Azərbaycan və Monqolustan Xarici İşlər nazirlikləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib

Fevralın 23-də Azərbaycan və Monqolustan Xarici İşlər nazirlikləri arasında videokonfrans formatında ilk siyasi məsləhətləşmələr keçirilib. Bu barədə Elitinfo.az-a Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib. Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Ramiz Həsənovun və Monqolustan xarici işlər nazirinin müavini Minxjin Batsumberin iştirak etdiyi siyasi məsləhətləşmələrdə iki və çoxtərəfli münasibətlərə aid məsələlər müzakirə […]

Continue reading

Milli Məclis “Dostluq” yatağı ilə bağlı sənədi təsdiqlədi

Milli Məclisin yaz sessiyasının bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” 2021-ci il yanvarın 21-də Aşqabad şəhərində imzalanmış Anlaşma Memorandumu müzakirəyə çıxarılıb. Elitinfo.az-ın xəbərinə görə, sənədə əsasən, tərəflər “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi məqsədi ilə […]

Continue reading

Prezidentin xüsusi nümayəndəliklərində yeni vəzifələr yaradılıb – FƏRMAN

  Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Elitinfo.az-ın xəbərinə görə, fərmanla İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusuna Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərində baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi vəzifələri əlavə edilib.

Continue reading

Heydər Əliyev Sarayı və “Davam Gənclər Hərəkatı” İctimai Birliyi arasında əməkdaşlıq haqqında memorandum imzalandı.

Bu gün Heydər Əliyev Sarayı və “Davam Gənclər Hərəkatı” İctimai Birliyi arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanması üçün görüş keçirilib.   Heydər Əliyev Sarayının direktoru Ramil Qasımov qonağı salamlayaraq 1972-ci ildə qapılarını tamaşaçıların üzünə açan, öz qurucusu Ümummilli Liderin adını daşıyan tarixi səhnə, tarixi sənət məbədi Heydər Əliyev Sarayı haqqında ətraflı məlumat verib. Ulu Öndərin 1-ci […]

Continue reading

XİN başçısı: “Ermənistan Azərbaycanın mülki əhalisinə qarşı ağır cinayətlər törədib”

“30 ilə yaxın dövr ərzində münaqişənin siyasi yolla tənzimlənməsi prosesindən, habelə Azərbaycanın bu prosesə sadiqliyindən öz məqsədləri üçün istifadə edən Ermənistan Azərbaycan torpaqlarını ilhaq etmək məqsədilə onların işğalının nəticələrinin möhkəmləndirilməsi istiqamətində davamlı tədbirlər görüb”. Elitinfo.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT İnsan Hüquqları Şurasının 46-cı sessiyasının Yüksək Səviyyəli Seqmentində çıxışında […]

Continue reading

Türkiyə ilə İran prezidentləri arasında telefon danışığı olub

  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İran Prezidenti Həsən Ruhani arasında telefon danışığı olub. Elitinfo.az Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinə istinadla xəbər verir ki, prezidentlər iqtisadiyyat, nəqliyyat, təhlükəsizlik və digər sahələr üzrə ikitərəfli münasibətlər və regional prosesləri müzakirə ediblər. Prezident Ərdoğan Türkiyə-İran əlaqələrinin gücləndirilməsi istiqamətində həmfikir olduqlarını bildirib. ABŞ-ın yeni rəhbərliyindən İrana qarşı […]

Continue reading

Milli Məclisin Estoniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu estoniyalı həmkarlarına təşəkkür məktubu ünvanlayıb

  Milli Məclisin Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Estoniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Sven Sesterə və qrupun üzvlərinə təşəkkür məktubu göndərib. Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə şöbəsindən Elitinfo.az-a bildirilib ki, məktubda Estoniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı Estoniya parlamentinin (Riyqikoq) rəsmi saytında yerləşdirilmiş bəyanatı […]

Continue reading

Azərbaycanla Türkiyə arasında vizasız rejim qüvvəyə mindi

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol”un təsdiq edilməsi barədə qanunu imzalayıb. Elitinfo.az xəbər verir ki, 2020-ci il dekabrın 10-da Bakı şəhərində […]

Continue reading

YAP “Zəfər salnaməsi” adlı kitab nəşr edib

    Yeni Azərbaycan Partiyası (YAP) “Zəfər salnaməsi” adlı kitab nəşr edib. Trend-in məlumatına görə, kitabda Azərbaycanın Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə diplomatiya və informasiya cəbhəsində qətiyyətli mübarizə aparması, şanlı Ordumuzun 44 günlük Vətən müharibəsi zamanı xilaskarlıq missiyasını şərəflə yerinə yetirməsi nəticəsində tarixi ədalətin bərpa olunması və digər mühüm məsələlər öz […]

Continue reading

Prezident Azərbaycanla Türkiyə arasında media sahəsində strateji əməkdaşlıq sənədini təsdiqlədi

  “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” 2020-ci il dekabrın 10-da Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilib. Elitinfo.az xəbər verir ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə qanunu imzalayıb.

Continue reading