə edilən hücumla bağlı Mövlud Çavuşoğlu ilə telefon danışığı aparıb
Yanvarın 24-də Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Elitinfo.az-a bildirilib ki, Mövlud Çavuşoğlu dəniz quldurlarının Türkiyəyə məxsus gəmiyə hücumu nəticəsində gəmi heyətinin azərbaycanlı üzvünün ölümü ilə əlaqədar nazir Ceyhun Bayramova başsağlığı bildirib. Türkiyə xarici işlər naziri […]
Continue readingPolad Bülbüloğlu atasının evini təmir edəcək – FOTO
Əslən Şuşadan olan Azərbaycanın Xalq artisti, professor Fərhad Bədəlbəyli və Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bu gün Şuşa şəhərinə birgə səfər ediblər. Elitinfo.az xəbər verir ki, hər iki xadim səfər təəssüratlarını Trend-lə bölüşüb. Fərhad Bədəlbəyli bütün Şuşanı gəzdiklərini bildirdi: “Birinci növbədə Polad Bülbüloğlunun evinə getdik. Təbii ki, çox kədərli hislər yaşadıq. Gördüklərimiz bizim üçün […]
Continue readingİlham Əliyev Volodimir Zelenskiyə başsağlığı verib
Azərbaycan Prezidenti İlham Əliyev Ukraynanın Prezidenti Volodimir Zelenskiyə başsağlığı məktubu göndərib. Elitinfo.az xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident, Xarkov şəhərindəki ahıllar evində baş vermiş yanğın nəticəsində insan tələfatı xəbəri məni olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Ukrayna xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə […]
Continue readingDövlət Neft Şirkətinin Müşahidə Şurası yaradılıb FƏRMAN
Yanvarın 23-də Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında” Fərman imzalayıb. Elitinfo.az xəbər verir ki, Fərmana əsasən, Dövlət Neft Şirkətinin (SOCAR) fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün SOCAR-ın Müşahidə Şurası yaradılıb. Müşahidə Şurası Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədr də daxil […]
Continue reading








