Sahibə Qafarova İtaliyaya səfərə gedir

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyəti İtaliyaya rəsmi səfərə gedir. Elitinfo.az-ın əldə etdiyi məlumata görə, səfər sabah – mayın 17-də baş tutacaq. Səfər çərçivəsində Milli Məclis sədrinin İtaliya senatının sədri və digər hökumət nümayəndələri ilə görüşü nəzərdə tutulur.

Continue reading

Prezident İlham Əliyev: Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır

“Udi xalqının çox böyük tarixi mirası var. İndi həm Qəbələ rayonu ərazisində və eyni zamanda, azad edilmiş torpaqlarda siz gedib ibadət edirsiniz – həm Xudavəngdə, həm Ağoğlanda. Orada udi xalqına məxsus olan digər məbədlər də var. Onların böyük hissəsi dağılmış, ya da ki, yarıdağılmış vəziyyətdədir. Ona görə, onları da bərpa edəcəyik. Siz o kilsələrə də […]

Continue reading

Rəsmi Bakıdan Yerevanın sərhəddəki vəziyyətə görə KTMT-ya müraciətinə münasibət

  Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun tacikistanlı həmkarı Sirociddin Muhriddin ilə telefon danışığı baş tutub. Bu barədə Elitinfo.az-a Azərbaycan XİN-dən məlumat verilib. Nazir Ceyhun Bayramov Azərbaycan-Ermənistan sərhədində baş vermiş gərginliklə bağlı həmkarına məlumat verərək, Azərbaycan sərhəd qüvvələrinin ölkəmizə aid mövqelərdə yerləşdiyini və bu prosesin adi rejimdə və sistematik qaydada icra edildiyini qeyd […]

Continue reading

İranla sərhəddə atışma, iki hərbçimiz şəhid oldu

  15 may tarixində saat 16:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə’” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonu­nun Gendərə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 3 nəfər naməlum şəxsin dövlət sərhədini pozması aşkar olunub. Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzindən Elitinfo.az-a verilən məlumata görə, sərhəd pozucuları sərhəd naryadının “Dayan” əmrinə tabe olmamış, sərhəd naryadına qarşı […]

Continue reading

Prezident İlham Əliyev Qəbələnin Nic qəsəbəsindəki Müqəddəs Məryəm Ana Alban kilsəsində olub

Mayın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Qəbələnin Nic qəsəbəsində yerləşən Müqəddəs Məryəm Ana Alban kilsəsində olublar. Elitinfo.az xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma kilsədə görülən işlər barədə məlumat verildi: -Müqəddəs Məryəm Ana kilsəsi 2019-cu ildə Heydər Əliyev Fondu tərəfindən bərpa olunmağa başlanmış və 2020-ci […]

Continue reading

Prezident İlham Əliyev Qəbələ rayonuna səfərə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva mayın 15-də Qəbələ rayonuna səfərə gəliblər. Elitinfo.az xəbər verir ki, dövlətimizin başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva xalqımızın ümummilli lideri Heydər Əliyevin Qəbələ şəhərində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.

Continue reading

Ceyhun Bayramov ABŞ-ın dövlət katibinin rəsmisi ilə telefonla danışıb

  Mayın 14-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə dövlət katibinin köməkçisi vəzifəsini icra edən Filip Riker arasında telefon danışığı olub. XİN-dən Elitinfo.az-a verilən məlumata görə, tərəflər bölgədə mövcud olan cari vəziyyət, Azərbaycan və Ermənistan sərhədində baş verən gərginlik ilə bağlı fikir mübadiləsi aparıblar. Bu kimi gərginliklərin diplomatik […]

Continue reading

Mehriban Əliyeva Ramazan bayramı ilə bağlı paylaşım edib

  Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində Ramazan bayramı ilə bağlı paylaşım edib. Elitinfo.az xəbər verir ki, paylaşımda deyilir: “Əziz həmvətənlər! Təsviredilməz qürur və sevinc hissi ilə bizim doğma Şuşa şəhərimizdən hər birinizə ən xoş arzularımı və müqəddəs Ramazan bayramı münasibətilə səmimi təbriklərimi çatdırıram! Qoy insanları sülhə, birliyə, həmrəyliyə, xeyirxahlığa və mənəvi kamilliyə […]

Continue reading

Allahşükür Paşazadə Azərbaycan xalqını təbrik edib

“Bütün dünya müsəlmanlarını və Azərbaycan müsəlmanlarını təbrik edirəm. Onlara Allahdan xoşbəxtlik arzulayıram. Allah-təala Qurani-Kərimi bu ayda göndərib. Bu gün biz bu ayı yola salırıq. Allah bizə nəsib eləsin gələcəkdə də bu ayda oruc tutaq”. Elitinfo.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Təzəpir məscidində qılınan Ramazan bayramı namazı mərasimində deyib. […]

Continue reading