MN: Döyüş əməliyyatları əsasən cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam edib
Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 28-i gün ərzində və 29-na keçən gecə cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutub. Döyüş əməliyyatları əsasən cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam edib. Düşmənin hücum etmək cəhdlərinin qarşısı qətiyyətlə alınıb. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat […]
Continue readingUNİCEF Dağlıq Qarabağ və ətrafında gedən bir aylıq döyüşlərə dair bəyanat yayıb
“10 aylıq Narin, 1 yaşlı Mədinə, 8 yaşlı Aysu, 9 yaşlı Viktoriya, 13 yaşlı Şəhriyar, 13 yaşlı Artur,14 yaşlı Fərid, 15 yaşlı Fidan, 15 yaşlı Nigar, 16 yaşlı Orxan. Bunlar, Dağlıq Qarabağ münaqişəsi zonasında və ondan kənarda bir ay davam edən döyüşlər zamanı öldürülən 10 uşağın adları və yaşlarıdır. 11 yaşlı oğlan və 12 […]
Continue readingPrezident İlham Əliyev: Ermənistanın nə qədər xoşuna gəlməsə də, Türkiyə artıq nizamlamaya cəlb olunub
Nizamlamada Türkiyənin səmərəli rolunu görürük. Türkiyə bizə qardaş dövlətdir. Türkiyə dünyada yeganə ölkədir ki, Cənubi Qafqazın üç ölkəsi ilə onun dövlət sərhədləri var. Hazırda Türkiyə təkcə regional problemlərlə bağlı bir sıra məsələlərdə deyil, həm də qlobal planda həlledici söz sahibidir. Elitinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Rusiyanın İnterfaks agentliyinə müsahibəsində münaqişənin nizamlanmasında […]
Continue readingFransa Milli Assambleyasında Azərbaycanla parlamentlərarası dostluq qrupunun fəaliyyətsizliyindən narazılıq ifadə olunub
Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev Fransa Milli Assambleyasının sədrinin diplomatik müşaviri Nataşa Rimbonla görüşüb. Elitinfo.az xəbər verir ki, görüşdə qarşı tərəf Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumatlandırılıb. Bildirilib ki, sentyabrın sonunda Ermənistanın ölkəmizə qarşı hərbi təxribat törədib və Azərbaycanın BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə edərək əks-hücum əməliyyatlarına başlayıb. Vurğulanıb ki, […]
Continue readingAzərbaycan Prezidenti: İraqa tətbiq olunan sanksiyalardan hətta biri Ermənistana tətbiq edilsəydi, münaqişə çoxdan həll edilərdi
Ermənistana hansı sanksiyalar tətbiq edilə bilərdi? O sanksiyalar ki, Ermənistanı BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyə və işğal edilmiş ərazilərdən qoşunları çıxarmağa məcbur etsin. Elitinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bu fikri Rusiyanın İnterfaks agentliyinə müsahibəsində səsləndirib. Küveyti işğal edən İraqa qarşı tətbiq edilmiş sanksiyaları misal göstərən dövlətimizin başçısı deyib: “Axı, beynəlxalq hüquq baxımından […]
Continue readingPrezident: Baza prinsiplərində beş rayonun qaytarılmasını nəzərdə tutan birinci mərhələ aktuallığını itirib
Bilirsiniz ki, sabah Cenevrədə Azərbaycanın və Ermənistanın Xarici İşlər nazirləri arasında danışıqlar olmalıdır. Erməni tərəfin baza prinsiplərinə nə dərəcədə sadiq olduğunu orada görəcəyik. Bundan sonra biz həmin prinsiplərin hazırda nə dərəcədə aktual olub-olmadığını artıq özümüz qiymətləndirəcəyik. Elitinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bunu Rusiyanın İnterfaks agentliyinə müsahibəsində baza prinsiplərinin bu gün nə dərəcə […]
Continue readingPrezident İlham Əliyev: Hərbi qarşıdurmanın nə qədər uzun müddət davam edəcəyi erməni tərəfindən asılıdır
Biz istənilən anda, günü bu gün dayanmağa hazırıq. Lakin bunun üçün erməni tərəfi işğal edilmiş ərazilərin qalan hissəsindən qoşunlarını çıxarmaq barədə öhdəlik götürməlidir. Buna görə də hərbi qarşıdurmanın nə qədər uzun müddət davam edəcəyini qabaqcadan deyə bilmərəm. Bu, erməni tərəfindən asılıdır. Artıq dediyim kimi, onların bizim torpaqlarımızı yenidən işğal altına qaytarmaq üçün göstərdiyi daimi […]
Continue readingPakistan Milli Assambleyası Ermənistanın Azərbaycana qarşı təcavüzünü və mülki əhaliyə hücumlarını qəti pisləyən qətnamə qəbul edib
Oktyabrın 28-də Pakistan Milli Assambleyası Ermənistanın Azərbaycana qarşı təcavüzünü və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı qəddar hücumlarını qəti pisləyən qətnamə qəbul edib. Qətnamə millət vəkili, sabiq spiker Sərdar Ayaz Sadiqin təşəbbüsü ilə Assambleyaya təqdim olunub və yekdilliklə təsdiqlənib. Xatırladaq ki, 2012-ci il fevral ayının 1-də Pakistan Senatının Xarici Əlaqələr Komitəsi, 2017-ci ilin […]
Continue readingNazir Ceyhun Bayramovun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə telefon danışıqları olub
Oktyabrın 28-də Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Endryu Şofer (ABŞ) və Stefan Viskonti (Fransa) ilə telefon danışıqları olub. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Elitinfo.az-a verilən məlumata görə, nazir Ceyhun Bayramov həmsədrlərə Ermənistan silahlı qüvvələri tərəfindən humanitar atəşkəsin bir daha kobud şəkildə pozulması barədə məlumat verib. O, […]
Continue readingMüdafiə Nazirliyi: Bölmələrimiz şəhər və rayonlarımıza atəş açan düşməni məhv edib VİDEO
Humanitar atəşkəs rejimini kobudcasına pozaraq şəhər və rayonlarımıza atəş açan düşmənin qüvvə və vasitələrini Azərbaycan Ordusunun bölmələri darmadağın edib. Bu barədə Elitinfo.az-a Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. https://video.azertag.az/files/video/2020/3/16038978656129937849.mp4
Continue reading









