Prezident Naxçıvanın Nazirlər Kabinetinə 1 milyon manat ayırdı
Prezident İlham Əliyev “Naxçıvan Muxtar Respublikasında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Elitinfo.az xəbər verir ki, sərəncamla Naxçıvan Muxtar Respublikasının ərazisində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının […]
Continue readingCeyhun Bayramov və Mövlud Çavuşoğlu Qarabağdakı son prosesləri müzakirə edib
Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub. Elitinfo.az-ın xəbərinə görə, bu barədə Türkiyə XİN məlumat yayıb. Telefon danışığı zamanı Qarabağdakı son proseslər müzakirə olunub. Nazirlər eyni zamanda, Fələstindəki hazırkı durumla bağlı fikir mübadiləsi aparıblar.
Continue readingLavrov: “Azərbaycan və Ermənistan arasında birgə komissiyanın yaradılmasını təklif etmişik”
“Rusiya Azərbaycan-Ermənistan sərhədindəki insidenti tənzimləmək üçün demarkasiya və delimitasiyanın keçirilməsinə başlamağa səy göstərməyi təklif edib”. Elitinfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın 19-da tacikistanlı həmkarı Sirociddin Muhriddinlə Düşənbədə keçirdiyi mətbuat konfransında bildirib. “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin dünən axşam (mayın 18-də-red.) keçirilən qeyri-rəsmi görüşündə erməni həmkarımızın […]
Continue readingAzərbaycanın Baş naziri bu gün Rusiyaya rəsmi səfərə gedir
Bu gün, mayın 19-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyasına (RF) rəsmi səfərə gedəcək. Bu barədə Elitinfo.az-a Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, mayın 20-də Baş nazirin və nümayəndə heyətinin Rusiya Federasiyası Hökumətinin sədri M.V.Mişustinlə və RF hökumətinin üzvləri ilə görüşü keçiriləcək.
Continue readingHikmət Hacıyev NATO rəsmisilə görüşdü
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə NATO baş katibinin müavini Mirça Geoana ilə görüşüb. Elitinfo.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti bildirib. Tərəflər Azərbaycan – NATO əməkdaşlığının cari məsələlərini müzakirə ediblər.
Continue readingPrezident İlham Əliyev: Ermənistan tərəfi sərhədin dəqiqləşdirilməsi prosesinə qeyri-adekvat reaksiya nümayiş etdirir
Hazırda Azərbaycan-Ermənistan sərhədinin dəqiqləşdirilməsi prosesi gedir və qarşı tərəf bu prosesə qeyri-adekvat reaksiya nümayiş etdirir. Elitinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə telefon danışığı zamanı deyib. Son günlər Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələr barədə Qazaxıstan Prezidentini məlumatlandıran dövlətimizin başçısı qeyd edib ki, Ermənistanın bununla bağlı Kollektiv Təhlükəsizlik […]
Continue readingSərhədçilərin həlak olması ilə bağlı cinayət işi Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib
Azərbaycan sərhədçilərin öldürülməsi, qanunsuz olaraq narkotik vasitələrinin ölkə ərazisinə keçirilməsi ilə bağlı cinayət işinin istintaqının aparılması Baş Prokurorluğunun rəhbərliyinin göstərişinə əsasən, Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə Elitinfo.az-ınsorğusuna cavab olaraq bildirib. Qeyd edək ki, mayın 15-də DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə’” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Gendərə […]
Continue readingMilli Məclis sədrinin İtaliyaya səfər proqramı açıqlanıb
Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti İtaliya tərəfinin dəvəti ilə mayın 17-dən 19-dək bu ölkədə rəsmi səfərdə olacaq. Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Elitinfo.az-a verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə parlamentin komitə sədri Tahir Mirkişili, İtaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Azər Kərimli, deputatlardan Qüdrət Həsənquliyev, Elnur […]
Continue readingLeyla Abdullayeva: “Azərbaycanın guya Ermənistanın “suveren ərazisini” pozduğuna dair iddialar tamamilə əsassızdır”
“Azərbaycanın guya Ermənistanın “suveren ərazisini” pozduğuna dair iddialar tamamilə əsassızdır. Azərbaycanın Xarici İşlər Nazirliyi bu xüsusda məlumat yayaraq Ermənistanla Azərbaycan arasında yaranmış sərhəd gərginliyi ilə bağlı vəziyyətə aydınlıq gətirib”. Elitinfo.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib. “İlk öncə vurğulamaq istərdim ki, sərhəd məsələlərinin kökündə duran səbəb […]
Continue readingAzərbaycan Ordusunun təlimləri başlayıb
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən bu gün (mayın 16 – Red) Azərbaycan Ordusunda qoşun növlərinin cəlb edilməsi ilə təlimlər keçirilir. Bu barədə Elitinfo.az-a Müdafiə Nazirliyindən bildirilib. Müdafiə nazirinin rəhbərliyi ilə keçiriləcək təlimə 15000 nəfərədək şəxsi heyət, 300-dək tank və digər zirehli texnika, 400-dək müxtəlif […]
Continue reading








