Xarici İşlər naziri Ceyhun Bayramov ABŞ-ın Azərbaycan icması üzvləri ilə görüşüb
Oktyabrın 23-də Xarici İşlər naziri Ceyhun Bayramov ABŞ-a işgüzar səfərinin sonunda ABŞ-ın Azərbaycan icması fəalları ilə görüş keçirib. Ölkəmizin Vaşinqtondakı səfirliyində təşkil olunmuş tədbirdə nazir Ceyhun Bayramov Ermənistanın Azərbaycana qarşı 30 ildən artıq davam edən təcavüzü, mövcud vəziyyət, azərbaycanlı mülki əhalinin, Gəncə, Mingəçevir, Tərtər və digər yaşayış məntəqələrinin hədəf alınması, dinc insanlar arasında çoxsaylı […]
Continue readingAzərbaycanın Xarici İşlər naziri Vaşınqtonda ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb
Vaşinqtona səfəri çərçivəsində oktyabrın 23-də Xarici İşlər naziri Ceyhun Bayramov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən Elitinfo.az-a bildirilib ki, görüşdə nazir Ceyhun Bayramov Ermənistan tərəfinin iki dəfə humanitar atəşkəsi pozduğunu, azərbaycanlı mülki əhalini məqsədyönlü şəkildə davamlı atəşə tutduğunu və münaqişə zonasından kənarda yerləşən şəhərləri və yaşayış məskənlərini raket hücumuna […]
Continue readingİran ABŞ diplomatlarına qarşı sanksiya tətbiq edib
İranın İraqdakı səfiri İrəc Məcidinin ABŞ tərəfindən sanksiyaya məruz qalmasına rəsmi Tehran cavab verib. Elitinfo.az xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə özünün “Twitter” hesabında məlumat verib. O yazıb ki, ABŞ-ın İraqdakı səfiri Matteu Tuller və Ərbildəki Baş konsulu Rob Vallterin adları İranın tərtib etdiyi sanksiyalar siyahısına salınıb. […]
Continue readingMüdafiə Nazirliyi: Arsenalımızda kifayət qədər zirehli texnikamız var və onlar əməliyyat şəraitinə uyğun tətbiq olunur
Ermənistan müdafiə nazirliyi rəsmisinin guya döyüşlərdə Azərbaycan Ordusunun xeyli sayda zirehli və avtomobil texnikasını itirməsi ilə bağlı səsləndirdikləri fikirlər onun əməliyyat şəraitindən tam xəbərsiz olmasının göstəricisidir. Bu barədə Elitinfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, yayılan məlumatın reallıqla heç bir əlaqəsi yoxdur və qorxu içində olan erməni cəmiyyətini sakitləşdirmək məqsədilə hazırlanmış dezinformasiyadır. Hansı tərəfin […]
Continue readingMüdafiə Nazirliyi: Azərbaycan Ordusu Xankəndi və Xocavənd şəhərlərini atəşə tutmur
Ermənistan tərəfinin Azərbaycan Ordusunun Xankəndi və Xocavənd şəhərlərini guya artilleriya atəşinə tutması barədə yaydığı məlumat həqiqəti əks etdirmir və yalandır. Bildiririk ki, Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə tam əməl edir. Bu barədə Elitinfo.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Continue readingŞeyxülislam Allahşükür Paşazadə BMT Baş katibinin müavini və “Vicdana çağırış” Fondunun prezidenti ilə videoformatda görüşüb
Oktyabrın 23-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadənin BMT Baş katibinin müavini, BMT Sivilizasiyalar Alyansının Yüksək Nümayəndəsi Migel Anhel Moratinos ilə videoformatda görüşü baş tutub. QMİ-nin mətbuat xidmətindən Elitinfo.az-a verilən məlumata görə, Migel Anhel Moratinos Azərbaycan dövlətinin mədəniyyətlərarası və dinlərarası əməkdaşlığın inkişafında, ümumbəşəri dəyərlərin qorunub saxlanılmasında böyük rolunu qeyd edərək, QMİ sədrinə regionun […]
Continue readingXarici İşlər naziri Ceyhun Bayramov ABŞ-a işgüzar səfəri çərçivəsində Dövlət katibi Mayk Pompeo ilə görüşüb- VİDEO
Oktyabrın 23-də ABŞ-a işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov ABŞ Dövlət katibi Mayk Pompeo ilə görüşüb. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Elitinfo.az-a bildirilib ki, nazir Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsində son vəziyyətlə bağlı müzakirə aparıb, Ermənistan tərəfinin destruktiv siyasəti, azərbaycanlı dinc əhalinin məqsədyönlü şəkildə atəşə tutulması, xaricdən muzdluların və terrorçuların kütləvi cəlb […]
Continue readingErmənistan tərəfinin İranın Azərbaycan mövqelərini artilleriya atəşinə tutması barədə yaydığı məlumat yalandır
Ermənistan tərəfinin guya İranın hava məkanına Azərbaycan Ordusuna məxsus kamikadze-dronun daxil olmasından sonra bu ölkənin Azərbaycanın mövqelərini artilleriya atəşinə tutması barədə yaydığı məlumat yalandır və düşmənin növbəti dezinformasiyasıdır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Elitinfo.az-a bildiriblər ki, İran-Azərbaycan dövlət sərhədinin tam nəzarətimizə götürülməsindən təşvişə düşən Ermənistan tərəfi bu cür yalan xəbərlər yaymaqla iki ölkə arasında olan […]
Continue readingMilli Məclisin Sədri Türkiyənin “Daily Sabah” nəşrinə müsahibə verib
Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova Türkiyənin nüfuzlu “Daily Sabah” nəşrinə müsahibə verib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Elitinfo.az-a bildirilib ki, Spiker müsahibəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışıb, uzun illər Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan xalqına qarşı törədilən xain terrorçuluq əməllərindən söz açıb. Sahibə Qafarova vurğulayıb ki, biz Ermənistanın terrorçuluq əməlləri ilə […]
Continue readingQarabağdakı separatçıların başçısı Putinə yalvarış dolu müraciət ünvanlayıb
“Siz dünyada və bizim bölgədə böyük şəxsi nüfuza malik insan və rəhbərsiniz. Sizdən münaqişə zonasındakı döyüş əməliyyatlarının dayandırılması və siyasi proseslərin bərpası üçün mümkün olan hər şeyi etməyi xahiş edirəm”. Elitinfo.az xəbər verir ki, bunu Dağlıq Qarabağdakı qondarma rejimin rəhbəri Araik Arutyunyanın Rusiya prezidenti Vladimir Putinə ünvanladığı yalvarış dolu müraciətdə qeyd olunub. Heç bir hüquqi […]
Continue reading









