Qarabağda atəşkəs ELAN OLUNDU
Qarabağda atəşkəs ELAN OLUNDU Azərbaycan, Ermənostan və Rusiya xarici işlər nazirlərinin 11 saat davam edən danışıqları başa çatıb. Elitinfo.az xəbər verir ki, Ceyhun Bayramov, Sergey Lavrov və Zoqrab Mnatsakanyanın danışıqların nəticəsi olaraq Qarabağda oktyabrın 10-i saat 00:00-dan etibarən atəşkəs elan olunur. Atəşkəs rejimi hərbi əsirlərin və saxlanılan şəxslərin dəyişdirilməsi və cəsədlərin mübadiləsi üçün humanitar məqsədlərlə elan olunur. Atəşkəs […]
Continue readingQoşulmama Hərakatının üzv dovlətləri Azərbaycanla həmrəy olduqlarını bildiriblər – BƏYANAT
Qoşulmama Hərəkatının üzv dövlətləri Ermənistan-Azərbaycan münaqişəsində hərbi əməliyyatların yenidən başlamasını şiddətlə qınayır, insan itkisi və mülki əhaliyə təsirinə görə təəssüflənirlər. Elitinfo.az-ın məlumatına görə, bu barədə Qoşulmama Hərəkatının videokonfrans formatında keçirilmiş Nazirlər Səviyyəsində Görüşünün Xüsusi Bəyanatında deyilir. Bəyanatda bildirilir: “Qoşulmama Hərəkatının Nazirlər Görüşü Ermənistan və Azərbaycan arasında münaqişənin Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qətnamələri (S/RES/822, […]
Continue readingAzərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib-VİDEO
https://video.azertag.az/files/video/2020/3/1602256711455017596.mp4 Oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. Elitinfo.az dövlətimizin başçısının müraciətini təqdim edir. Prezident İlham Əliyevin xalqa müraciəti -Əziz həmvətənlər. Bu gün müzəffər Azərbaycan Ordusu bir neçə yaşayış məntəqəsini işğaldan azad edib. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. İşğaldan azad edilmiş yaşayış məntəqələrinin adlarını sizin diqqətinizə çatdırmaq […]
Continue readingErmənistan 4 rayon və şəhərimizi atəşə tutur
Hazırda düşmən Bərdə, Ağdam, Ağcabədi ryaonlarını və Mingəçevir şəhərinin ərazisini intensiv atəşə tutur. Bu barədə Elitinfo. Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Continue readingErmənilər Goranboya qadağan olunmuş raketlər atdı
Oktybarın 4-8-i tarixlərində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) xüsusi mobil əməliyyat qrupları tərəfindən Goranboy rayonu ərazisində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı Ermənistan silahlı qüvvələri tərəfindən atılmış 10 ədəd 9M528 raketi (SMERC) aşkar olunub. ANAMA-dan Elitinfo.az-a bildirilib ki, həmin raketlərdən 3 ədədinin içərisindən 9M525 bombacıqlarına rast gəlinmişdir ki, bu bombacıqlar da “Kaset sursatlar haqqında […]
Continue readingDüşmən Bərdəni və Ağcəbədini atəşə tutur – Ordumuz adekvat tədbirlər görür
Ermənistan silahlı qüvvələri Bərdə və Ağcəbədi rayonlarının kəndlərini atəşə tutur. Elitinfo.az xəbər verir ki, Azərbaycan Ordusu adekvat tədbirlər görür.
Continue readingAzərbaycan idman ictimaiyyəti Ordumuza dəstək oldu
Azərbaycan idman ictimaiyyəti, ölkəmizdə fəaliyyət göstərən idman qurumları və federasiyalar aidiyyəti beynəlxalq təşkilatlara və idman qurumlarına bəyanat ünvanlayıb. Azərbaycan Gənclər və İdman Nazirliyinin Mətbuat katibi Səmayə Məmmədovanın Elitinfo.az-a verdiyi məlumata görə, bəyanat Ermənistan tərəfinin Azərbaycana qarşı törətdiyi təcavüz aktını, son aylar ərzində düşmən tərəfinin həyata keçirdiyi məqsədyönlü təxribatçı fəaliyyətin durmadan artdığını və Azərbaycan tərəfinin özünümüdafiə hüququ […]
Continue readingMadagizin Suqovuşan adlandırılması rəsmiləşdi – SƏRƏNCAM
Azərbaycan Prezidenti İlham Əliyev Tərtər rayonunun Madagiz kəndinin Suqovuşan kəndi adlandırılması haqqında qanunu təsdiqləyib. Elitinfo.az xəbər verir ki, qanuna əsasən, Tərtər rayonunun Çaylı kənd inzibati ərazi dairəsi tərkibindəki Madagiz kəndi Suqovuşan kəndi adlandırılıb
Continue readingİşğaldan azad olunan Şükürbəyli kəndinin görüntüləri
Azərbaycan Müdafiə Nazirliyi işğaldan azad olunan Cəbrayıl rayonunun Şükürbəyli kəndinin görüntülərini yayıb. Elitinfo.az həmin görüntüləri təqdim edir.
Continue readingCəbrayıl istiqamətində ordumuzun əks-hücum əməliyyatları davam edir – Müdafiə Nazirliyi
Azərbaycan Respublikası Müdafiə Nazirliyi növbəti dəfə açıqlama yayıb. Elitinfo.az-ın məlumatına görə, açıqlamada deyilir: “Ermənistan müdafiə nazirliyi növbəti dəfə Cəbrayıl istiqamətində guya bölmələrimizin itkilərə məruz qaldığı barədə dezinformasiya xarakterli məlumat yayıb. Rəsmi olaraq bildiririk ki, Ermənistan tərəfinin yaydığı məlumatlar əsassız və yalandır. Cəbrayıl istiqamətində ordumuz əks-hücum əməliyyatlarını uğurla davam etdirir və düşmən üzərində üstünlüyə malikdir”.
Continue reading




