Cəbrayıl rayonunun işğaldan azad olunan Çərəkən kəndi – VİDEO
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Cəbrayıl rayonunun işğaldan azad olunan Çərəkən kəndinin videogörüntülərini paylaşıb. Elitinfo.az nazirliyin mətbuat xidmətinə istinadla həmin videogörüntüləri təqdim edir. Xatırladaq ki, Çərəkən kəndi oktyabrın 4-də ordumuzun bölmələri tərəfindən azad olunub. https://video.azertag.az/files/video/2020/3/16032650065698341816.mp4
Continue readingMacarıstan nazirindən dəstək məktubu: Macarıstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməkdə davam edir və hər cür təcavüzü qınayır
Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın Macarıstan tərəfindən həmsədri, Macarıstanın Xarici İşlər və Ticarət naziri Peter Siyyarto komissiyanın Azərbaycan tərəfindən həmsədri, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə məktub ünvanlayıb. Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Elitinfo.az-a verilən məlumata görə, məktubda bildirilir ki, Macarıstan Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri […]
Continue readingCəbhədə oktyabrın 21-ə olan son vəziyyət
Oktyabrın 20-i gün ərzində və 21-ə keçən gecə cəbhənin Ağdərə, Füzuli- Cəbrayıl və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub. Müdafiə Nazirliyinin Mətbuat xidmətidən Elitinfo.az-a bildirilib ki, Azərbaycan Ordusunun keçirdiyi əməliyyat nəticəsində cəbhənin Cəbrayıl və Qubadlı istiqamətlərində Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının müdafiə […]
Continue readingPerunun tanınmış dövlət xadimi Azərbaycana dəstəyini ifadə edib
PeruKonqresinin ötən çağırış Xarici Əlaqələr Daimi Komissiyasının sədri və Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvü, ölkənin nüfuzlu siyasətçilərdən olan Xuan Karlos del Agila Azərbaycanın Perudakı səfiri Məmməd Talıbova məktub ünvanlayaraq Ermənistan-Azərbaycan münaqişəsində ölkəmizə dəstəyini ifadə edib. Elitinfo.az xəbər verir ki, məktubda Azərbaycanla həmrəy olduğunu qeyd edən X.K.Agila, Peru ictimaiyyətinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki yaşayış […]
Continue readingAnkarada Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyətinin Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) dəvəti əsasında Ankara şəhərinə səfəri başlanıb. Elitinfo.az xəbər verir iki, Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü, partiyanın Türkiyə və AKP üzrə əlaqələndirici kordinatoru Ramil Həsənin rəhbərlik etdiyi heyətə, Azərbaycan parlamentinin digər deputatı, YAP Siyasi Şurasının üzvü Ramin Məmmədov daxildir. Oktyabrın 20-də […]
Continue readingAli Məhkəmə Ermənistan ordusunun mülki şəxsləri hədəfə alması ilə bağlı bəyanat yayıb
Azərbaycan Respublikasının Ali Məhkəməsi Ermənistan ordusunun dinc əhalini hədəfə alması nəticəsində mülki şəxslərin həlak olması və xəsarət alması ilə bağlı bəyanat yayıb. Ali Məhkəmənin mətbuat xidmətindən Elitinfo.az-a daxil olan bəyanatda qeyd olunub ki, Ermənistanın silahlı birləşmələri oktyabrın 17-də gecə saatlarında öz ərazilərindən fəal hərbi zonadan təxminən 100 kilometr aralıda yerləşən, Azərbaycanın sıx məskunlaşmış əhalisi olan […]
Continue readingGəncə istiqamətində Ermənistanın pilotsuz uçuş aparatı məhv edilib
Oktyabrın 20-də axşam saatlarında Gəncə istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilib. Bu barədə Elitinfo.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Beləliklə, ötən günlərdə olduğu kimi, döyüşlərdə ordumuz tərəfindən sarsıdıcı zərbələr alaraq geri oturdulan düşmən xislətinə sadiq qalaraq yenə də yaşayış məntəqələrimizi hədəfə almağa cəhd göstərir.
Continue readingXalqımız bir daha əmin oldu ki, Prezident İlham Əliyev hansı məqamda nəyi necə etməyi bilir və bütün addımlarını ən xırda detalınadək hesablayır
Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı tarix yazır. Buna görə Ali Baş Komandanımıza, Silahlı Qüvvələrimizə minnətdarlığımızı bildiririk. Azərbaycan xalqı Vətən müharibəsində möhkəm birlik, həmrəylik nümayiş etdirir, dövlətimizin başçısının ətrafında sıx birləşib, ordumuza dəstəyini əsirgəmir. Cəbhə bölgəsində yaşayan, top, mərmi atəşlərinə, raket zərbələrinə mərdliklə sinə gərərək, öz el-obasını tərk etməyən sakinlərimizin […]
Continue readingAzərbaycan Prezidenti düşmənin məhv edilmiş və hərbi qənimət kimi götürülmüş texnikaları barədə məlumatı açıqlayıb
Prezident İlham Əliyev xalqa növbəti müraciətində düşmənin məhv edilmiş və hərbi qənimət kimi götürülmüş texnikaları barədə məlumatı açıqlayıb. Elitinfo.az xəbər verir ki, dövlətimizin başçısı deyib: “Düşmənin 241 tankı məhv edilib, 39 tank hərbi qənimət kimi götürülüb – toplam 280 tank. Amma yenə də hələ ki, tanklar var, həm işğal edilmiş torpaqlarda, həm Ermənistan ərazisində. […]
Continue readingMehriban Əliyeva Füzuli, Cəbrayıl, Xocavənd, Zəngilan rayonlarının bir sıra kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Füzuli, Cəbrayıl, Xocavənd, Zəngilan rayonlarının bir sıra kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad olunması ilə bağlı rəsmi “Instagram” səhifəsində paylaşım edib. Elitinfo.az paylaşımı təqdim edir: “Füzuli, Cəbrayıl, Xocavənd və Zəngilan rayonlarının bir sıra kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edirəm. Yaşasın Azərbaycan xalqı və […]
Continue reading








