Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin onlayn iclası keçirilib
Parlamentin mətbuat xidmətindən Elitinfo.az-a bildiriblər ki, komitənin sədri Tahir Mirkişili iclası açaraq gündəlik barədə məlumat verib. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuşda) ilə bağlı qeyd edilib ki, təklif olunan dəyişiklik, Azərbaycan Respublikasında və ya Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan bir sıra konsul əməliyyatları üçün dövlət […]
Continue readingSilah və hərbi texnikanın yay istismar rejiminə keçirilməsi prosesi aparılır
Azərbaycan Ordusunun bütün hərbi hissə və bölmələrində 2020-ci ilin döyüş hazırlığı planına əsasən silah, döyüş və xüsusi texnika yay mövsümündə istismar rejiminə keçirilir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Elitinfo.az-a bildiriblər ki, döyüş və xüsusi texnikanın yanacaq-sürtkü materialları hərbi hissələrdəki texniki xidmət məntəqələrində dəyişdirilir və onlara planlı şəkildə mövsümi qulluq göstərilir. Silah, döyüş və xüsusi texnikanın yay […]
Continue readingErməni silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 25 dəfə pozub
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Elitinfo.az-a bildiriblər ki, Ermənistanın Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər, Zamanlı kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Ağdam rayonunun işğal altında olan Tağıbəyli, […]
Continue readingBakı küçələrinin bir hissəsi genişləndiriləcək – SƏRƏNCAM
Paytaxtın Sabit Orucov, Nizami, Mehdi Hüseynzadə və 28 May küçələrinin bir hissəsi genişləndiriləcək. Elitinfo.az xəbər verir ki, Prezident İlham Əliyev “Bakı şəhərində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Bakı şəhərində Sabit Orucov, Nizami, Mehdi Hüseynzadə və 28 May küçələrinin bir hissəsinin genişləndirilməsi və sözügedən küçələrin Yusif Səfərov […]
Continue readingPrezidentə yazırlar: Siz bu çətin günlərdə xalqımıza böyük dayaqsınız
Azərbaycan vətəndaşları koronavirus pandemiyasına qarşı mübarizədə Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlərə görə dövlətimizin başçısına minnətdarlıq məktubları göndərməkdə davam edirlər. Elitinfo.az Prezidentin saytına istinadla həmin məktubların daha bir neçəsini təqdim edir. Laçın rayonundan məcburi köçkün, hazırda Ağcabədidə yaşayan Məhərrəm Dünyamalıyev yazır: “Əziz Prezidentimiz, dünyanı bürüyən koronavirus epidemiyası Azərbaycana da təsirsiz ötüşməyib. Tibbin ən inkişaf […]
Continue readingMehriban Əliyeva Azərbaycanın xristian icmasını təbrik edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva “facebook” səhifəsində respublikamızın xristian icmasını Pasxa bayramı münasibətilə təbrik edib. Elitinfo.az xəbər verir ki, təbrikdə deyilir: “Azərbaycanın bütün xristian icmasını müqəddəs Pasxa bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Bu əziz gündə vətəndaşlarımızın sağlamlığı, xoşbəxt gələcəyi, ölkəmizin əmin-amanlığı naminə dualar edilir. Bütün bu dua və diləklərə qoşularaq əmin olduğumu bildirirəm […]
Continue readingErmənistan silahlı qüvvələri atəşkəsi 25 dəfə pozdu
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub. Elitinfo.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Xocavənd rayonunun işğal altında olan Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz kəndləri […]
Continue readingMilli Məclisin Sədri və deputatlar qan verdi
Parlamentin aprelin 17-də keçirilən iclasında Milli Məclisin Sədri Sahibə Qafarova bildirmişdir ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xeyirxah təşəbbüsü ilə keçirilən qanvermə aksiyasına Milli Məclis də qoşulub. Sədr demişdir: “Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə xeyirxah bir kampaniya başlanmışdır. Xəstə insanlara kömək üçün qanvermə aksiyaları keçirilir. Mən belə düşünürəm ki, Milli […]
Continue readingMilli Məclisin Aparatı BURAXILDI
“Azərbaycan parlamentinin Aparatı buraxılıb”. Elitinfo.az xəbər verir ki, bunu Report-a Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev deyib. O bildirib ki, Aparatın yeni strukturu formalaşana qədər əvvəlki əməkdaşlar işlərini davam etdirəcəklər. Qeyd edək ki, bu ilin fevral ayının 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib.Martın 10-da altıncı çağırış Milli Məclisin ilk iclası olub. Toplantıda parlamentin yeni rəhbərliyi […]
Continue readingMilli Məclisdə qanvermə aksiyası keçirilir
Bu gün Milli Məclisdə qanvermə aksiyası keçirilir. Elitinfo.az-ın məlumatına görə, deputatlar, Milli Məclis Aparatının və İşlər İdarəsinin əməkdaşları, o cümlədən jurnalistlər könüllü qan verirlər. Qeyd edək ki, dünən Milli Məclisin Sədri Sahibə Qafarova deputatların, Milli Məclis Aparatının və İşlər İdarəsi əməkdaşlarının Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsünə qoşularaq könüllü qan verəcəklərini bildirib.
Continue reading











