Mehriban Əliyeva rəsmi “İnstagram” səhifəsində azad olunmuş ərazilərə səfərdən görüntülər paylaşıb (FOTO)

  Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “İnstagram” səhifəsində azad olunmuş ərazilərə səfərdən görüntülər paylaşıb. Trend-in məlumatına görə, paylaşımda deyilir: “Əziz bacılar və qardaşlar! Birazdan işğaldan azad olunmuş ərazilərdən növbəti videogörüntüləri sizin diqqətinizə təqdim edəcəyəm. Dərin hörmət və sevgilərlə, Sizin MEHRİBAN”

Continue reading

Milli Məclisin plenar iclasının gündəliyində dəyişiklik edilib

  Milli Məclisin martın 16-da keçiriləcək növbəti plenar iclasının gündəliyində dəyişiklik edilib. Elitinfo.az verir ki, plenar iclasın gündəliyində 2 məsələ müzakirə olunacaq. İclasda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabat məruzəsi dinləniləcək. Milli Məclisin üzvləri həm də Azərbaycan Respublikası Hesablama Palatasının sədr müavininin və auditorlarının təyin edilməsi haqqında məsələyə baxacaqlar.

Continue reading

Əfv Komissiyasının sonuncu iclasının vaxtı açıqlanıb

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı açıqlanıb. Elitinfo.az-ın əldə etdiyi məlumata görə, komissiyanın növbəti toplantısı martın 17-də keçiriləcək. Bununla da komissiya növbəti əfv sərəncamının imzalanması üzrə işini yekunlaşdıracaq. Qeyd edək ki, indiyədək komissiyada baxılan müraciətlərin sayı 950-dən çoxdur.

Continue reading

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Naxçıvan Muxtar Respublikasının Şərur və Sədərək rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 23 fevral tarixli 275-VIQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram: 1. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 yanvar […]

Continue reading

Hulusi Akar: “Azərbaycanın haqlı davası uğrunda mübarizə aparırıq”

“Türkiyə Silahlı Qüvvələri hazırda ölkəmizin və qədim köklərə sahib millətimizin haqq və mənfəətləri qorumaq üçün ciddi mücadilə aparır”. Elitinfo.az xəbər verir ki, bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib. “Dost və qardaş ölkələrin haqq və mənfəətlərini müdafiə etmək, onların haqlı davalarında yanlarında olmaq üçün İraqın şimalında, Suriyanın şimalında, Liviyada, Əfqanıstan, Kosovoda, Azərbaycanda və digər […]

Continue reading

Ombudsmanın nümayəndələri hərbi hissələrə baxış keçirib

  İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva ilə Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Komandanlığı və Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Komandanlığı arasında razılaşdırılmış tədbirlər planına müvafiq olaraq, Ombudsman Aparatının əməkdaşları hərbi hissələrə, hərbi təhsil və tibb müəssisələrinə başçəkmələri müntəzəm qaydada davam etdirir. Qurumdan Elitinfo.az-a verilən məlumata görə, Aparatın əməkdaşları DİN-in Daxili […]

Continue reading

İlham Əliyevlə Vladimir Putin arasında telefon danışığı olub

Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Elitinfo.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb. Rusiya Prezidenti eyni zamanda Ermənistanın baş naziri Nikol Paşinyanla da telefonla danışıb. Məlumata görə, tərəflər 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlarda Dağlıq Qarabağla bağlı əksini tapan müddəaların […]

Continue reading

Əfv Komissiyasında indiyədək baxılan müraciətlərin kateqoriyaları açıqlanıb

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının keçirilən ötən iclaslarında baxılan müraciətlərin kateqoriyaları açıqlanıb. Elitinfo.az-ın xəbərinə görə, komissiyanın indiyədək keçirilən iclaslarında əsasən mülkiyyət, sağlamlıq əleyhinə, iqtisadi, korrupsiya və rüşvətxorluq, məişət zorakılığı və digər cinayətlərlə bağlı müraciətlərə baxılıb. Bundan əlavə, iclaslarda yol nəqliyyat hadisəsi törətmiş şəxslərin, əcnəbilərin və hərbi qulluqçuların müraciətlərinə də baxılıb. Qeyd edək ki, indiyədək […]

Continue reading

İlham Əliyev Daxili Qoşunların yeni hərbi hissəsinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev martın 12-də – Daxili Qoşunların yaranması günündə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Bakının Sabunçu rayonunda yeni inşa olunan “N” saylı hərbi hissəsinin açılışında iştirak edib. Elitinfo.az xəbər verir ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə raport verib. Nazir […]

Continue reading

Müdafiə naziri: “Beynəlxalq ictimaiyyət dinc əhalini qətlə yetirən Ermənistanla bağlı tədbir görməlidir”

“Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin komandanlığı altında əks-həmlə əməliyyatı ilə başlayan Vətən müharibəsi Azərbaycan Ordusunun şanlı qələbəsi ilə başa çatdı və torpaqlarımız işğaldan azad edildi”. Elitinfo.az-ın xəbərinə görə, bunu müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyəti ilə […]

Continue reading