Prezident təhsil islahatlarından DANIŞDI
“Biz hazırda bu sahə ilə bağlı çox ciddi islahatlar aparırıq. Türkiyənin təcrübəsi bizim üçün çox önəmlidir. Həm təhsil, təhsilin keyfiyyətinin qaldırılması, eyni zamanda, Türkiyə və Azərbaycan gənclərinin bir-birinə daha sıx bağlı olması ilə əlaqədar əlavə təkliflər də müzakirə edilməlidir”. Elitinfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 27-də Türkiyə Respublikasının milli təhsil naziri […]
Continue readingPrezident İlham Əliyev: Təhsil sahəsi Türkiyə-Azərbaycan əməkdaşlığının önəmli bir hissəsidir
Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr ən yüksək səviyyədədir və elə sahə yoxdur ki, biz o sahədə əməkdaşlıq etməyək. İki qardaş ölkə kimi biz bütün sahələrdə qarşılıqlı hörmət və qarşılıqlı maraqlar əsasında əməkdaşlıq edirik. Təhsil sahəsi də əməkdaşlığımızın önəmli bir hissəsidir. Çünki gənc nəslin yetişdirilməsi, bir-birinə bağlı olması üçünbu sahədə çox önəmli addımlar atılmalıdır və əslində […]
Continue readingNazirlər Kabineti xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə Qərar qəbul edib
Mayın 26-da Azərbaycan Respublikasinin Nazirlər Kabineti xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə Qərar qəbul edib. Elitinfo.az xəbər verir ki, bu barədə Qərarı Baş nazir Əli Əsədov imzalayıb. Qərarda deyilir: “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral […]
Continue readingMövlud Çavuşoğlu Azərbaycana gəlir
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana səfər edəcək. Elitinfo.az xəbər verir ki, məlumatı “Daily Sabah” yayıb. XİN başçısının səfəri iyunun ilk həftəsinə planlaşdırılır. Qeyd edək ki, M.Çavuşoğlu mayın 31-də Yunanıstana gedəcək. O, iyunun 12-14-də isə Belçikada səfərdə olacaq.
Continue readingCOVID-19 pasportu və ya immunitet sertifikatı tələbinin hansı iş yerlərinə aid ediləcəyi açıqlanıb
2021-ci il iyulun 1-dən etibarən COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatı tələbinin hansı iş və xidmət sahələrinə aid edilməsi açıqlanıb. Elitinfo.az-ın əldə etdiyi məlumata görə, qeyd edilən tələb bütün iş və xidmət sahələrinə aiddir. Belə ki, bütün iş yerlərində işçilərin ən azı 80 faizinin COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatına malik […]
Continue readingMN: Ermənistan Kəlbəcər, Gədəbəy və Şuşa istiqamətində atəşkəsi pozub
Mayın 24-dən 26-dək Azərbaycan Ordusunun Kəlbəcər və Gədəbəy rayonlarında yerləşən mövqeləri Ermənistan Respublikasının Geqarkunik vilayəti ərazisindəki düşmən mövqelərindən fasilələrlə atıcı silahlardan atəşə tutulub. Bu barədə Elitinfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Eyni zamanda, Ermənistan tərəfi təxribat məqsədilə Şuşa şəhəri ətrafında yerləşən postlarımız istiqamətində avtomat silahlardan havaya atəş açıb. Cavab atəşi açılmayıb. İtki yoxdur.
Continue readingMilli Məclis təkliflər sorğusu elan edib
Milli Məclis inzibati binalarına zəif cərəyanlı sistemlərin alınması və quraşdırılması (1), darvaza avtomatikası və qapı aksesuarlarına illik texniki xidmət (2), “Milli Məclis” analitik jurnalının və bu qəbildən olan digər çap işləri (3), inzibati binalarında fasad örtüklərində, avtomobil parkındavə həyatyanı sahələrində təmir bərpa işləri (4), inzibati binalarınfda eklektrik avadanlıqlarının torpaqlama konturlarının, kabellərin izoliyasiyası müqavimətlərinin ölçülməsi […]
Continue readingCeyhun Bayramov Avstriyada ATƏT-in Baş katibi ilə görüşəcək
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov işgüzar səfərlə Avstriya Respublikasına yola düşüb. Bu barədə Elitinfo.az-a Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən bildirilib. Səfər çərçivəsində Ceyhun Bayramovun Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Baş katibi ilə görüşü, ATƏT-in Daimi Şurasının xüsusi sessiyasında çıxışı, habelə Avstriyanın yüksək səviyyəli rəsmiləri, aparıcı beyin mərkəzlərinin rəhbərləri, Vyanada fəaliyyət […]
Continue readingSəudiyyə Ərəbistanı kralı və vəliəhdi Azərbaycan Prezidentini təbrik edib
İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Elitinfo.az-ın xəbərinə görə, mətndə deyilir: “Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu. Zati-aliləri, Qardaşım İlham Heydər oğlu Əliyev. Milli bayramınız – Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimizi çatdırırıq. Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikası […]
Continue readingŞuşa ilə bağlı qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub
Bu gün Milli Məclisin Mədəniyyət, Hüquq siyasəti və dövlət quruculuğu, İqtisadi siyasət, sənaye və sahibkarlıq və Regional məsələlər komitələrinin birgə iclası keçirilib. Elitinfo.az-ın xəbərinə görə, iclasda “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsi müzakirə edilib. Müzakirələrdən sonra yeni qanun layihəsi birinci oxunuşda Milli Məclisin sabah – mayın 25-də keçiriləcək plenar iclasına tövsiyə olunub. […]
Continue reading






