Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub. Müdafiə Nazirliyindən Elitinfo.az-a verilən məlumata görə, Ağdam rayonunun işğal altında olan Yusifcanlı, Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən ordumuzun mövqeləri atəşə tutulub.

Continue reading

Prezident və xanımı Pir Ömər Sultan ziyarətgahında – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 25-də Şamaxıda Pir Ömər Sultan ziyarətgahında oldular. Elitinfo.az xəbər verir ki, hazırda Heydər Əliyev Fondunun layihəsi əsasında burada bərpa-konservasiya işləri aparılır. Ziyarətgahda aparılan arxeoloji tədqiqatlar zamanı XIV əsrin ortalarına aid türbə qalıqları və onun məhz xəlvətilik təliminin banisi Pir Ömər Avaxıliyə aid olduğunu təsdiqləyən artefaktlar […]

Continue reading

Prezident və birinci xanım Şamaxıda Pirsaat Baba ziyarətgahında

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 25-də Şamaxı şəhərində Pirsaat Baba ziyarətgahının yenidən qurulması çərçivəsində görülən işlərlə tanış oldular.   Elitinfo.az xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanıma tikinti-bərpa və yenidənqurma tədbirləri barədə məlumat verdi.   Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yenidən qurulan […]

Continue reading

Hikmət Hacıyev “RİA Novosti”də təhrif olunmuş və qərəzli xəbər yayılmasına münasibət bildirib

  Elitinfo.az 2020-ci il mayın 21-də Rusiya Federasiyasının dövlət informasiya agentliyi olan “RİA Novosti”də Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilmiş ərazisində yaradılmış qeyri-qanuni rejimin qondarma “prezidenti”nin “andiçmə” mərasiminə dair təhrif olunmuş və qərəzli xəbər yayılıb. “RİA Novosti” tərəfindən qondarma seçkilər və “andiçmə” mərasimi haqqında Azərbaycan Respublikasının rəsmi dövlət qurumlarının açıqlamaları, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı […]

Continue reading

Qənirə Paşayeva seçiciləri ilə onlayn görüş keçirib

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayeva son 8 gündə Tovuz rayonundan olan 200-dən artıq seçicisi ilə onlayn şəkildə görüntülü danışıb, onların müraciətlərini, qayğılarını dinləyib, geniş fikir mübadiləsi aparıb və həlli istiqamətində bir sıra qurumlarla, təşkilatlarla müzakirələr aparıb. Elitinfo.az xəbər verir ki, eyni zamanda deputatın köməkçisi tərəfindən 300-ə yaxın sayda müraciət dinlənilib. Qənirə Paşayeva həmin […]

Continue reading

Baş Nazir İranın Birinci vitse-prezidenti ilə telefonla danışdı

  Mayın 21-də İran tərəfinin təşəbbüsü ilə Azərbaycanın Baş Naziri Əli Əsədov və İranın Birinci vitse-prezidenti İshaq Cahangiri arasında telefon danışığı olub. Nazirlər Kabinetindən “Report”a verilən məlumata görə, telefon danışığı əsnasında koronavirus (COVID-19) infeksiyasının qarşısının alınması məqsədilə iki ölkə tərəfindən görülən uğurlu tədbirlərə dair məlumat mübadiləsi aparılıb. İran tərəfi pandemiyaya qarşı mübarizə məqsədilə göstərilən humanitar yardıma […]

Continue reading

Prezident İlham Əliyevlə “Signify”nin rəhbərləri arasında videokonfrans keçirilib

Mayın 22-də “Signify” (əvvəlki adı “Philips Lighting”) şirkətinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bu şirkətin baş icraçı direktoru Erik Rondolat, MDB üzrə baş meneceri Erik Benedetti və “Signify” rəhbərliyinin digər nümayəndələri arasında videokonfrans keçirilib. Elitinfo.az xəbər verir ki, videokonfransda Azərbaycan tərəfdən Prezidentin köməkçisi Natiq Əmirov iştirak edib.

Continue reading

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. Elitinfo.az xəbər verir ki, komitə sədri Tahir Mirkişili iclasda Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişinin təsdiq edilməsi haqqında, “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında 2008-ci il 19 may tarixli Sazişə dəyişikliklər və əlavələr edilməsi barədə” […]

Continue reading

Prezident icra başçısını işdən çıxardı – SƏRƏNCAM

Prezident icra başçısını işdən çıxardı – SƏRƏNCAM Arif Akif oğlu Seyidov Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.   Elitinfo.az-ın məlumatına görə, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Qeyd edək ki, Arif Seydov 23 fevral 2006-cı il tarixində Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdu.

Continue reading

Zakir Həsənov cəbhə zonasında yeni hərbi hissənin açılışını etdi – VİDEO

  Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada yeni inşa edilmiş hərbi hissələrin açılışında iştirak edib  və tikintisi davam etdirilən obyektlərə baxış keçirib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Elitinfo.az-a verilən məlumata görə, istifadəyə verilən qərargah binaları, əsgər yataqxanaları və yeməkxanalar, tibb məntəqələri, idman şəhərcikləri, sıra meydanları, döyüş texnikaları üçün saxlanclara baxış […]

Continue reading