Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi – SƏRƏNCAM
Arif Adil oğlu Qasımov Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Elitinfo.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Continue readingPrezidentə yazırlar: Bu çətin və qayğılı günlərdə Siz xalqın qayğısına qalır, vətəndaşlara bütün sahələrdə dəstək verirsiniz
Azərbaycan vətəndaşları Prezident İlham Əliyevə minnətdarlıq məktubları ünvanlamaqda davam edirlər. Vətəndaşlar dövlətimizin başçısının diqqət və qayğısından razılıqlarını bildirirlər. Elitinfo.az Prezidentin saytına istinadla həmin məktubların bir neçəsini təqdim edir. Bakı şəhərinin Nəsimi rayonundan Rauf Zeynalov və Ləman Salayeva yazırlar: “Hörmətli cənab Prezident, bizim minnətdarlığımız koronavirus dövründə dövlətimiz tərəfindən həyata keçirilən tədbirlərlə əlaqədardır. İlk növbədə, onu deyək […]
Continue readingPrezident “8-ci km” yarımstansiyasının açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 9-da Bakının Nizami rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin yenidən qurulan 110/35/10 kilovatlıq “8-ci km” yarımstansiyasının açılışında iştirak edib. Elitinfo.az ın xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.
Continue readingMədət Quliyevə yeni müavin təyin olundu
Azərbaycanın Müdafiə Sənayesi nazirinə yeni müavin təyin edilib. Elitinfo.az xəbər verir ki, bununla bağlı müvafiq sərəncam imzalanıb. Sərəncama əsasən, Mehman Baxışov Müdafiə Sənayesi nazirinin müavini təyin olunub. Qeyd edək ki, Mehman Abbas oğlu Baxışov 1959-cu il iyul ayının 28-də Abşeron rayonunun Altı-Agac kəndində anadan olub. 1981-ci ildə Xəzər Ali Hərbi Dənizçilik Məktəbini mühəndis-texnoloq ixtisası üzrə bitirib. 1981-ci […]
Continue readingVüsar İsmayılov: – “Bəzi müxalifətçilər erməni dostları kimi uğurlarımıza qısqanclıqla yanaşırlar”
“Koronavirusla bağlı aparılan təxirəsalınmaz qabaqlayıcı tədbirlər nəticəsində əldə olunan müsbət nəticələr son günlərin statistikasında aydın şəkildə özünü göstərir. Baxmayaraq ki, gündəlik virusa yoluxma halları 500 civarında davam edir, lakin yoluxma və sağalma arasındakı fərqin azalması ümumi göstərici kimi vəziyyətin normallaşmağa doğru getdiyinə işarədir”. Elitİnfo.az xəbər verir ki, bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Binəqədi rayon […]
Continue readingAbşeron magistral kanalında yenidənqurma işlərinin başa çatdırılması üçün 8,5 milyon manat ayrıldı – SƏRƏNCAM
Prezident İlham Əliyev Abşeron yarımadasında kənd təsərrüfatına yararlı torpaqların suvarılma vəziyyətinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Elitinfo.az-ın məlumatına görə, sərəncamda deyilir: 1. “Abşeron yarımadasında kənd təsərrüfatına yararlı torpaqların suvarılma vəziyyətinin yaxşılaşdırılması məqsədilə Abşeron magistral kanalında yenidənqurma işlərinin aparılması və kanalın suburaxma qabiliyyətinin artırılması” layihəsi üzrə nəzərdə tutulan işlərin başa çatdırılması üçün “Azərbaycan […]
Continue readingPrezidentə yazırlar: Sizin rəhbərliyinizlə dövlətimizin həyata keçirdiyi tədbirlər xalqımızda böyük qürur hissi yaradıb
Azərbaycan vətəndaşları Prezident İlham Əliyevə minnətdarlıq məktubları ünvanlamaqda davam edirlər. Elitinfo.az Prezidentin saytına istinadla həmin məktubların bir neçəsini təqdim edir. Laçın rayonundan məcburi köçkün Ramil Xudayarov yazır: “Hörmətli cənab Prezident, mənim ailəm 1992-ci ildə doğma yurd-yuvamız olan Laçın rayonundan məcburi köçkün düşdükdən sonra 28 il Ağcabədi rayonunun “Taxta körpü” adlanan ərazisində şəraiti ağır olan […]
Continue readingPrezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda modul tipli hospitalın açılışında iştirak ediblər (FOTO)
İyulun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında iştirak ediblər. Elitinfo.az xəbər verir ki, Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov dövlətimizin başçısına raport verdi. Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin modul tipli hospitalı […]
Continue readingErmənilər iriçaplı silahlardan istifadə etməklə atəşkəsi pozub
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində gərginliyi artırmaq məqsədilə iriçaplı silahlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 57 dəfə pozub. Bu barədə Elitinfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Ermənistan Respublikası Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. İşğal altında olan Ağdam rayonunun Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun […]
Continue readingErmənistan sutka ərzində atəşkəsi 42 dəfə pozdu
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində gərginliyi artırmaq məqsədilə iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 42 dəfə pozub. Müdafiə Nazirliyindən Elitinfo.az-a verilən məlumata görə, Ermənistan Respublikası Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. İşğal altında olan Ağdam rayonunun […]
Continue reading










