Bu gün Əfv Komissiyasının iclası keçiriləcək
Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək. Bunu Milli Məclisin deputatı, komissiyanın üzvü Fazil Mustafa deyib. O bildirib ki, toplantı videokonfrans formatında keçiriləcək: “İclasda komissiyaya daxil olan müraciətlərə baxılacaq”. “Komissiya indi toplanıb müraciətlərə baxırsa, demək Novruz bayramı ərəfəsində ölkə Prezidenti tərəfindən əfv sərəncamının imzalanması mümkündür”,- F.Mustafa vurğulayıb.
Continue readingPrezident İlham Əliyev: Heç kim bizi bu torpaqlardan tərpədə bilməz. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
Biz güclü iradə, cəsarət göstərərək istədiyimizə nail ola bildik. Onların Laçın rayonunu qaytarmaq fikirləri belə yox idi. Biz gəldiyim yolla gələrək, yol boyunca yerləşən bütün rayonları, kəndləri, şəhərləri azad edərək bax, buralara gəldik. Elitinfo.az xəbər verir ki, bu fikirləri Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Laçın rayonunun Güləbird kəndində çıxışı zamanı […]
Continue readingPrezident İlham Əliyev və birinci xanım Zəngilanda çinar ağacları əkiblər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında olublar. Elitinfo.az-ın məlumatına görə, səfər zamanı Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Zəngilanda Bəsitçay dövlət təbiət qoruğunda çinar ağacları əkiblər.
Continue readingPrezident İlham Əliyev Laçında “Güləbird” SES-in açılışında iştirak edib (FOTO)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında olublar. Elitinfo.az-ın məlumatına görə, Prezidenti İlham Əliyev Laçında “Güləbird” SES-in açılışında iştirak edib.
Continue readingBaş nazir Əli Əsədov Türkiyənin vitse-prezidenti Fuat Oktaya başsağlığı verib
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov fevralın 14-də Türkiyə Respublikasının vitse-prezidenti Fuat Oktaya başsağlığı məktubu ünvanlayıb. Bu barədə Elitinfo.az-a Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib. Məktubda bildirilir ki, terror aktı nəticəsində günahsız Türkiyə vətəndaşlarının qətlə yetirilməsi xəbəri bizi son dərəcə kədərləndirdi. Baş nazir qeyd edib ki, biz bu amansız terror aktından olduqca hiddətlənir, terrorizmin […]
Continue readingPrezident İlham Əliyev Prezident Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib. Elitinfo.az xəbər verir ki, dövlətimizin başçısı xain terror aktı nəticəsində Türkiyə vətəndaşları olan 13 günahsız mülki şəxsin qəddarcasına qətlə yetirilməsi xəbərinin bizi olduqca sarsıtdığını bildirib. “Biz dinc insanlara qarşı yönəlmiş bu dəhşətli terror əməlindən hədsiz dərəcədə hiddətlənir, terrorizmin bütün təzahürlərini qətiyyətlə pisləyirik”, […]
Continue reading“ASAN Xidmət”ə yeni səlahiyyət verilib
Azərbaycanda “Elektron su təsərrüfatı” informasiya sisteminin (ESTİS) operatoru Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) tabeliyindəki Elektron Hökumətin İnkişafı Mərkəzi olacaq. Elitinfo.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi, “ESTİS haqqında Əsasnamə”də öz əksini tapıb. Sənədə əsasən, operatorun funksiyaları aşağıdakılardır: – ESTİS-in idarə olunmasını təşkil etmək və […]
Continue readingPrezident İlham Əliyev “Elektron su təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”ni təsdiqləyib
Prezident İlham Əliyev fevralın 13-də “Elektron su təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Fərman imzalayıb. Elitinfo.az xəbər verir ki, Fərmana əsasən, “Elektron su təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə “Elektron su təsərrüfatı” informasiya sisteminin (ESTİS) fəaliyyətinin […]
Continue readingİqtisadi Şura haqqında Əsasnamə təsdiqlənib – Fərman
İqtisadi Şura haqqında Əsasnamə təsdiq olunub. Elitinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmana əsasən, “Azərbaycan Respublikasının İqtisadi Şurası haqqında Əsasnamə” təsdiq edilib. Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Continue readingPrezident Azərbaycanın iki ölkədəki səfirini geri çağırdı
Murad Nizami oğlu Nəcəfbəyli Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Elitinfo.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Rasim Şəmsəddin oğlu Rzayev Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Continue reading









