XİN: Ermənistan silahlı birləşmələri İran ərazisinə raketlər atır

  Azərbaycan Respublikasının İran İslam Respublikası ilə həmsərhəd işğal olunmuş ərazilərində silahlı toqquşmalar davam edir. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Elitinfo.az-a bildirilib ki, əks-hücum əməliyyatları həyata keçirən Azərbaycan ordusu işğalçı Ermənistanın silahlı qüvvələrini məhv edərək öz torpaqlarını azad edir. Döyüşlər gedən ərazilərdən geri çəkilən parakəndə Ermənistan silahlı birləşmələri təxribat yaratmaq məqsədi ilə […]

Continue reading

Prezident İlham Əliyev: Rəcəb Tayyib Ərdoğan dünya lideridir, o, Türkiyəni zirvələrə qaldırdı, Türkiyəni ucaltdı

  Rəcəb Tayyib Ərdoğan mənim qardaşımdır. Bizim çox yaxın münasibətimiz var. Həm prezidentlər kimi, həm də iki insan kimi. Ona mənim çox böyük hörmətim var. O, dünya lideridir. O, Türkiyəni böyük zirvələrə qaldırdı. Türkiyəni ucaltdı. Türkiyəni ləyaqətli, qürurlu dövlət kimi bütün dünyaya tanıtdırdı. Çünki onun Türkiyə üçün gördüyü işlər genişmiqyaslıdır və bu gün Türkiyəni onun […]

Continue reading

AŞPA-nın komitə iclasında erməni deputatlar tutarlı faktlarla susdurulub

  Oktyabrın 16-da AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin onlayn iclası keçirilib. Elitinfo.az xəbər verir ki, iclasda erməni nümayəndə heyətinin üzvləri ölkəmizin əleyhinə əsassız ittihamlar səsləndiriblər. Erməni deputatlarının ardınca çıxış edən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü, deputat Tural Gəncəliyev tutarlı faktlarla erməniləri susmağa məcbur edib. İcma rəhbəri avropalı […]

Continue reading

Prezident İlham Əliyev: Bu gün bölgədə Türkiyənin iştirakı, razılığı olmadan hər hansı bir məsələ həll edilə bilməz

  Türkiyənin güclənməsini istəməyənlərin kimlər olduğu bəllidir. Bir çox ölkələrdə belə dairələr var. Bu, islamofob dairələrdir. Təəssüf ki, bu gün Avropada islamofobiya artır. İslamofob partiyalar bu gün bir neçə Avropa ölkəsində parlamentdə yer alırlar. Radikal faşist partiyalar daha çox səs qazanırlar. Bu, çox təhlükəli bir meyildir. İlk növbədə, Avropa üçün təhlükəli meyildir. Eyni zamanda, islamofob […]

Continue reading

İsraildəki Azərbaycan diasporu Ermənistanın işğalçı və terrorçu siyasətinə etiraz olaraq aksiya keçirib

  İsrailin Petah-Tiqva şəhərindəki Azərbaycan diasporu Ermənistan silahlı qüvvələrinin ölkəmizə qarşı işğalçı, təcavüzkar və terrorçu siyasətinə etiraz olaraq aksiya keçirib. Azərbaycanın Diaspor Komitəsindən Elitinfo.az-a bildiriblər ki, aksiya iştirakçıları yerli sakinlərin diqqətini Ermənistan ərazisindən Azərbaycanın cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə şəhərinin və digər yaşayış məntəqələrinin raket atəşinə tutulması nəticəsində mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların və qadınların […]

Continue reading

Prezident İlham Əliyev: Erməni tərəfində vuruşan, öldürülən insanlar arasında Kanada pasportlu, Livan pasportlu insanlar var

  Bizdə bu toqquşmadan da əvvəl məlumat var idi ki, PKK-çılar Qarabağda düşərgə qurmuşlar. Çünki bilirsiniz, Dağlıq Qarabağ nəzarətsiz bir ərazi idi. Orada hər hansı bir beynəlxalq nəzarət mexanizmi yox idi. Yəni nəzarətsiz bir sahədir. Ona görə orada qaçaqmalçılıq, narkotik ticarəti, qanunsuz silahlı birləşmələrin təlimləri və PKK düşərgələri də mövcud idi. İstisna edilmir ki, onlar […]

Continue reading

Prezident İlham Əliyev: Türkiyə istehsalı olan SİHA-larla bir milyard dollar dəyərində erməni hərbi texnikası məhv edildi

  Ermənistan 30 il ərzində işğal edilmiş o bölgələrdə bütün təmas xətti boyunca çox güclü istehkam qurmuşdu. Çox böyük mühəndis-istehkam işləri görmüşdü. Bəzi yerlərdə onların dörd müdafiə xətti, çoxlu sığınacaqları, bunkerləri var. Bir də bölgənin relyefi elədir ki, o, təbii istehkamdır. Çünki o dağlıq ərazidir və biz aşağıdan yuxarı gedirik. Hər bir ordu üçün bu, […]

Continue reading

Prezident İlham Əliyev: Mən hər zaman çalışmışam ki, atamın yoluna sadiq olum

  Mən hər zaman çalışmışam ki, atamın yoluna sadiq olum. 2003-cü ildə ilk dəfə Azərbaycan xalqı mənə etimad göstərəndə seçkilərdən əvvəl demişdim ki, əgər siz mənə bu inamı, etimadı göstərsəniz Heydər Əliyev siyasətinə sadiq olacağam, bütün istiqamətlər üzrə onun yolu ilə gedəcəyəm. Şadam ki, sözümə sadiq oldum, sözümü tutdum. Elitinfo.az xəbər verir ki, Prezident İlham Əliyev […]

Continue reading

Prezident İlham Əliyev: Şuşanın işğaldan azad edilməsi hədəflərimiz arasında xüsusi yer tutur

  İşğal edilmiş torpaqların hər bir qarışı, hər bir şəhər bizim üçün doğmadır, əzizdir. Mənim üçün hər bir kəndin dəyəri, qiyməti o biri kəndlə müqayisədə, o biri şəhərlə müqayisədə eynidir, bərabərdir. Ancaq siz də yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir […]

Continue reading

Prezident İlham Əliyev: Gürcüstan və Rusiya ərazisindən Ermənistana mülki təyyarələrlə qaçaq yolla silah göndərilir

  İrandan Ermənistana silahların göndərilməsi ilə əlaqədar bizdə hər hansı bir məlumat yoxdur. Əksinə, deyə bilərəm ki, İran və Gürcüstan öz hava məkanını və quru yollarını Ermənistana silahların daşınmaması üçün bağladı. Buna görə biz İran və Gürcüstan hökumətlərinə bir daha təşəkkürümüzü bildirmək istəyirik. Bizdə olan məlumata görə, Gürcüstan ərazisindən bu gün mülki təyyarələrlə, eyni zamanda, […]

Continue reading