Müdafiə Nazirliyi: Madagizdə erməni əsgərlər arasında atışma olub

“Əldə edilən məlumata əsasən, gecə döyüşləri zamanı geri çəkilən Madagizdəki Ermənistan silahlı qüvvələrinin 6-ci dağatıcı alayının əsgərləri arasında atışma baş verib”. Bu barədə Elitinfo.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. “Şəxsi heyət arasında hökm sürən qorxu və vahimə hissi ruh düşkünlüyü yaradıb, ümumilikdə erməni hərbçilərinin demoralizə olmasına səbəb olub”, – nazirlikdən bildirilib.

Continue reading

Hikmət Hacıyev: Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar BMT Təhlükəsizlik Şurasında qapalı məsləhətləşmələrin keçirilməsini ümumən təqdir edirik

Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar sentyabrın 29-da BMT Təhlükəsizlik Şurasında qapalı məsləhətləşmələrin keçirilməsini ümumən təqdir edirik. Elitinfo.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. Hikmət Hacıyev deyib ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxarılmasını tələb edən 4 […]

Continue reading

Düşmənin Tərtərə atəşi nəticəsində 7 nəfər YARALANDI

Məlum olduğu kimi, təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir. Baş Prokurorluqdan Elitinfo.az-a verilən məlumata görə, düşmənin silahlı qüvvələri əhalinin kompakt olduğu məntəqələri – rayon və kənd mərkəzlərini, mülki infrastruktur obyektlərini – yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati […]

Continue reading

Düşmənin S-300 zenit-raket qurğusu sıradan çıxarıldı

Dünən gedən döyüşlər ərzində Xocavənd rayonunun Şuşakənd ərazisində düşmənin 1 S-300 zenit-raket qurğusu sıradan çıxarılıb. Elitİnfo.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Hazırda bütün cəbhə boyu hərbi əməliyyatlar davam edir.

Continue reading

Müdafiə Nazirliyi əhaliyə müraciət etdi: “Düşmən təxribata başlayıb”

“Ermənistan tərəfi köhnə videomaterialları əhalisinə yeni kimi təqdim edir”   Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən Elitinfo.az-a bildirib ki, Azərbaycan Ordusunun ard-arda uğurlu döyüş əməliyyatlarından çıxılmaz vəziyyətə düşən Ermənistanın hərbi təbliğat maşını informasiya məkanında genişmiqyaslı təxribata başlayıb.   Belə ki, Ermənistan tərəfi həmişə olduğu kimi əvvəlki döyüşlərdən olan köhnə videomaterialları əhalisinə yeni kimi təqdim edir. Məqsəd öz […]

Continue reading

Prezident: “İlk uğurlar münasibətilə xalqı və ordunu təbrik edirəm”

Prezident: “İlk uğurlar münasibətilə xalqı və ordunu təbrik edirəm” “Bütün silahlı birləşmələr arasında koordinasiya tam şəkildə təmin edilib və əminəm ki, bu əks-hücum əməliyyatının bundan sonra da uğurlu nəticələri olacaq”. Elitinfo.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında deyib. “Mən Azərbaycan xalqına bu məlumatı verməklə bir də demək […]

Continue reading