Prezident İlham Əliyev: Mən tam əminliklə deyə bilərəm ki, Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü, indiki qədər müstəqil və azad olmamışdır

Mən tam əminliklə deyə bilərəm ki, Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü, indiki qədər müstəqil və azad olmamışdır. Elitinfo.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksi ilə tanışlıqdan sonra rayonun bir qrup idmançısı ilə görüşündə çıxışı zamanı deyib. Dövlət başçısı bildirib: “Bu gün Tərtər rayonunda müasir Olimpiya İdman Kompleksi […]

Continue reading

Buruc-Gülabatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı yolu yenidənqurmadan sonra istifadəyə verilib (FOTO)

İyunun 3-də Tərtər rayonunda Buruc-Gülabatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib. Elitinfo.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yolun açılışında iştirak edib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına yolun texniki göstəriciləri barədə məlumat verdi. Bildirildi ki, 6 min 800 nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən yolun […]

Continue reading

Prezident İlham Əliyevdən xəritəyə görə icra başçısına irad: Sisyanın əsl adı Qarakilsədir. Ona görə bunu pozun və Qarakilsə yazın

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edib. Elitinfo.az xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov dövlətimizin başçısına muzeydə nümayiş etdirilən eksponatlar barədə məlumat verdi. Bildirildi ki, inşasına 2019-cu ilin aprel ayında başlanmış və noyabr ayında başa çatdırılmış muzey binasının ümumi sahəsi 720 kvadratmetrdir. Muzeyin sərgi zalında […]

Continue reading

Ermənilər atəşkəs rejimini 24 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Elitinfo.az-a bildiriblər ki,Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində, Krasnoselsk rayonunun Cil kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz […]

Continue reading

Büdcənin icrası haqqında qanun layihəsi müzakirə olunacaq

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçiriləcək. Bu barədə Elitinfo.az-a parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Məlumata görə, iclasda “2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi nəzərdə tutulub. Sənəd I oxunuşda təqdim olunacaq. Komitə üzvləri layihə ilə bağlı fikir mübadiləsi aparacaqlar.

Continue reading

Atəşkəs rejimi 25 dəfə pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub. Bu barədə Elitinfo.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Ermənistan Respublikası Berd rayonunun Ayqedzor kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən […]

Continue reading

Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının yeni korpusu açıldı 

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan Ordusunun şəxsi heyətinin xidməti, sosial-məişət şəraitinin yaxşılaşdırılması, sağlamlığının qorunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir, hərbi hissələrin maddi-texniki bazası gücləndirilir, müasir standartlara cavab verən hərbi infrastruktur yaradılır.   Müdafiə Nazirliyindən Elitinfo.az-a verilən məlumata görə, hərbi tibb müəssisələrində həyata keçirilən tikinti-quruculuq […]

Continue reading

Erməni silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 23 dəfə pozub

  Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub. Bu barədə Elitinfo.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Ermənistan respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Göyarx, Füzuli rayonunun Aşağı Veysəlli, Horadiz, […]

Continue reading

Prezident İlham Əliyev: Əminəm ki, bizim müstəqillik inkişafımız davamlı olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi yaşayacaq

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi “Facebook” səhifəsində 28 May – Respublika Günü münasibətilə paylaşım edilib. Elitinfo.az xəbər verir ki, paylaşımda deyilir: “Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan bugünkü Azərbaycan dövləti xalqımızın müstəqillik arzularını gerçəkləşdirdi. Əminəm ki, bizim müstəqillik inkişafımız davamlı olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi yaşayacaq”.

Continue reading

 Mehriban Əliyeva: Qoy müstəqilliyimiz əbədi olsun! Uca Tanrı doğma Azərbaycanımızı qorusun!

Birinci vitse-prezident Mehriban Əliyeva 28 May – Respublika günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Elitinfo.az-ın məlumatına görə, təbrik Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi “İnstagram” səhifəsində yerləşdirilib. Təbrikdə deyilir: “Bütün Azərbaycan xalqını 28 May – Respublika Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm, hər bir Azərbaycan vətəndaşına möhkəm cansağlığı, sevinc, sevgi və səadət arzulayıram! Qoy müstəqilliyimiz əbədi olsun! Uca […]

Continue reading