Prezident İlham Əliyev: “Qobu” Elektrik Stansiyasının tikintisi enerji potensialımızın gücləndirilməsi istiqamətində çox önəmli addımdır

Xəbər verdiyimiz ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 21-də 1000 meqavat yükötürmə gücü olan 330/220/110 kilovoltluq “Qobu” yarımstansiyasının tikintisi ilə tanış olub, həmçinin 385 meqavatlıq “Qobu” Elektrik Stansiyasının təməlini qoyub. Elitinfo.az-ın məlumatına görə, dövlətimizin başçısının tədbirdəki çıxışından bəzi məqamları təqdim edir. “Bu gün ölkəmizin elektroenergetika sahəsində növbəti önəmli addım atılır. “Qobu” Elektrik Stansiyasının təməl […]

Continue reading

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi beynəlxalq əlaqələrini genişləndirir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nüfuzlu üzvləri sırasına yeni adlar daxil edilib. Mərkəzdən Elitinfo.az-a bildiriblər ki, yeni üzvlər arasında Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş Naziri və İşçi Partiyasının rəhbəri (1997-2007) Qordon Braun, Yeni Zelandiyanın Baş Naziri (1999-2008), BMT İnkişaf Proqramının ilk qadın rəhbəri (2009-2017) xanım Helen Klark, Mavriki Respublikasının ilk qadın Prezidenti (2015-2018)xanım […]

Continue reading

Həsən Seyidbəylinin 100 illik yubileyi qeyd ediləcək – Sərəncam

  Elitinfo.az   Prezident İlham Əliyev Həsən Seyidbəylinin 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. 2020-ci ilin dekabr ayında Azərbaycan mədəniyyətinin tanınmış nümayəndəsi, kinodramaturq, rejissor və ssenarist, Xalq artisti Həsən Mehdi oğlu Seyidbəylinin anadan olmasının 100 illiyi tamam olur. Həsən Seyidbəyli ssenari müəllifi olduğu və rejissor kimi quruluş verdiyi yüksək bədii keyfiyyətə malik, eləcə […]

Continue reading

Ermənistan atəşkəsi 40 dəfə pozdu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 40 dəfə pozub. Müdafiə Nazirliyindən Elitinfo.az-a verilən məlumata görə, Ermənistan Respublikası Berd rayonunun Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Koxanəbi, Əsrik Cırdaxan və Ağbulaq kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən […]

Continue reading

Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə telefonla zəng edib

Avqustun 12-də Azərbaycan Respublikasının Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib. Azərbaycan Prezidentinin Mətbuat xidmətindən Elitinfo.az-a verilən məlumata görə, Prezident İlham Əliyev Prezident Vladimir Putinə iyulun 12-16-da Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribat barədə məlumat vermişdir. Dövlətimizin başçısı Ermənistanın növbəti təcavüz aktı nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi […]

Continue reading

Azərbaycan və Türkiyə Müdafiə nazirləri Fəxri və Şəhidlər xiyabanını ziyarət etdilər

 Azərbaycan və Türkiyə Müdafiə Nazirliklərinin rəhbərliyi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər. Müdafiə Nazirliyindən Elitinfo.az-a verilən məlumata görə, Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Milli Müdafiə naziri Hulusi Akar, Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov, Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu generalı Yaşar Güler və […]

Continue reading

Serbiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib

“Biz əməkdaşlığımız mərkəzində olan bütün məsələləri müzakirə etdik. Ölkələrimizin ərazi bütövlüyünə qarşılıqlı dəstəyini ifadə etdik”. Elitinfo.az xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Serbiyanın Baş nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi və Daxili işlər naziri Neboyşa Stefanoviç jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, görüşdə bütün münaqişələrin BMT-nin prinsipləri və sülh yolu ilə həllinin vacibliyi vurğulanıb: “Düşünürəm ki, […]

Continue reading

Erməni ordusu Tovuz və Gədəbəyi atəşə tutdu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 35 dəfə pozub. Müdafiə Nazirliyindən Elitinfo.az-ın məlumatına görə, Ermənistan Respublikası Berd rayonunun Mosesqex kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər, Zamanlı kəndlərində yerləşən […]

Continue reading

Milli Məclisin növbədənkənar sessiyası başa çatdı

  Milli Məclisin növbədənkənar sessiyası başa çatdı. Elitinfo.az-ın məlumatına görə, parlamentin sədri Sahibə Qafarova sessiyanın başa çatdığını elan edib. Avqustun 5, 6 və 7-də keçirilən sessiyada 6 qanun layihəsi qəbul edilib. Bunlar aşağıdakılardır: 1. “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında 2. ”Sosial təminat […]

Continue reading