Prezident İlham Əliyev Türkiyənin Baş Ombudsmanını qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də Türkiyə Respublikasının Baş Ombudsmanı Şərəf Malkoçu qəbul edib. Elitinfo.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Continue readingHikmət Hacıyevdən sonuncu raket hücumu barədə açıqlama
“Ermənistan öz ərazisindən Azərbaycanın Qəbələ, Kürdəmir və Siyəzən şəhərlərinə operativ-taktiki raketlər atıb”. Elitinfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitter səhifəsində yazıb. “Günahsız dinc əhali və mülki obyektlər Ermənistanın raket hücumunun hədəfi olub. Ermənistan dinc sakinlərə qarşı hərbi cinayətlərini davam etdirir”, – o […]
Continue readingSiyəzən, Qəbələ və Kürdəmir rayonları Ermənistan ərazisindən raket atəşinə tutulub
Oktyabrın 22-də səhər saatlarında Ermənistan ərazisindən Azərbaycan ərazisi əməliyyat-taktiki raket kompleksindən ballistik raketlərlə atəşə tutulub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Elitinfo.az-a bildiriblər ki, saat 07.00 radələrində düşmən tərəfindən Siyəzən rayonu istiqamətində 3, saat 09.00 radələrində isə Qəbələ rayonu istiqamətində 2 və Kürdəmir rayonu istiqamətində 1 raket buraxılıb. Ermənistan silahlı qüvvələrinin hədəfi dinc əhali və mülki infrastruktur […]
Continue readingErmənilərin yüksək rütbəli hərbçiləri məhv edilib
Ağdərə istiqamətində yerləşən 5-ci dağatıcı alayın müdafiə sahəsinə endirilən artilleriya zərbələri nəticəsində düşmən ölən və yaralanan olmaqla çoxlu sayda itki verib. Alayın 3-cü taborunun komandiri Robert Hambartsumyan itkin düşüb, taborun qərargah rəisi isə məhv edilib. Yeraltı sığınacağın sıradan çıxarılması nəticəsində düşmənin şəxsi heyəti arasında xeyli itki olub. Bu barədə Elitinfo.az-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən […]
Continue readingMeksikanın aparıcı radiosunda Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətlərindən danışılıb
Meksikanın çoxmilyonlu dinləyici kütləsinə malik “MVS” radiosunda Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbovun Ermənistanın son hərbi təcavüz cəhdi və Dağlıq Qarabağ münaqişəsindəki hazırkı vəziyyəti barədə müsahibəsi efirə gedib. Münaqişənin tarixindən danışan səfir Ermənistanın Azərbaycana qarşı uzun illər ərazi iddiaları ilə çıxış edərək beynəlxalq ictimaiyyətin bütün üzvləri, o cümlədən Meksika tərəfindən Azərbaycanın suveren ərazisi kimi tanınan […]
Continue readingVaşinqtonda hərəkət edən xüsusi yük avtomobili ABŞ ictimaiyyətini erməni təcavüzü haqqında məlumatlandırır
ABŞ-ın paytaxtı Vaşinqtonda üzərində rəsmi Yerevanın işğalçılıq siyasətini əks etdirən və Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpağlarından çıxmasını tələb edən rəqəmsal plakatların və mobil reklam lövhələrinin olduğu xüsusi avtomobil gün ərzində mərkəzi küçələri, meydanları dolaşaraq yerli ictimaiyyəti Ermənistanın işğalçılıq siyasəti barədə məlumatlandırır. Plakatlar üzərində “Qarabağ Azərbaycandır!”, “Ermənistan Azərbaycan torpağından çıx!”, “Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş […]
Continue readingCəbhədəki son vəziyyət
Oktyabrın 21-i gün ərzində və 22-sinə keçən gecə cəbhənin Ağdərə-Ağdam, Füzuli-Cəbrayıl və Zəngilan-Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Elitinfo.az-a bildirilib ki, Azərbaycan Ordusunun keçirdiyi əməliyyat nəticəsində cəbhənin Qubadlı istiqamətində Ermənistan silahlı qüvvələrinin müdafiə olunan bölmələri şəxsi heyət və hərbi […]
Continue readingAlmaniyanın “Deutsche Welle” telekanalında Ermənistanın Gəncəyə raket hücumu barədə reportaj yayımlanıb
Almaniyanın “Deutsche Welle” telekanalında “Dağlıq Qarabağ münaqişəsi: Gəncədəki matəm və qəzəb” adı ilə reportaj yayımlanıb. Elitinfo.az xəbər verir ki, reportajda Qarabağ uğrunda gedən döyüşlərin ətraf ərazilərdə getdikcə daha çox mülki şəxsi əhatə etdiyi bildirilir. Telekanalın müxbiri Yulia Hahn Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədən hazırladığı reportajda oktyabrın 17-nə keçən gecə raket atəşi nəticəsində dağılan yaşayış […]
Continue readingPaşinyanın Rusiyaya növbəti xəyanəti: Ermənistan bu dəfə NATO-dan imdad diləyir
Ermənistan prezidenti Armen Sarkisyan Brüsseldə NATO çərçivəsində görüşlərdə iştirak edir. Baş nazir Nikol Paşinyan tərəfindən NATO-ya göndərilən prezidentin baş katib Yens Stoltenberqlə görüşü də olub. Elitinfo.az xəbər verir ki, görüşdə A.Sarkisyan Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından gözlədiyi dəstəyi və yardımı ala bilmədiyindən gileylənib. Sarkisyan, həmçinin müharibədən sonra Ermənistanın xarici siyasətinin NATO və Avropa İttifaqına […]
Continue readingXİN: Ermənistan rəhbərliyi məsuliyyətsiz bəyanatları və əməlləri ilə öz xalqını uçuruma sürükləyir
Ermənistanın baş naziri Nikol Paşinyan “münaqişənin diplomatik həlli yoxdur” deyə açıqlama ilə çıxış edərək Ermənistanın işğalçı siyasətini davam etdirdiyini və bu ölkənin hazırkı rəhbərliyinin münaqişənin danışıqlar yolu ilə həllində maraqlı olmadığını açıq şəkildə etiraf etmiş oldu. Elitinfo.az xəbər verir ki, bu fikir Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin açıqlamasında yer alıb. Açıqlamada deyilir ki, […]
Continue reading







